“Fatimiyyə (ə) günləri” matəm mərasiminin ikinci gecəsi bu axşam (11 noyabr 2026, çərşənbə günü) İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən təşkil olundu.
İnqilabın Şəhid Rəhbərinin ruhunun səmalara yüksəldiyi məkanın yaxınlığında – Zeynəbiyyədə keçirilən bu mərasimdə məğrib və işa namazlarından sonra ilk olaraq cənab Hənif Taheri Həzrət Zəhraya (s.ə) həsr edilmiş növhələr oxudu.
Daha sonra Höccətül-İslam vəl-müslimin Əli Əlizadə çıxış edərək ilahi yardım və Allahın tədric qaydasına əsaslanan gizli tədbir sünnəsindən danışdı: “Müxtəlif hadisə və proseslərdə təhlil və analizlər tədric qaydası çərçivəsində aparılmalı, səthi baxışdan qaçmaq və tələskənlik etməmək lazımdır. Allahın küfr və batil cəbhəsinin məğlubiyyəti, haqq cəbhəsində olan imanlı şəxslərin isə qələbəsi ilə bağlı vədlərinə və sünnələrə şəkk-şübhə ilə yanaşmaq olmaz".
Mərasimdə, habelə cənab Səid Həddadiyan Həzrət Siddiqeyi-Tahirəyə (s.ə) həsr edilmiş rövzə və növhə oxudu.
İslam İnqilabının Rəhbəri tərəfindən təşkil edilən və məğrib-işa namazlarından sonra başlayan “Fatimiyyə günləri” matəm mərasimləri şənbə günü (14 noyabr) axşam saatlarına qədər davam edəcək.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
