Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı heç bir təcavüz qarşısında üzüyumşaqlıq etməyəcək!

Bu gün (cümə günü) səhər Keşikçi Korpusun Bocnurddakı İmam Cavad (ə) adına piyada briqadasının Şəhid Nuri adına qarnizonunda Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə Şimali Xorasanda yerləşən hərbi, polis və bəsic birləşmələrinin müştərək sabah mərasimi keçirildi.

İmam Cavad (ə) adına piyada briqadasının qarnizonuna daxil olan Ali Məqamlı Rəhbər əvvəlcə şəhidlərin anıldığı məkanı ziyarət etdi, “Fatihə” oxuyaraq Uca Yaradandan Müqəddəs Müdafiə şəhidlərinə ən ali dərəcələr dilədi.

Daha sonra Həzrət Ayətullah Xamenei meydanda düzülmüş birləşmələri salamladı.

Mərasim zamanı çıxış edən Ali Məqamlı Rəhbər Silahlı Qüvvələri xalqın rahatlıq və arxayınlığının qarantı, yadellilərin təcavüzkar fantaziyalarına qarşı qoruyucu sədd  adlandıraraq vurğuladı: “İslam təlimlərinə əməl edən İran xalqı heç kəsə təcavüz etmək niyyətində deyil, lakin heç bir təcavüz qarşısında üzüyumşaqlıq da göstərməyəcək!”

“Müharibələr törətməkdə imperialistlərin motivi silah satışına rəvac vermək, kapitalistlərdən asılı olan hərbi sənayeni rövnəqləndirməkdir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hegemon dövlətlərin müharibə həvəsini zəiflədəcək, yaxud yox edəcək yeganə amil xalqın ümumi hazırlığı və Silahlı Qüvvələrin müdafiə hazırlığıdır”.

Ali Məqamlı Rəhbər dedi: “Bu gün İran xalqında, xüsusilə də gənclərdə ümumi hazırlıq hissi hər zaman olduğundan daha güclüdür. Silahlı Qüvvələr də keçmişdəkindən daha hazırlıqlı və bacarıqlıdırlar”.

“Silahlı Qüvvələrin müdafiə gücünü və bacarığını artıran əsas amil Allahı düşünmək, mənəviyyatdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İslam döyüşçülərinin 8 illik Müqəddəs Müdafiədə qələbə çalması, zahirən qüdrətli, iddialı və yaxşı silahlanmış sionist ordusunun 33 günlük Livan və 22 günlük Qəzza hərbi əməliyyatlarındakı məğlubiyyəti müdafiə gücü və bacarığının artırılmasına mənəviyyatın göstərə biləcəyi təsirə ən yaxşı nümunələrdir”.

O, əlavə etdi: “Bu gün İran xalqı düşmənlərinin qarşısında özünü hər zamankından daha güclü hiss edir və bu duyğu reallığa söykənir”.

Xalqın və Silahlı Qüvvələrin hazırlıq qabiliyyətini qorumaq və daha da gücləndirmək  lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İran xalqının və Silahlı Qüvvələrin hazırlığı, istənilən anda işə keçmək əhval-ruhiyyəsi elə bir heybət yaradıb ki, düşmənlərin ölkəmizə təcavüz etməyi xəyallarına belə gətirmələrinə imkan verməyəcək”.

Ali Baş Komandanın çıxışından öncə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general Cəfəri Silahlı Qüvvələrin, özəlliklə də Keşikçi Korpusun imkanlarına toxunaraq dedi: “Keşikçi Korpus təhlükələri daim izləməklə yanaşı, peşəkar quru qüvvələri və bəsicin birgə iştirakını təmin etmək, raketlərin uzaqvuranlığını genişləndirmək,  özünün dənizdə müdafiə və hücum qabiliyyətini artırmaqla müdafiə və önləmə hazırlığını əhəmiyyətli dərəcədə yüksəldərək strateji önləmə səviyyəsinə çatdırıb”.

Mərasimin davamında “Ümid qibləsi” marşı icra olundu.

Mərasimin sonunda meydandakı hərbi birləşmələr Ali Baş Komandanın önündən paradla keçidlər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /