Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
    • Həddi-büluğa çatmayan və əqli qüsuru olan şəxslərin xümsü
      Çap versiyası  ;  PDF
       
      Həddi-büluğa çatmayan və əqli qüsuru olan şəxslərin xümsü
       
      Uşaqların xüms və zəkatı
      312. Həddi-büluğa və şəri vəzifə yaşına çatmayan uşağa xüms və zəkat vacib olurmu?
      Cavab: Həddi-büluğa və şəri vəzifə yaşına çatmayan uşağa zəkat vacib olmur. Amma əgər onun malına xüms düşərsə (məsələn, onun mədənindən faydalı qazıntı çıxarılarsa, yaxud halal malı harama qarışarsa), xümsü ödəmək onun “şəri sahibi”nə vacibdir. Amma belə uşağın əmlakı ilə edilən ticarətin gəliri və özünün əldə etdiyi iş gəliri istisnadır. Belə ki, bu gəlirlərin xümsünü ödəmək uşağın “şəri sahibi”nə vacib deyildir. Həmin gəlir qaldığı təqdirdə, uşaq şəri vəzifə yaşına çatdığı zaman onun xümsünü vermək ehtiyata görə onun özünə vacib olacaq.

       

      313. Uşaqların iş gəlirinə xüms düşürmü?
      Cavab: Ehtiyat-vacibə görə, onlar şəri vəzifə yaşına və həddi-büluğa çatdıqda uşaqlıq dönəmində əldə etdikləri və həddi-büluğa çatanadək onların mülkiyyətində qalan iş gəlirlərinin xümsünü verməlidirlər.

       

      Şəhid övladlarının sərmayəsinin xümsü
      314. Şəhid Fondunun hər ay şəhidlərin azyaşlı övladlarına verdiyi müavinətin bir qismi, yaxud bəzi şəhidlərin şəxsi mülkü olan əkin sahələrindən və ya səhmdarı olduqları zavod və fabrikdən əldə edilən gəlirin bir qismi şəhidlərin azyaşlı uşaqları üçün yığılıb saxlanmışdır. Bəzən bu pulun müəyyən miqdarı onların zəruri ehtiyaclarını təmin etmək üçün istifadə olunur. Bilmək istəyirik ki, sözügedən müavinətdən və ya gəlirdən yığılan pula xüms düşürmü? Yoxsa onlar həddi-büluğa çatmayanadək bu pulun xümsü yoxdur?
      Cavab: Şəhid övladlarına onların atalarından irs olaraq çatan mala və ya Şəhid Fondu tərəfindən verilən müavinətə xüms düşmür. Amma əgər Şəhid Fondunun verdiyi hədiyyədən və ya irsdən əldə edilən gəlir bu uşaqlar şəri vəzifə yaşına və həddi-büluğa çatanadək onların mülkiyyətində qalarsa, ehtiyat-vacibə görə, bu pula xüms düşəcək.

       

      Azyaşlı uşaqlara verilən hədiyyələrdən əldə edilən gəlirin xümsü
      315. Mən 10 yaşlı bir qızam. Ötən il mən şəri vəzifə yaşına çatdım. Uşaqlıqdan indiyədək mənə verilən hədiyyələri və bayramlıqları valideynlərim mənim adıma açdıqları bank hesabında saxlayıblar. Həmin pulun üzərinə bank tərəfindən gəlir də gəlib. Bu il sentyabr ayında mənim şəri vəzifə yaşına çatmağımın bir ili tamam olur. Bilmək istəyirəm ki, əmlakımın xümsünü necə hesablamalıyam?
      Cavab: Sualda deyilənlərə əsasən, siz şəri vəzifə yaşına çatmamışdan öncə sizin pulunuzdan əldə edilən və hazırda mülkiyyətinizdə olan gəlirin xümsünü, ehtiyata görə, verməlisiniz. Həmçinin şəri vəzifə yaşına çatdıqdan sonra əldə edilən gəlirin xümsünü də verməlisiniz.  

       

      Şüurunu itirən şəxsin xümsü
      316. Bir şəxs sağlam olduğu vəziyyətdə öz övladına müəyyən məbləğ pul verir ki, onu xüms olaraq ödəsin. Amma övlad bu pulu xüms olaraq ödəmək istədikdə xəbərdar olur ki, atası şüurunu itirmişdir. Bu məbləği xüms olaraq qəbul etmək olarmı?
      Cavab: Əgər ata şəri vəzifənin onun boynundan götürüləcəyi həddə şüurunu itirmişdirsə, onun öz əmlakından istifadə etməsi, o cümlədən xüms ödəməsi düzgün deyildir. Amma həmin şəxs vəfat etdikdə onun xüms borcunu irsdən ödəmək varislərinin vəzifəsidir və yalnız bundan sonra irsdən istifadə edə bilərlər.
    • Altıncı fəslin xülasəsi və diqqətəlayiq məqamlar
700 /