Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
      Çap versiyası  ;  PDF
      Həsən Sədri Mazandarani



      BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ


      Həzrət Zəhranın (s) sülaləsinə mənsub olan
      Ayətullah Xameneyinin
      tərcümeyi-halı


      Bakı – 2008
                
      Tərcümə edən: Seyid Əliəsgər Behbudlu
                        
                        


      Ön söz
      Hüseyn (ə) iftixar və izzət ilidir. Hazırda bu qiyamın bayraqdarı olan Seyid Əli Hüseyni Xameneyi Hüseynin qüdrət bayrağını öz əlində tutub. Onun qəlbində Hüseyn eşqi, əməllərində daim İmam Hüseyn (ə) məramı, dilində “Hüseyn” sözü əzbərdir. O, eşqinin sübutunu göstərən yaralı əlləri ilə inqilab bayrağını İmam Hüseynin (ə) qanının qisasçısı olan Mehdi Sahibəzzamana (ə) təhvil verməyə doğru gedir.
      Əzizlərim, dövrün Seyid Əli Hüseynisini yaxşıca öyrənməsək, bu ilahi şəxsiyyəti onun layiq olduğu şəkildə müdafiə edə bilmərik. Çünki eşq dərk etmək, tanımaq tələb edir, əlbəttə ki, məşuqu dərk etmək və tanımaq çox çətindir.
      Buna görə də biz çalışdıq ki, böyük dini rəhbərin həyatı ilə bağlı xatirələri toplayaq və öz həyatımızı bu əziz insanın xoş xatirələri ilə daha da gözəlləşdirək. Ola bilsin ki, Allahın müqəddəs vücudunun razılığı ilə qarşılansın, o böyük müəllim və qüdrətli filosof İmam Xomeyninin (r) əziz ruhunu şad etsin. Bizim İslam cəmiyyəti inqilabın banisinin müdrik rəhbərliyi və müəyyən etdiyi normalar əsasında bərqərar olmuşdur. Bu cəmiyyət böyük dini rəhbərin rəhbərliyi ilə çox sürətli inkişaf yolu keçmişdir. İmam (r) da onu çox yaxşı tanıyırdı və onu yüksəklərə qaldırmışdı. Həzrət (r) həmçinin onu çox müdrik, sağlam mütəfəkkir və ağıllı bir şəxs kimi qəbul edirdi.
      Həqiqətən də böyük və yaddan çıxarılması mümkün olmayan günləri artıq arxada qoymuşuq və çox hörmətli rəhbərimiz İmamın (r) rəhmətə getməsindən sonra həmin təhlükəli və ağır zamanlarda öz ağlı, gücü, dərin dünyagörüşü sayəsində İslam inqilabının sükanı arxasına keçərək onu nicat yoluna tərəf istiqamətləndirmişdir. Məhz o, Həzrət İmamın (r) dünya müsəlmanlarının, xüsusilə böyük İran İslam Respublikasının millətinin qəlbində alovlandırdığı ümid qığılcımını daha da qüvvətləndirdi.
      “Həzrət Zəhranın (s) sülaləsinə mənsub olan Ayətullah Xameneyinin tərcümeyi-halı” adı altında sizlərə təqdim olunan bu kitabı da məhz böyük dini rəhbər, müdrik və ağıllı şəxsiyyət olan Həzrət Ayətullah Xameneyinin bütün özünəməxsus keyfiyyətlərinin öyrənilməsində əsas mənbə hesab etmək olar.
      Həzrət İmam (r) bu ilahi insanı çox gözəl vəsf etmişdir: “İslam, din və siyasət aləmində yorulmaz mübariz, islama və ölkəsinə xidmət edən, cəbhədə və müharibədə fədakar əsgər, mehrabda öyrədici müəllim, cəmiyyətdə və camaat arasında bacarıqlı natiq və İslam inqilabı meydanlarında özünü fəda edən rəhbər”.
      Mən də öz imkanım daxilində istədim ki, həzrəti lazımi səviyyədə tanımayan bugünkü nəslin nümayəndələrinə onun xatirələrindən, hekayətlərindən söz açım. “İkinci Xomeyninin”, İslam inqilabının böyük rəhbərinin əsl simasının təsvir edilməsində öz gücsüzlüyümü qəbul etsəm də, əziz oxucularımızın diqqətinə aşağıdakı məqamları çatdırmağı özümə borc bilirəm:
      1. “Həzrət Zəhranın (s) sülaləsinə mənsub olan Ayətullah Xameneyinin tərcümeyi-halı” adlı bu kitab altı fəsildən ibarətdir.
      Birinci fəsil: “Günəşin doğması” – Burada həzrətin anadan olduğu vaxtdan 1357-ci hicri şəmsi ilinədək davam edən siyasi mübarizəsindən bəhs edilir.
      İkinci fəsil: “İdrakın açarı” –  Burada həzrətin mənəvi və ictimai keyfiyyətlərindən söz açılır.
      Üçüncü fəsil: “Günəş cəbhədədir” – Bu fəsildə böyük dini rəhbərin dilindən müharibə haqqında deyilməmiş fikirlər oxuculara təqdim edilir.
      Dördüncü fəsil: “Dost sözü” – Həzrət İmamın (r) böyük dini rəhbər haqqında söylədiyi fikirlər açıqlanır.
      Beşinci fəsil: “Ustadın hüzurunda” – Burada böyük dini rəhbərin Həzrət İmam (r) haqqında dediklərindən bəhs edilir.
      Altıncı fəsil: “Şəriət elmində yüksək səviyyəyə çatma” – Bu fəsildə böyük dini rəhbərin fəaliyyəti və şəriət elmi sahəsində məqamı Həzrət İmamın (r) silahdaşlarının dilindən açıqlanır.
      2. Bu kitabda qeyd olunan bütün məsələlər etibarlı sənədlərə əsaslanır və onlar şərh və qeydlərdə öz əksini tapmışdır.
      3. Məsələlərin açıqlanması zamanı heç bir müdaxilələrə yol verilməmiş və hər şey olduğu kimi çatdırılmışdır.
      4. Kitabın yazılmasında yol verilə biləcək səhvlərin çox cüzi olacağına baxmayaraq, sizdən üzr istəyir və deyirik ki, əgər hər hansı bir yanlışlıqla qarşılaşsanız, naşirin ünvanına göndərin. İnşaallah, kitabın yeni çaplarında həmin səhvləri aradan qaldırarıq.

      Həsən Sədri Mazandarani,
      Qum şəhəri, 1381-ci hicri şəmsi ilinin baharı


    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /