İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei məhərrəm ayının gəlişi ərəfəsində elmi-teoloji mərkəzlərin müəllim və tələbələri, minlərlə alim və ruhani xadimləri, Tehran məscidlərinin imam-cümələrindən bir qrupu ilə görüşündə çıxış edərək olduqca əhəmiyyətli məsələləri qeyd etmişdir. Ali Məqamlı Rəhbər xüsusilə fitnə-fəsadın müşahidə olunduğu bir dövrdə düzgün təbliğatın cəmiyyətdə şəffaflığın yaradılmasında və başlıca meyarların müəyyən edilməsində mühüm rol oynadığını demişdir. Həzrət Ayətullah Xamenei seçkidən sonra baş vermiş hadisələrə, xüsusilə də İran xalqının düşmənlərinin son dövrdə mərhum İmam Xomeynini (r.ə) təhqir etmək məqsədilə atdığı addımlara toxunmuş, ölkənin ictimai-siyasi meydanlarında xalqın müdrik və uzaqgörən iştirakını minnətdarlıq hissi ilə qeyd etmiş, xalqın bütün nümayəndələrini, xüsusən də, tələbələri sakitlik və asayişə dəvət edərək demişdir: “İlahi bir mühəndisliklə qurulmuş, İlahi bir şəxsiyyətin əli ilə bünövrəsi qoyulmuş, Tanrıdan dəstək alan bir xalq sayəsində qorunub saxlanılacaq bu möhkəm bina öz sarsılmazlığını heç vaxt əldən verməyəcək, onun əleyhinə olanlar isə məqsədlərinə çatmayacaq!”
Fitnə-fəsad və qarışıqlıq dövründə düzgün təbliğatın cəmiyyətdəki rolunu açıqlayan Həzrət Ayətullah Xamenei ölkədə seçkidən sonra baş vermiş hadisələrə toxunaraq əlavə etmişdir: “Təəssüf ki, seçkidən sonra bir qrup şəxs qanun pozuntusuna yol verərək iğtişaşlar törətdilər, bununla da əli hər şeydən üzülərək ümidsizliyə düçar olmuş düşmənin yenidən canlanması, hətta imam Xomeyniyə, İslam İnqilabına və İslam dövlətinə qəlbən bağlı olan bir qrup tələbənin gözü qarşısında İmamı (r.ə) təhqir edə biləcək qədər özündə cəsarət tapması üçün zəmin yaratdılar”.
Ali Məqamlı Rəhbər, həmçinin, bunları da qeyd etmişdir: “Belə bir böyük təhqir həmin qanun pozuntularının və yadelli informasiya agentliklərinin təbliğatına uymasının nəticəsi idi. Hal-hazırda isə həmin səhvlərə yol verənlər əməllərini ört-basdır etmək üçün özlərindən fəlsəfə uydurmağa və cürbəcür arqumentlər gətirməyə başlayıblar”.
İslam İnqilabının Rəhbəri dəfələrlə yol verilmiş xətalardan sonra bu cür fəlsəfəpərdazlığı yaranmış fitnə-fəsad və xaos atmosferinin başlıca amili adlandıraraq vurğulamışdır: “Bir qrup şəxs qanunçuluq şüarları ilə çıxış etmələrinə baxmayaraq, qanuna zidd olan addımlar atırlar. Onlar İmam Xomeyninin (r.ə) tərəfdarı olduqları barədə şüarlarla çıxış etdiklərinə baxmayaraq İmama (r.ə) qarşı belə bir böyük günahın işlənməsinə, düşmənlərin bu cür davranışlara əsasən götür-qoy edib, İran xalqının mənafeyinin əksinə qərarlar qəbul etməsinə səbəb olacaq işlər görürlər. Başlıca problem də elə həmin aldadıcı sözlər və əməllər, cəmiyyətdəki mövcud atmosferin qeyri-şəffaflığıdır”.
Həzrət Ayətullah Xamenei əlavə etmişdir: “İslam dini, İslam İnqilabı və İmam Xomeyni naminə iş görən hər bir şəxs sözlərinin və davranışlarının dövlətin və İnqilabın əsaslarına qarşı çevrilməsinə səbəb olduğunu görən kimi dərhal tənbeh olunur və özünü islah edir. Bəs bu cənablar nəyə görə islah olmurlar?”
Ali Məqamlı Rəhbər eyni zamanda vurğulamışdır: “İslam Respublikasının başlıca şüarından, yəni “İstiqlal, azadlıq, İslam Respublikası” şüarından “İslam” kəlməsi ixtisara düşəndə bu cənablar özlərinə gəlib yanlış yol tutduqlarını anlamalıdırlar. Başlıca məramı Fələstinə dəstək olmaq və sionist rejimə qarşı mübarizə olan Qüds günündə qəsbkar rejimin lehinə və Fələstin əleyhinə şüarlar səsləndirildikdə onlar tənbehlərdən özlərinə dərs götürməli və bu prosesdən kənar durub baş verənlərə etiraz etdiklərini elan etməlidirlər”.
İslam İnqilabının Rəhbəri əlavə etmişdir: “Nəyə görə zülm və imperializmin başında duranların bariz timsalı olan ABŞ, İngiltərə və Fransa onları dəstəkləyəndə bundan lazımi dərs götürmürlər? Nəyə görə fitnə-fəsad yayan fərari, hakimiyyətpərəst və kütləyə işləməyi bacaran insanlar onları dəstəkləyəndə özlərinə gəlib yanlış yolda olduqlarını dərk etmirlər?”
Həzrət Ayətullah Xamenei qeyd etmişdir: “Gözünüzü açın və baş verən bu prosesdən kənar durun. Məgər məntiqilik bəhanəsi ilə bu aşkar həqiqətləri görməməzliyə vurmaq olarmı? Bu həqiqətlərin görməməzliyə vurulması ağıl və məntiqə tam ziddir”.
Ali Məqamlı Rəhbər, həmçinin, demişdir: “Ağıl və məntiq hökm edir ki, İmam Xomeyninin (r.ə) təhqir edilməsi olayını inkar etmək əvəzinə təhqir faktını pisləyəsiniz, bu addımın əsl mahiyyətini dərk edəsiniz, düşmənin nəyi hədəfə aldığını və nə məqsəd güddüyünü anlayasınız”.
İslam İnqilabının Rəhbəri əlavə etmişdir: “Hazırkı ad-sanını İslam İnqilabına borclu olan bu sabiq qardaşlarımız nəyə görə özlərinə gəlib görmürlər ki, onların sözləri və davranışları İnqilabın və İmamın düşmənlərinə xoş gəlir; əl-çalıb alqış deyən düşmənlər onların şəkillərini əllərində gəzdirirlər?”
Həzrət Ayətullah Xamenei seçkinin qanunauyğun şəraitdə baş tutaraq sona çatdığını, heç bir problemin qarşıya çıxmadığını təkidlə vurğulayıb qeyd etmişdir: “Qanunçuluq tələb edir ki, ölkə prezidentini qəbul etməsək belə qanun qarşısında itaətkarlıq göstərək və qanuna ehtiramla yanaşaq”.
Ali Məqamlı Rəhbər İslam İnqilabının və imam Xomeyninin (r.ə) bəzi tərəfdarlarının hələ İmamın yaşadığı dövrdə ondan ayrıldığını və buna görə də uzaqlaşdırıldıqlarını qeyd edərək demişdir: “Bu məsələlər bizim hamımız üçün ibrət dərsi olmalıdır. Əlbəttə, cümə namazında da qeyd etdiyim kimi, maksimum dərəcədə özünə cəlbetmə və minimum dərəcədə özündən uzaqlaşdırmanın tərəfdarıyam. Buna baxmayaraq, görünür, bəzi şəxslərin özləri mövcud hakim qurumdan uzaqlaşmaqda israrlıdırlar”.
