Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalqın iradəsinə təsir etməyəcək qədər kiçikdirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra tələbələrlə üç saatlıq görüşü zamanı onların elmi və akademik məsələlər, habelə ölkənin siyasi, mədəni və iqtisadi sahələri ilə bağlı münasibətlərini və fikirlərini dinlədikdən sonra tələbələri İslam dövlətinin hegemoniya ilə davamlı mübarizəsində ön sıralarda olmağa çağırdı. O, çıxışı zamanı tələbələrin müxtəlif məsələlərə tənqidçi və tələbkar yanaşmasını dəstəklədiyini, idealist baxış bucağını, habelə dövri uğursuzluqlardan məyus olmamağı bu təşviş hissinin təkmilləşdiricisi olduğunu dedi. İnqilabın Rəhbəri vurğuladı ki, inqilabçı tələbə təşkilatlarının realist olması, aktivlik göstərməsi, universitetlərdə İslam İnqilabı diskursunun izahını verməyə və üstün tutulmasına ciddi cəhdlə səy göstərməsi zəruridir: “Universitetin əsas sütunu elmdir, universitet kampusunun ən mühüm vəzifəsi alim yetişdirmək, elm istehsal etmək, alimə və elmə doğru istiqamət verməkdir”.

İslam İnqilabının Rəhbəri Tehranda baş vermiş terror hadisələrinə də toxunaraq dedi: “Bu cür hadisələr İran xalqının və dövlət rəsmilərinin iradəsinə heç bir zərər vumayacaq. İran xalqı öz inkişafını qüdrətlə davam edərərək irəliləyəcək”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində iclasda çıxış etmiş tələbələrin fikirlərinin çox mətin, güclü, hikmətli və yüksək səviyyədə olduğunu dedi; Elmlər Nazirliyi və Azad Universitetin məsul şəxslərinə bu qətiyyətli fikirlərdən istifadə etmələrini tövsiyə etdi: “İrəli sürülən fikirlərin ümumi mənzərəsi İnqilabın ilk illəri, hətta sonrakı illərlə müqayisədə tələbə kollektivlərinin düşüncə səviyyəsinin inkişaf etdiyindən xəbər verir. Bu bizim ehtiyac duyduğumuz həmin məsələdir”.

O öz fikirlərinə açar söz kimi “hegemoniya”nın izahı ilə giriş verdi: “Hegemoniyanın mənası iki qütblü qlobal sistem deməkdir. Onun bir qütbündə hegemon, digər qütbündə isə hegemona tabe olan tərəf yer alır”.

İslam İnqilabının Rəhbəri hegemoniya sistemi çərçivəsində formalaşmış ikiqütblülüyə işarə edərək dedi: “İnkişaf və durğunluq, təşəbbüs və təqlid ikiliyi, siyasi müstəqillik və asılılıq ikiliyi, özgüvən və iradəsizlik ikiliyi son iki-üç əsrdə meydana gəlmiş ikiliklərdir. Hegemon dövlətlər dəqiq elmi layihələr əsasında öz dünya görüşlərini, mədəniyyətlərini və adət-ənənələrini əsarətləri altında olan ölkələrə transfer etməklə yanaşı, bunu həm də əbədiləşdirməyə çalışmışlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, yalnız bəzi ölkələr hegemoniyanın müəyyən areallarından cüzi xilas əldə etmək imkanı əldə etdilər: “Belə bir şəraitdə İslam İnqilabı sinəsini hegemon sistem qarşısında sipər etdi və İranı bu bataqlıqdan tam çıxara bildi”.

O dedi: “Bəziləri deyə bilər ki, İran İslam Respublikası hegemon sistemdən necə tamamilə çıxıb ki, cəmiyyətdə Qərb mədəniyyətinin bəzi təsirləri hələ də müşahidə edilməkdədir?”

İslam İnqilabının Rəhbəri dedi: “Bu sualın cavabında qeyd etməliyik ki, hegemon sistemə aid olan bütün fəaliyyətləri tərk etmək, ölkənin bütün mədəni, siyasi və iqtisadi sahələrini hegemon cərəyanının axın istiqamətinin əksinə idarə etmək İslam Respublikası sistemində qəti qanundur. Təbii ki, bu sahədə pozuntulara yol verilə bilər. Ancaq qanunların olmaması və ya əks qanunların olması ilə bu, ayır-ayrı məsələlərdir”.

İslam İnqilabının Rəhbəri bir nazirliyin pis işləməsini əsas götürərək İslam dövlətinin effektivsiz olduğunu söyləməyin yanlış olduğunu vurğuladı: “Dövlətin effektivliyinin ən böyük arqumenti onun davamlılığıdır. Əgər İslam dövləti effektiv olmasaydı, indiyə qədər udulmuşdu”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dövlətinin böyük güclər qarşısında açıq və qətiyyətli mövqe sərgiləməsi çox mühüm bir hadisədir: “Bu məsələ dövlətin effektivliyinin aşkar göstəricilərindən biridir”.

O vurğuladı ki, mömin, inqilabçı və hizbullahçı gənclər İslam dövlətinin saysız-hesabsız nailiyyətlərini unutmasınlar: “İslam İnqilabı hegemonluq sistemi qarşısında dayanaraq İran xalqına kimlik və ideallıq bəxş edə bildi”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, qlobal həzmetmə sistemində həzm olunmamanın səbəbi İran və iranlı kimliyidir: “İran xalqının kimliyi və çoxlu sayda ideallarının olması təbii olaraq hegemon sistemin İslam İnqilabına qarşı çıxmasına, İslam dövləti ilə beynəlxalq nüfuzu olan güclər və cərəyanlar arasında qaçılmaz mübarizənin başlanmasına səbəb oldu”.

O, böyük güclərin sərt, yarımsərt və yumşaq metodlardan istifadə etməsi məsələsinə toxunaraq tələbə və universitetlərin bu mübarizənin əsas mərkəzlərindən biri olduğunu dedi: “Keçən illər ərzində universiteti mübarizə səhnəsindən kənarlaşdırılmaqdan ötrü çox səy göstərildi”.

Ali Məqamlı Rəhbər İnqilabın ilk illərində İnqilaba qarşı olan antiqi-inqilabçı cərəyanların universiteti istila etməsi məsələsinə toxunaraq dedi: “Həmin illərdə universitet həqiqətən, müharibə və mübahisələr meydanına çevrilmişdi. Lakin sonda universitetləri fəth edən məhz müsəlman və inqilabçı tələbələr oldu”.

Həzrət Ayətullah Xamenei həmin dövrdə mövcud olmuş ciddi bir problemə toxunaraq dedi: “Təəssüflər olsun ki, o illərdə müsəlman tələbə kollektivləri arasında problem meydana gəldi. Universiteti və casusluq yuvasını fəth etmiş tələbələrin bəzisi özlərinin zəifliyi, zəif analizləri, habelə həyəcandan doğan ekstremist davranışlar üzündən daxildən məğlubiyyətə uğrayıb zərbə aldılar”.

O, ölkə daxilindəki bəzi insanların universitetlərin inqilabçı ruhiyyəsindən məhrum edilməsinə səy göstərən bədxahların fəaliyyət istiqaməti ilə bağlı verdikləri açıqlamaları və bu istiqamətdə atdıqları addımları tənqid edrək dedi: “Təəssüflər olsun ki, bəziləri universitetlərdəki hizbullahçı ruhiyyəsinin zəifləməsinə köməklik göstərirlər”.

İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən İnqilabı və İslamı sevən, ayrı-ayrı adlar altında fəaliyyət göstərən universitet kampuslarına səslənərək dedi: “İslam dövlətinin hegemon sistemə qarşı davamlı mübarizəsinin ön sıralarında yer almalı, mübarizə və münaqişə səhnəsini dəqiq müşahidə etməklə yanaşı, onun qarşısında insani, milli, islami və beynəlxalq məsuliyyət hissinə malik olmalısınız”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında tələbələrin ölkə problemləri ilə bağlı tənqidi və tələbkar baxışlarını tam dəstəklədiyini dedi: “Bu tənqid və narahatçılıq hissi ilə dolu olan baxış universitetlərdən alınmamalıdır”.

Tənqidçi baxışla yanaşı ideal baxışın da zəruri olduğunu deyən İnqilabın rəhbəri inqilabçı tələbələrə səslənərək dedi: “İdeallar və dəyərlər məsələsində ciddi tələbkarlıq göstərin. Nöqsanlar və çatışmazlıqlar üzərinə sual işarəsi qoymaqla yanaşı dövri məğlubiyyətlərdən qətiyyən məyus olmayın, ümidsizliyə qapılmayın”.

