Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ərbəin mərasiminin sonunda etdiyi çıxış

Mənim bugünkü tədbirlə bağlı deyiləsi sözüm yoxdur; əlhəmdulillah, hamınız dinlədiniz, bəhrələndiniz, sizin kimi mən də dinlədim, faydalandım. Hər halda, bu görüşlər, bu toplantılar, bu anım mərasimləri tutduğumuz yolda bizim addımlarımızı daha da qüvvətləndirməli, bizə güclü, qırılmaz əzm qazandırmalıdır.

Duada belə deyirsiniz:

اللّهمّ ارزُقنی علماً واسعاً و عزماً ثاقباً

 – Allahım, bu yolda möhkəm, qırılmaz iradə və əzmimiz olsun. Bu yol çox doğru bir yoldur, bu hədəf çox ali bir hədəfdir və bu gün bizim camaatımızın, gənclərimizin, qardaş və bacılarımızın İslam İnqilabı və İslam Respublikasının bu mübarək yolunda irəliyə doğru atdığı addımlar, inşallah, Allah-taala tərəfindən sevilir, bəyənilir, razılıqla qarşılanır, intəhası önəmli olan və hamımızın diqqət yetirməli olduğumuz bir məsələ var ki, o da bu yolda sabitqədəm olmaqdır. Bu yolda möhkəm və sabitqədəm olmaq lazımdır!

Quranda “استقم” kəlməsi iki yerdə qeyd olunur və bu yolda mətin olmaq, səbat nümayiş etdirmək, cürbəcür amillərin təsiri altına düşməmək mənasını ifadə edir. Bu, hamar bir yol deyil; Uca Yaradanın yolu, Allah yolunda çalışmağın, haqq-ədaləti bərqərar etməyin, İslam sivilizasiyasına, həqiqi İslam quruluşu və İslam cəmiyyətinə yetişməyin yolu çətin bir yoldur. Bu, peyğəmbərlərin böyük zəhmətlə addım atıb irəlilədikləri bir yoldur.

Allaha şükürlər olsun ki, bu gün İran xalqı geriyə baxanda saysız-hesabsız uğurlarını görür. Qarşısındakı üfüqlər də eynilə; xalqımızın qarşısındakı üfüqlər də tamamilə ümidverici və xoşsonluqludur; buna əsla şübhə yoxdur; intəhası bizim tutduğumuz yol heç də düz, hamar bir yol deyil; dolanbac, eniş-yoxuşlu bir yoldur; bəziləri bu yolda arzuolunmaz amillərlə üzləşərək əzmini, iradəsini itirə bilər. Çalışın ki, bu yolda əzm və iradəniz zəifləməsin.

İnşallah, günbəgün daha da sabitqədəm olasınız.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.