İslam İnqilabının Rəhbəri bəzi şəxslərin sözləri və davranışları nəticəsində cəsarətə gəlib quruma qarşı çıxan azsaylı qrupu İran xalqının əzəməti qarşısında heç hesab etdiyini deyərək vurğulamışdır: “Bu dövlət İlahi bir qurumdur və ötən 30 il ərzində Uca Yaradan İslam dövlətinə qarşı öz lütf və himayəsini dəfələrlə açıq-aşkar nümayiş etdirib. Biz Uca Tanrı ilə olsaq, mütləqdir ki, Tanrı da bizimlə olacaq!”
Həzrət Ayətullah Xamenei qeyd etmişdir: “Heç şübhəsiz, İslam dövlətinin düşmənləri yanlış düşüncələri rəhbər tutaraq dünyaya ağalıq etmək istəyən işğalçılar bu xalqın və azad xalqların şiddətli etiraz yumruğunun acısını dadacaq”.
İnqilab rəhbəri qeyd etmişdir ki, mövcud qurumun, habelə İslam İnqilabının, əzəmətli imam Xomeyninin (r.ə) düşmənləri mübariz İran xalqını və bu xalqın cavanlarını tanımır. İnqilab Rəhbəri əlavə etmişdir: “Bu gün bizim tələbələrimiz elmi və əxlaqi cəhətdən ən yüksək səviyyədə olan tələbələr sırasındadırlar və ölkənin ictimai-siyasi meydanlarında daim uzaqgörənliklə iştirak edirlər; son olaylar zamanı da onlar sınaqlardan dəfələrlə üzüağ çıxdılar”.
İslam İnqilabının Rəhbəri imam Xomeyniyə (r.ə) qarşı olan təhqirlərin xalqın müxtəlif təbəqələrinin nümayəndələrində qəzəb və narahatlıq doğurduğuna işarə etmiş, xalqın buna qarşı göstərdiyi reaksiyanı və elan olunan etirazların haqlı və layiqli hesab etdiyini bildirərək əlavə etmişdir: “Hamı sakitliyini və təmkinini qoruyub saxlayaraq bilməlidir ki, İran xalqına qarşı çıxmış şəxslər möhkəm və əsaslı mövqeyə malik deyillər; onlar İran xalqının və İslam İnqilabının əzəməti qarşısında duruş gətirə bilməyəcəklər”.
Məsul şəxslərin və qanun keşiyində duran rəsmilərin lazım gələrsə öz vəzifələrinə uyğun şəkildə əməl edəcəklərini vurğulayan Həzrət Ayətullah Xamenei bunları da əlavə etmişdir: “Əlbəttə, tələbələrin öhdəsinə düşən vəzifə budur ki, fitnə-fəsad mənbəyi olan şəxsləri tanıyıb onları başqalarına da tanıtsınlar. Lakin hər bir iş təmkinlə və sakit şəraitdə həyata keçirilməlidir”.
Ali Məqamlı Rəhbər asayiş və təhlükəsizliyin qorunmasını ən mühüm vəzifə adlandıraraq qeyd etmişdir: “Asayişi pozmaq və iğtişaşlar törətmək məqsədi güdən düşmənlərin xalqa münasibəti mənfidir. Şübhəsiz, qanunun keşiyində duran orqanların da öhdəsinə düşən müəyyən vəzifələr var və onlar öz vəzifələrinə əməl etməlidirlər”.
İslam İnqilabının Rəhbəri, həmçinin, vurğulamışdır: “İran xalqının və İslam dövlətinin düşmənləri suyun üzündəki köpük kimi yox olub gedəcəklər, İslam dövlətinin əsl mahiyyəti isə var olmaqda davam edəcək”.
Çıxışının digər qismində Həzrət Ayətullah Xamnei üç mühüm əlamətdar hadisəyə – mübahilə gününə, məhərrəm ayının gəlişinə və elmi-teoloji mərkəz ilə universitetlər arasında vəhdət elan olunmasının ildönümünə toxunmuş, bu üç əlamətdar hadisənin mahiyyətindəki əsas mesajın həqiqətlərin cəmiyyətə çatdırılması və xalqın maarifləndirilməsi olduğunu qeyd edərək əlavə etmişdir: “İslam peyğəmbəri (s) mübahilə günü xalqı məlumatlandırmaq, haqq və batil üçün meyarları müəyyənləşdirmək məqsədilə özünə ən əziz olan insanları meydana gətirdi. Aşura günü də imam Hüseyn (ə) tarix boyu həqiqətləri açıqlamaq və xalqa açıq-aydın məlumat vermək məqsədilə əzizdən də əziz olan yaxınlarını meydanın ortasına çıxardı, sözü və əməli ilə, ən ağır bir formada ödəniş edərək həqiqəti bəyan etdi”.
Ali Məqamlı Rəhbər elmi-teoloji mərkəz ilə universitetlərin vəhdətində də əsl məqsədin həqiqi bağlılığın yaradılmasından, cəmiyyətdə böyük rola və təsirə malik olan bu iki toplumun maddi və mənəvi potensialından istifadə etməkdən ibarət olduğunu vurğulayaraq demişdir: “Burada da əsas məqsəd İlahi müjdənin və həqiqətin xalqa çatdırılmasıdır”.
İslam İnqilabının Rəhbəri təbliğatın əsas sütunlarının bəsirət, Tanrıya yəqinliklə arxayın olmaq və əməli iş görməkdən ibarət olduğunu qeyd edərək demişdir: “Təbliğat işində bəsirət və səmimi qəlbdən iman birgə vəhdətdə olmalı və İlahi müjdəyə tam yəqinliklə inam hissi müşahidə olunmalıdır ki, bütün bunların əsasında əməli iş həyata keçirilsin. Həqiqətdə, bu cür təbliğat işi saleh əməldir”.
Həzrət Ayətullah Xamenei düzgün təbliğatın zəruri şərtləri sırasında konkret cərəyanın, ideologiyanın və meyarın yaradılmasını qeyd edərək əlavə etmişdir: “Konkret cərəyan və meyarın yaradılması üçün dəqiq və ardıcıl bir proqrama ehtiyac var. Elmi-teoloji mərkəzlərin təbliğat işində başlıca ehtiyac duyduğu məsələlərdən biri düzgün istiqamətli təbliğat işinin aparılması və konkret istiqamətli cərəyanların yaradılması üçün lazımi proqramların hazırlanacağı, ehtiyac duyulan məqamların müəyyənləşəcəyi mərkəzlərin mövcudluğu zərurətidir”.
Həzrət Ayətullah Xamenei təbliğat işində konkret ideologiyanın yaradılmasında əsas məqsədin insanların intellektual və dini maariflənmə səviyyəsinin artırılmasının vacib olduğunu qeyd edərək demişdir: “İnsanların dini maariflənmə səviyyəsinin yüksəlməsi məsuliyyət və öhdəçilik hissi ilə müşayiət olunarsa, cəmiyyətdə praktik – əməli işin meydana gəlməsinə səbəb olar”.
İslam İnqilabının Rəhbəri məhərrəm ayının cəmiyyətdə, xüsusilə də, fitnə-fəsadın tüğyan etdiyi bir dövrdə təbliğat işinin düzgün aparılması, əsas meyarların müəyyənləşdirilməsi üçün ən yaxşı fürsət adlandıraraq əlavə etmişdir: “Həqiqət düşmənlərinin öz işlərini əsasən fitnə-fəsad üzərində qurduğu bir dünyada həqiqət tərəfdarlarının başlıca aləti bəsirət və düzgün yola istiqamətləndirmək olmalıdır”.
Həzrət Ayətullah Xamenei təbliğat işinin iki başlıca şərtini açıqlayarkən bunları əlavə etmişdir: “Təbliğat və həqiqətin insanlara çatdırılması işi Allah yolunda, Tanrı naminə və ixlasla olsa və bu yolda Allahdan qeyri bir kəsin, yəni qüdrətli və zalım hökmdarların qorxusu qəlbə yol tapmasa, sözsüz ki, lazımi nəticə verəcək və təsirli olacaq”.
Həzrət Ayətullah Xamenei təbliğat işinin düzgün təşkili, onun şərtləri və zəruri cəhətləri ilə bağlı söhbəti yekunlaşdırarkən bunları da vurğulamışdır: “Tam yəqinlik və cəsarətlə addım atmaq, gördüyü işin hesabatını Tanrıya həvalə etmək İslami təbliğatın başlıca çərçivəsidir”.
Ali Məqamlı Rəhbər məhərrəm ayında təbliğat işinin və əza mərasimlərinin təşkili ilə bağlı da bəzi məqamları qeyd edərək demişdir: “Çalışmaq lazımdır ki, mərhum imam Xomeyninin (r.ə) uzaqgörənliklə qeyd etdiyi kimi, məhərrəm ayında təşkil olunan əza mərasimləri ənənəvi formada keçirilsin, mərsiyə oxunması, imam Hüseynin (ə) və onun ailə üzvlərinin çəkdiyi müsibətlərə göz yaşı axıdılması ilə müşayiət olunsun”.
İslam İnqilabının Rəhbəri mərsiyə oxunmasını, imam Hüseynin və onun ailə üzvlərinin çəkdiyi müsibətlərin yada salınmasını İlahi övliyalarla insan arasında yaradılan mənəvi tellər adlandırmış, habelə bunları dini bilgi və dəyərlərlə fikri və əməli bağlılığın əldə edilməsi üçün olduqca qiymətli zəmin hesab etdiyini bildirmişdir. O, əlavə etmişdir: “Bu mənəvi tellər əslində Qurani-Kərimdə qeyd olunan “məvəddət”dir. Əgər “məvəddət” olmasa, imamların rəhbərliyi və onlara itaət də olmayacaq və ola bilər ki, keçmiş dövrlərdə “məvəddət”i bir kənara qoymaq ucbatından İslam ümmətinin başına gələn bəlalar təkrar olunsun”.
Həzrət Ayətullah Xamenei vurğulamışdır: “Aşura günü baş vermiş hadisələrin şərh olunması və müsibətlərin yada salınması vacibdir. Bir qrup insanlar guya ziyalı mövqeyindən çıxış edərək “Müsibətləri anıb göz yaşı axıtmağa nə ehtiyac var?” deməsinlər”.
Ali Məqamlı Rəhbər ənənəvi əzadarlıq barədə demişdir: “Əzadarlığın ənənəvi formada təşkili, yəni dəstə-dəstə insanların sinə vurması, ələmin qaldırılması və imam Hüseynin (ə) faciəsinin anılması insanlar arasında mənəvi tellərin daha da artmasına səbəb olacaq. Lakin bəzi əzadarlıq formalarına, misal üçün tamamilə mənfi və qeyri-düzgün bir hal olan baş yarmaya, əvvəllər də təkidlə qeyd olunduğu kimi yol verilməməlidir”.
Sözünə davam edən İnqilab Rəhbəri fitnə-fəsadın geniş yayıldığı dövrdə təbliğat işinin və həqiqətlərin açıqlanmasının əhəmiyyətini şərh edərək Peyğəmbərin (s) və Həzrət Əlinin (ə) yaşadıqları dövrə toxunmuş və əlavə etmişdir: “Peyğəmbər dövründə maarifləndirmə işində ən mühüm məsələ münafiqlərlə bağlı idi. Həzrət Əlinin (ə) dövründə də bütün səylər başlıca olaraq müsəlman olduğunu iddia edən, lakin nəfsinin istəklərinə tabe olaraq yanlış yol tutan şəxslərə qarşı mübarizəyə yönəlmişdi”.
Həzrət Ayətullah Xamenei belə bir şəraitin son dərəcə qarışıq və çətin olduğunu qeyd edərək demişdir: “Belə vəziyyətdə insanların düşüncəsində hər şey dolaşıq və anlaşılmaz bir şəklə düşür, elitar təbəqənin nümayəndələri şübhə və tərəddüd içində qalır. Elitanın bu cür şübhə və qərarsızlıq içərisində olması isə müsəlman cəmiyyətinin irəliyə doğru sağlam hərəkatını zərərverici bir qurd kimi daxildən yeyib çürüdür”.
Ali Məqamlı Rəhbər hazırkı şəraitdə beynəlxalq ictimaiyyətin faktiki problemlərindən biri kimi məhz həmin məsələni qeyd edərək demişdir: “Düşmənlər beynəlxalq miqyasda elita və sadə xalq da daxil olmaqla ictimaiyyətin zehnini korlamaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Həmin vasitələr sırasında “qanunçuluq, bəşər hüquqlarının müdafiəsi və məzlumun tərəfində olmaq” kimi şüarları və yalançı iddiaları qeyd etmək olar”.
İslam İnqilabının Rəhbəri Amerikanın dövlət başçısının bir-neçə gün əvvəl qanun pozuntusuna yol verən dövlətlərə cavab verməyin zəruri olması ilə bağlı səsləndirdiyi fikirlərə toxunaraq qeyd etmişdir: “Yalançı bir bəhanəni əsas gətirərək İraqı işğal edən və İraq xalqının başına bu qədər müsibətlər gətirən Amerikadan çox qanunu pozan hansı dövlətdir?”
Həzrət Ayətullah Xamenei əlavə etmişdir: “Amerika hansı qanuna əsaslanaraq özünün İraqdakı işğalçı siyasətini davam etdirir. Hansı qanunun əsasında Əfqanıstandakı silahlı qüvvələrini artırır və bu ölkə hər gün yadellilərin tapdağı altında qalır”.
Ali Məqamlı Rəhbər ABŞ dövlətinin dünyada qanunsuzluğun bariz timsalı olduğunu, lakin zahirdə özünü başqa cür göstərdiyini təkidlə vurğulayaraq əlavə etmişdir: “Fitnə-fəsadın həqiqi mənası da bax elə budur. Müxtəlif vasitələrdən istifadə edərək dünya ictimaiyyətinin təfəkküründə özünə geniş yer qazanmaq istəyən, fitnə-fəsad girdabı olan bu cərəyana qarşı mübarizə aparmağın yeganə yolu maariflənmə və həqiqətlərin açıqlanmasıdır. Bu isə olduqca çətin bir vəzifə hesab olunur”.
Məzhəblərarası qarşıdurmaların genişləndirilməsini müsəlmanlar arasında şübhə və tərəddüd əhval-ruhiyyəsinin yayılması metodlarından biri kimi qeyd edən İnqilab Rəhbəri bunları da vurğulamışdır: “Məzhəblərarası qarşıdurmalara qarşı mübarizə aparmağın yeganə yolu bəsirət, maariflənmək, düzgün təbliğat işi aparmaq və düşmənin qurduğu tələyə düşməməkdir”.
Görüşün əvvəlində Qum şəhərindəki elmi-teoloji mərkəzin direktoru Ayətullah Muqtədayi çıxış edərək Əhli-beytin (ə) və xalis İslam dininin təlimlərinin, imam Xomeyninin (r.ə) göstərdiyi yolun elmi-teoloji mərkəzlərin və təbliğat işi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinin başlıca prinsipləri olduğunu qeyd edərək demişdir: “Təbliğat işində həmahənglik yaratmaq, başlıca siyasi kursu müəyyənləşdirmək, bütün potensial imkanlardan istifadə etmək, günün tələblərinə cavab vermək məqsədilə Mərkəzi Təbliğat Şurası yaradılmış və artıq işə başlamışdır”.

Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir