Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 22 Bəhmən 1404-cü ilin izdihamlı “Yəvmullah” yürüşü ilə bağlı İran xalqına telemüraciəti

بسم الله الرّحمن الرّحیم
لاحول و لا قوّة الّا باللّه العلیّ العظیم

Rəhman və Rəhim Allahın adı ilə.
Güc və qüvvət yalnız Allaha məxsusdur. 

Əziz İran xalqı! Dünən, builki 22 Bəhmən günündə çox böyük bir iş gördünüz; İranı başıuca etdiniz, hər zamankı kimi İslam Respublikasına arxa durdunuz və gücünə güc qatdınız. Öz bəyanatlarında və planlarında İran millətini təslim etməyə çalışan düşmənlər isə məyus oldular. Siz dünən bu böyük işi Allahın yardımı sayəsində həyata keçirdiniz və Uca Allah da belə bir iştiraka, belə bir əzəmətli yürüşə görə xalqı mükafatlandıracaqdır; İran xalqı daha izzətli, daha qüdrətli və daha müstəqil olacaqdır, inşallah. 

Gəlin milli birliyi və həmrəyliyi qorumağa çalışaq; hamı buna çalışsın. Bu milli birlik olduqca əhəmiyyətli, olduqca dəyərli məsələdir. Bir xalqın küçələrə axışaraq bir ağızdan eyni sözü deməsi, eyni şüarı yüksəltməsi, eyni mətləbi təkrarlaması və əməli olaraq meydanda olması və öz kimliklərini, öz şəxsiyyətlərini düşmənə nümayiş etdirmələri olduqca diqqətəlayiq bir hərəkətdir.

Mən bütün İran xalqına öz minnətdarlığımı bildirirəm və dünən ölkədə keçirilən bu izdihamlı yürüşdə iştirak edənlərin hər birini səmimi qəlbdən salamlayıram.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.