Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
  • ORUC
    • Orucu vacib edən şərtlər
    • Orucun vacib əməlləri
    • Oruc tutan şəxsə məkruh olan işlər
    • Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
    • Orucu bilərəkdən pozmağın kəffarəsi
    • Yalnız orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Təxir kəffarəsi
    • Ata və ananın qəza orucunun hökmləri
    • Müsafir orucunun hökmləri
    • Orucun vacib olmadığı şəxslər
    • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Orucun qisimləri
      Çap versiyası  ;  PDF
       
      Orucun qisimləri

       

      Məsələ 974. Oruc dörd qisimdir: vacib, haram, müstəhəb və məkruh.
      Məsələ 975. Vacib oruclar aşağıdakılardan ibarətdir:
      1- Mübarək Ramazan ayının orucu;
      2- Qəza orucu;
      3- Kəffarə orucu;
      4- Etikafın üçüncü gününün orucu;
      5- Təməttu həccində qurbanlığın əvəzinə tutulan oruc[1];
      6- Nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruc[2];
      7- Atanın və ehtiyat-vacibə görə, ananın böyük oğula vacib olan qəza orucları.
      Məsələ 976. Haram oruclardan bəziləri aşağıdakılardır:
      1- Fitr bayramı gününün orucu;
      2- Qurban bayramı gününün orucu;
      3- Şaban ayının axırı, yoxsa Ramazan ayının əvvəli olduğunu bilmədiyi halda mükəlləfin Ramazan ayının orucu niyyətilə oruc tutması;
      4- Ərin haqqı tapdalandığı təqdirdə qadının müstəhəb oruc tutması;
      5- Orucun insana ziyanı olduğu halda onun oruc tutması;
      6- Səfərdə olan şəxsin oruc tutması (əlbəttə, istisna təşkil edən hallar xaricdir).
      Məsələ 977. İlin bütün günlərində (orucun haram və məkruh olduğu günlər istisna olmaqla) oruc tutmaq müstəhəbdir. Amma bəzi günlərdə oruc tutmağın müstəhəbliyi təkid edilib, o cümlədən:
      1- Hər ayın birinci və axırıncı cümə axşamı günü, həmçinin hər ayın ikinci ongünlüyünün birinci çərşənbəsində oruc tutmaq;
      2- Hər ayın on üçüncü, on dördüncü və on beşinci günləri (əyyamul-bəyz) oruc tutmaq;
      3- Rəcəb və şaban aylarını oruc tutmaq (bütün ayı və ya ayın bəzi günlərini, hətta bir gün olsa belə, oruc tutmaq);
      4- Həzrət Peyğəmbərin (s) mövludu günü (17 rəbiul-əvvəl) oruc tutmaq;
      5- Məbəs günü (27 rəcəb) oruc tutmaq;
      6- Ğədir-xum günü (18 zilhiccə) oruc tutmaq;
      7- Dəhvul-ərz (25 zilqədə) oruc tutmaq.
      Məsələ 978. Məkruh oruclar aşağıdakılardır:
      1- Ev sahibinin icazəsi olmadan və ya ev sahibi qadağan etdiyi halda qonağın oruc tutması;
      2- Ərəfə günü oruc tutmaq insanda halsızlıq yaradacağı və ərəfə gününün əməllərini yerinə yetirməyə mane olacağı təqdirdə, həmin gün oruc tutmaq.
       

      [1] Əgər bir şəxsin həcc ziyarətində qurbanlıq kəsməyə maddi imkanı olmasa və borc da ala bilməsə, qurbanlığın əvəzinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində tutmalıdır.
      [2] Əslində, vacib olan əməl nəzir, əhd və anda əməl etməkdir. Yəni burada müstəhəb oruc vacib oruca çevrilmir.
    • Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
    • Etikaf
700 /