Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar təşkil edilən matəm mərasimlərinin sonuncu gecəsi bu axşam xalqın müxtəlif təbəqələrindən olan insanların və şəhid ailələrinin iştirakı ilə şəhid Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin şəhadətə yetişdiyi yerin yaxınlığında keçirildi.
İnqilabın Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təşkil edilən bu mərasimin əvvəlində Cənab Murtəza Tahiri Həzrət Zəhraya (s.ə) həsr edilmiş mərsiyələr oxudu.
Daha sonra Höccətül-İslam vəl-müslimin Məhəmmədrza Abidini çıxış edərək hər bir hadisənin zühur məsələsi ilə əlaqələndirilməsinin həmin hadisənin çətinlik və müsibətlərinə dözməyə zəmin yaratdığını bildirdi. O, Həzrət Əli (ə) üçün Həzrət Zəhranın (s.ə) şəhadətinin acısına dözməyin, eləcə də Kərbəla faciəsinə səbir edilməsinin məhz bu çərçivədə olduğunu vurğulayaraq dedi: “Böyük şeytan olan Amerika tərəfindən İnqilab Rəhbərinin şəhid edilməsi müsibətinə İran xalqının dözməsi ona görə mümkün oldu ki, bu hadisə zühurla bağlıdır. Məhz buna görə də bu şəhadət xalqın coşub-çağlamasına, bəsirətinin artmasına və düşmənin öz qurduğu hiyləsinin özünə qayıtmasına səbəb oldu”.
Bu mərasimdə Mehdi Rəsuli Həzrət Zəhranın (s.ə) və İslam İnqilabının şəhid Rəhbərinin xatirəsinə həsr edilmiş rövzə və növhələr oxudu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