İslam İnqilabının Rəhbəri dedi: “Əgər məğlubiyyətlər və zərbələr nəticəsində məyus olacaqdıqsa, mübarizə və ya məcburi müharibə dövrlərində məyus olmalı idik. Ancaq həmin mərhələlərdə məğlubiyyətlərdən əsla məyus olmadıq. Çünki ümidsizlik və məyusluq hissi ilə qalibiyyət əldə etmək olmaz”.

İslam dövlətinin misilsiz nailiyyətlərini diqqət mərkəzində saxlamağı tələbələrə tövsiyə edən Həzrət Ayətullah Xamanei onu da vurğuladı ki, İslam İnqilabına görə həmişə başıucalıq və qürur hissi keçirməlisiniz: “Bu gün dünyanın ən böyük güclərinin siyasətləri Qərbi Asiyada iflasa uğrayıb. Onlar özləri etiraf edirlər ki, bu məğlubiyyətin səbəbi İran İslam Respublikasının nüfuzu və qüdrətidir. İslam İnqilabının istəyinin reallaşması, ABŞ və tərəfdarlarının istəyinin nəticəsiz qalması balaca nailiyyətdir?”

O, düşmənin “xeyri yoxdur, bacarmazsınız, əlinizdən bir iş gəlməyəcək” kimi fikirlər aşılamaq üçün əl atdığı hiyləgər fəndlərdən birinə işarə edərək dedi: “Təəssüflər olsun ki, bəziləri ölkə daxilində düşmənin cəmiyyətə nüfuz etdirmək istədiyi düşüncəni meydanlarda, qəzetlərdə, virtual məkanlarda yüksək səslə təkrarlayırlar”.

İslam İnqilabının Rəhbəri tələbələrə səslənərək dedi: “Dövlətin daxilindəki problemlərə tənqidçi və tələbkar münasibətiniz şəfqətlə və çarə axtarmaq ruhiyyəsi ilə müşayiət olunmalıdır. Düşmənə qarşı mübarizədə isə, qətiyyətli və açıq-aydın münasibət bildirilməli, onun düşmən münasibətinə düşmən reaksiyası göstərilməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Tələbə təşkilatları xarici düşmənlə mübarizədə azaddırlar. Diplomatik məsələlərdə bəzi mülahizələrin nəzərə alınması diplomatların işidir. Tələbələrə gəldikdə isə, xarici məsələlərlə bağlı mövqelərini yüksək səslə və açıq şəkildə bəyan etməlidirlər”.

O, çıxışının bir yerində qeyd etdi ki, elm universitetin əsas sütunudur: “Universitet kampuslarının vəzifəsi alim yetişdirmək, elm istehsal etmək, alimə və elmə uyğun istiqamət verməkdir”.

İslam İnqilabının Rəhbəri elmi sahədə irəliyə doğru hərəkətin zəruri olduğunu vurğuladı: “Elmi hərəkət hələ ki, İslam dövlətinə layiq olan şəkildə reallaşmamışdır. Elmin sərhədlərini aşmaq lazımdır. Çünki elm sahəsində inkişaf texnologiya sahəsində inkişafa, texnologiya sahəsində inkişaf həyat şəraitinə təsir göstərilməsinə və dünyanın diqqət mərkəzində olmağa səbəb olur”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bütün universitet kampusları – nazirlər, universitet rəhbərləri, müdirlər, müəllimlər, dərsliklər və təhsil prosesləri bu çərçivədə olmalıdır”.

Həzrət Ayətullah Xamanei çıxışının davamında tələbə təşkilatlarına 10 tövsiyə ünvanladı.

O, seçki məqsədilə yaradılmış bəzi birdəfəlik təşkilatlara və ya universitetlərin inqilabçı və dindar təşkilatlarına qarşı mübarizə aparmaq məqsədilə yaradılmış təşkilatların mövcudluğuna işarə edərək dedi: “Bu iclasdakı sözlərimizin ünvanı o təşkilatlar deyil, İnqilaba və İslam dövlətinə inanan, düşmənlərə qarşı mübarizə aparan təşkilatlardır ”.

İslam İnqilabının Rəhbərinin tələbə təşkilatlarına ünvanlandığı birinci tövsiyə bu oldu: “İdealizmi unutmayın”

Həzrət Ayətullah Xamenei İslam İnqilabının dəyərli ideyalarına açıqlama gətirərək dedi: “Ədalətli, azad, mütərəqqi, mömin, Allaha bəndəlik edən, rifah içındə yaşayan, güclü, möhkəm və müstəqil cəmiyyətə nail olmaq elə ideyalardır ki, onların həyata keçməsi, ölkənin və çarəsizlərin xilası uğrunda insanın Allaha xatir canını fəda etməsinə dəyər”.

Reallığı görmək tövsiyəsi İslam İnqilabı Rəhbərinin verdiyi ikinci tövsiyə oldu. O, reallığı görmək deyildikdə bəzi fərdlərin maneələrə diqqət yetirilməsini nəzərdə tutduqlarına işarə edərək dedi: “Realist olmağın mənası müsbət reallıqları görməkdir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, gənc və istedadlı cəmiyyət, yeraltı sərvətlər, xüsusi coğrafi mövqe, İslam Respublikasının nailiyyətləri ölkənin mühüm reallıqlarındandır: “İdealizmin mənası maneələri və problemlərdən çıxmaq üçün axtarış aparıb yol tapmaqdır. Bu fəaliyyətin düşüncə tələb edən müzakirələrə ehtiyacı var”.

O, növbəti tövsiyəsində tələbələrdən acılı və şirinli hadisələrə tamaşaçı qalmamalarını, aktiv rol oynamalarını istədi.

İslam İnqilabının Rəhbərinin vurğuladığı başqa bir məsələ bu oldu ki, universitetlərdə İnqilab diskursunun üstün tutulması üçün hərtərəfli səy göstərilsin. O, ümidsizlik və məyusluğun yanlış olduğunu qeyd etdi: “Əlbəttə, bu çağırış təkcə universitetlərə aid deyil, ölkənin fikir və düşüncə mərkəzələrinin hər biri bu sahədə müstəqil şəkildə fəaliyyət göstərməlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzən fikir, mədəniyyət və siyasət mərkəzli qurumlar yanlışa yol verib fəaliyyətlərini dayandırırlar. Belə olan surətdə yumşaq müharibə zabitləri öz vəzifələrini müəyyən edərək yandırıcı od kimi hərəkətə keçsinlər, qərar qəbul edərək fəaliyyətə başlasınlar”.

İslam İnqilabının Rəhbəri tələbələrə virtual aləmlə kifayətlənməməyi, tərəf müqabilləri ilə dəyirmi masa, nəşrlər və bir neçə nəfərlik diskusiyalar vasitəsilə real əlaqə yaratmağı tövsiyə etdi. O, çıxışının davamında onlardan müstəqillik, xalqın hökumətdə rolu, hegemoniya sisteminin inkar edilməsi kimi əsas açar sözləri unutmamalarını və onları düzgün şəkildə izah etmələrini istədi.

Demokratiyanın da mühüm açar sözlərdən olduğunu deyən Həzrət Ayətullah Xamenei bəzi inqilabçı və yaxşı uşaqların onun bütün insanların seçkilər və onun nəticəsindəki iştirakında israrlı olmasını təəccüblə qarşıladıqlarına və gileyləndiklərinə işarə edərək dedi: “Müsibət onda olar ki, xalq səs qutularına arxa çevirsin. Düşmən də o günü gözləyir ki, xalqın 90%-i seçkilərdə iştirak etməsin”.

O, tələbələrə dedi: “Xalqın seçkidə iştirakı böyük bir nemətdir. Siz əhalinin seçkidə iştirakının qarşısını almaq əvəzinə, arzuolunan hesab etdiyiniz nəticə üçün çalışmalısınız”.

İslam İnqilabının Rəhbəri müstəqilliyin çox mühüm bir məsələ olduğunu dedi və 2030 saylı sənədin məzmunun həmin kontekstdən qiymətləndirilməsini istədi: “Bəziləri deyirlər ki, biz bu məsələdə mühafizəkarlıq etmiş, filan hissəni qəbul etmədiyimizi demişik. Halbuki hətta orada İslamla açıq ziddiyyət təşkil edən bir məsələ olmasa belə, yenə də təhsil proqramı ölkə xaricində yazılmamalıdır. Belə ki, o sənəddə İslama zid hallar var. Bizim bu məsələ ilə bağlı doğru məlumatlar almadığımızı düşünən insanların qənaətləri düzgün deyil”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bura İran və İslam Respublikasıdır. Bu millət böyük millətdir. Bizim təhsil proqramımız nə üçün YUNESKO və ya BMT-dəki bir neçə nəfər tərəfindən yazılmalıdır?”

O, yeddinci tövsiyə zamanı tələbə təşkilatlarını sözdə və əməldə dindar və Allah bəndəsi olmağa çağırdı və onlardan şəriət standarlarına və ilahi vəzifəyə uyğun şəkildə əməl etmələrini istədi.

İslam İnqilabı Rəhbəri növbəti tövsiyəsində tələbələrə cəsarətli olmağı tövsiyə etdi: “Tələbə təşkilatları öz fəaliyyətlərini yerinə yetirmək istəyərkən hansısa şəxsin və ya qurumun narahat olacağından ehtiyatlanmasınlar, görəcəkləri işin bütün tərəflərini tam şəkildə götür-qoy etsinlər, faliyyətlərinin yanlış olduğunun fərqinə vardıqları zaman isə, elə oradan da geri dönsünlər”.

Həzrət Ayətullah Xamenei qız tələbələrdən “Qərbdə qadın problemi”ni araşdırmalarını istədi.

O, tələbə təşkilatlarına ünvaladığı onuncu tövsiyəsi zamanı vurğuladı: “Tələbə təşkilatları ümidvarlıqlarını qoruyub saxlasınlar, ümidvarlığı universitetlərə inyeksiya etsinlər, ümidsizlik mühitinin yaranmasına imkan verməsinlər”.

İslam İnqilabının Rəhbəri tələbə təşkilatlarına ünvanladığı tövsiyələrini başa çatdırdıqdan sonra korrupsiya və Qərb mədəniyyətinin inyeksiyası ilə bağlı iki məsələyə toxundu.

O, bəzilərinin ölkədə sistemli pozuntulara yol verilməsi ilə bağlı səsləndirdikləri fikirlərin yanlış olduğunu dedi: “Sistemli korrupsiya avtoritar hakimiyyət dövründə mövcud olmuş və sistem təbii olaraq korrupsiyaya bulaşmışdı. Bu gün də korrupsiya halları mövcuddur. Onlar pis xassəli korrupsiyalar olsalar da, sistemli deyil, ayrı-ayrı hallara aiddirlər. Təbii ki, bu hallara əncam çəkilməlidir”.

Həzrət Ayətullah Xamenei habelə ölkədə Qərb mədəniyyətinin yayılması istiqamətində maraqların olmasına işarə edərək dedi: “Bu maraqlar mövcuddur. Ancaq bilin ki, İnqilabı öz yolundan sapdırıb ölkəni Qərb mədəniyyətinə bulaşdıra bilməyəcəklər”.

O, bildirdi ki, İslama və İnqilaba sevgi ruhiyyəsində tərbiyə edilmiş böyük nəsil ölkə mədəniyyətinin qərbləşməsinə mane olacaq: “Bu nəsil günbəgün daha da böyüyüb dərinləşəcək. Bu gün iclasda iştirak edən tələbələrin götür-qoy edilmiş, eyni zamanda da dərin məzmunlu çıxışları sözügedən gerçəklikdən xəbər verir”.

Həzrət Ayətullah Xamenei İslam dövlətinin keçən 38 il ərzindəki müqaviməti və inkişafına, 8 illik müharibə, böhran, sanksiya, genişmiqyaslı düşmən təbliğatları və terror kimi müxtəlif layihə və proqramların həyata keçirilməsinə baxmayaraq, hegemon sistemə qarşı güc göstərməsinə işarə edərək dedi: “Tehranda baş vermiş terror hadisələri bu günkü nəslə və tehranlılara terrorun və terrorçu hərəkətin nə olduğunu, terrorçuların günahsız insanları necə hədəfə aldıqlarını göstərdi”.

O vurğuladı: “Ölkədə bir neçə il bu gün Tehranda baş vermiş hadisələrdən daha ağır və daha genişmiqyaslı şəraitlər hökm sürmüşdür . Ancaq İslam Respublikası irəliyə doğru hərəkətini davam etdirməyə, imperialist sistemin uğur qazanmamasına müvəffəq olmuşdur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Bu gün baş verənlər xalqın iradəsinə təsir göstərməyəcək. Hamı bilsin ki, bunlar xalqın və dövlət rəsmilərinin iradəsinə təsir göstərə bilməyəcək qədər kiçikdirlər”.

O dedi: “Əlbəttə, bu hadisələr göstərdi ki, İslam Respublikası bu fitnələrin əsas mərkəzi hesab edilən özəyə qarşı müqavimət göstərə bilməsəydi, indiyə qədər ölkə daxilində bu qəbil hadisələrlə daha çox qarşılaşardıq. Allahın istəyi ilə bunların kökü kəsiləcəkdir”.

Bu görüşdə tələbə təşkilatlarının səkkiz nümayəndəsi çıxış etdi:

Mətin Müntəzəmi – Tələbələrin İslam Cəmiyyəti Birliyinin baş katibi

Əlirza Əlzəyyadi – İrandakı İraq tələbələrinin baş katibi

Məhəmmədəmin Səlimi – Tələbələrin Səfərbərlik Vəziyyətlərinin Aydınlaşdırılması Şurasının katibi

Əmin Sərdarabadi – Tələbə Ədaləttələblər Hərəkatının katibi

Seyyid Məhəmmədhüseyn Davudi – Aydın Səhər Mübarizə Qrupunun məsul nümayəndəsi

Əbüfəz Məzahiri – Müstəqil Tələbələrin İslam İcmaları Birliyinin katibi

Zəhra Sadat Rəzəvi – Vəhdətin Möhkəmləndirilməsi Şurasının üzvü

Məryəm Əssarzadə Mahani – Azad İslam Universitetinin mədəni və siyasi aktivi

Adıçəkilən sözçülər 2 saatdan çox davam edən çıxışları zamanı tələbə cəmiyyətinin baxışları və onları narahat edən məsələlərdən danışdılar.

Tələbə təşkilatlarının nümayəndələrinin çıxışlarının ən mühüm istiqamətləri aşağıdakılardan ibarət idi:

- Məhkəmə tərəfindən iqtisadi korrupsiyalara qarşı qətiyyətli mübarizə aparılması zərurəti

- Səlahiyyətlərin təsdiqi prosesində Nəzarətçi Şurasının qeyri-şəffaflığı və konsultasiyaların tənqidi

- İslam dövlətində ailəməkrəzliliyin roluna diqqət və ümumi ailə siyasətlərinin reallaşdırılması zərurəti

- Ali Mədəni İnqilab Şurasının mədəni siyasətlərin həyata keçirilməsində zəif rol oynamasının tənqidi

- Seçki namizədlərinin təbliğat resurslarında şəffaflıq sisteminin yaradılması zərurəti

- İntriqaçılara qarşı qətiyyətli mübarizə və onların cəzalandırılması tələbi

- Ölkənin idarə strukturlarına təkrar baxış keçirilməsi və icra çatışmazlıqlarının aradan qaldırılması zərurəti

- Sinfi fasilənin artması və xalq süfrəsinin kiçilməsinin tənqidi. Xüsusilə məişət sahəsində xalqın daha zəruri problemlərinə çox tez bir zamanda baxılması zərurətinə diqqət

- Seçki rəqabətlərində əsas platforma əvəzinə əxlaqsızlıq nümayişi, marginallıq edilməsi və qarayaxmadan istifadə edilməsinin tənqidi

- İnqilab ideyalarının irəli aparılması üçün gənclərə etimad göstərilməsi və icra işlərində gənclərə yer verilməsinin zəruriliyi

- Sapmaların qarşısının alınmasında İslam Şura Məclisinin nəzarət funksiyasının zəifləməsinin tənqidi

- Azad Universitetdə korrupsiya keçidlərinin müəyyən edilməsi, onlara qarşı mübarizə və bu universitetin fəaliyyətinə nəzarət edilməsinin zəruriliyi

Bu görüşün sonunda tələbələr Ali Məqamlı Rəhbərin imamlığı ilə Məğrib və İşa namazlarını qıldılar.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /