İİR-nın Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei verdiyi fərmanla keşikçi briqada generalı Məhəmməd Pakpuru İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı vəzifəsinə təyin etdi.
Mehriban və bağışlayan Allahın adı ilə!
Keşikçi briqada generalı Məhəmməd Pakpur,
Korpus Komandanın təklifini, habelə Sizin ordu sıralarındakı dəyərli və effektiv xidmətlərinizi, qazandığınız zəngin təcrübəni nəzərə alaraq Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı vəzifəsinə təyin edirəm.
Ümidvaram ki, Sizə həvalə edilmiş bu səlahiyyəti lazımınca icra etmək və ordunun hazırlıq qabiliyyətini yüksəltmək üçün quru qoşunlarında xidmət edən məsul kadrlardan, habelə müasir texnologiyalardan səmərəli istifadə edəcək, fəaliyyətinizi məqsədəuyğun proqramlar və novator metodlar əsasında quracaqsınız.
Uca Yaradandan hamımıza dəstək və yardımçı olmasını diləyirəm.
Fərmanın tam mətni:

Seyid Əli Xamenei
14 mart, 2010-cu il
Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir