Bu gecə ümmətin şəhid Rəhbərinin (r.ə) şəhadətə qovuşduğu yerin yaxınlığında Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.
Məğrib və işa namazlarından sonra Zeynəbiyyədə (s.ə) minlərlə Fatimə (s.ə) əzadarının iştirakı ilə keçirilən mərasimdə Mehdi Səmavati “Təvəssül duası”nı oxuyub Əhli-beytin (ə) başına gətirilən müsibətləri yada saldı.
Daha sonra çıxış edən Höccətül-İslam vəl-müslimin Nasir Rəfiqi Həzrət Zəhranın (s.ə) Həzrət Əmirəlmöminin Əlinin (ə) qəsb edilmiş haqqını müdafiə üsullarından bəhs edərək bildirdi: "Həzrət Siddiqqeyi-Tahirə (s.ə) nitq söyləmək, nüfuzlu şəxslərlə üzbəüz söhbətlər aparmaq, meydanda olmaq və siyasi vəsiyyətnamə yazmaq kimi vasitələrlə Əmirəlmömininə (ə) edilən zülmə qarşı qiyam etdi və şəhadətə yetdiyi ana qədər bu istiqamətdə haqqı bəyan etmə və aydınlatma cihadından əl çəkmədi”.
Həmçinin mərasimdə Meysəm Mütii Ümmül-əimməyə (s.ə) həsr edilmiş növhələr oxudu.
İslam İnqilabının Rəhbəri tərəfindən təşkil edilən və məğrib-işa namazlarından sonra başlayan “Fatimiyyə günləri” matəm mərasimləri şənbə günü (14 noyabr) axşam saatlarına qədər davam edəcək.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
