Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İqtisadçılar gecə-gündüz bilmədən çalışmalıdırlar

Bu gün (çərşənbə) səhər prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə Ələvi hökumətinə xas olan ədalət, paklıq, dindarlıq və xalqla birlikdə olmaq xüsusiyyətlərinin məsul şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsi meyarı olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei iqtisadi problemlər, xarici siyasət, daxili vəhdət və birliklə bağlı mühüm məsələlərə toxundu: “İqtisadiyyat sahəsində güclü, həcmli və keyfiyyətli işlər görülməli və bu sahə üzrə məsul şəxslər xalqın problemlərini həll etmək üçün gecə-gündüz bilmədən çalışmalıdırlar”.

Çıxışının əvvəlində hər kəsi mübarək Qədiri-xum bayramı münasibəti ilə təbrik edən İslam İnqilabının Rəhbəri Həzrət Əlinin (ə) İslam ümmətinin rəhbəri və Peyğəmbərin (s) canişini seçilməsinin Allahın böyük bir neməti olduğunu dedi: “İslam dövləti olaraq bizim ən mühüm vəzifəmiz Ələvi hökumətini meyar və nümunə seçməkdir”.

Hökumət həftəsi münasibəti ilə də təbriklərini bildirən İnqilabın Rəhbəri bu həftənin Şəhid Rəcai və Şəhid Bahünərin həmişəyaşar adı ilə bağlı olduğunu dedi: “Hökumət həftəsi dövlət məmurlarının öz fəaliyyətlərini qiymətləndirmələri üçün bir fürsətdir. Yeri gəlmişkən, bu iclasda iştirak edən dövlət rəhbərləri, qardaş və bacılara bu həftə “Allah qüvvət versin” demək lazımdır. Çünki əhalisi səksən milyondan çox olan bir ölkəni müxtəlif problemləri ilə birlikdə idarə etmək çox ağır və çətindir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, hökumət həftəsi dövlət orqanları və məsul şəxslərin güclü və zəif cəhətlərini qiymətləndirmək üçün bir fürsətdir: “Bu qiymətləndirmədə güclü cəhətlərin artırılması, zəif cəhətlərin isə aradan qaldırılması üçün güclü və zəif cəhətlər qarşılaşdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei on ikinci hökumətin bir illik fəaliyyətini qiymətləndirərək dedi: “Bu bir ildə iqtisadi inkişaf, enerji, qeyri-neft ixracatının artımı və idxalatın azaldılması sahəsində yaxşı işlər görülmüşdür. İxracatın artırılması və idxalatın azaldılması prosesi daha böyük sürətlə davam etdirilməli və eyni zamanda həmin xidmətlər xalqa peşəkarlıqla izah edilməlidir”.

Çıxışının davamında ölkənin iqtisadi problemlərindən söz açan İslam İnqilabının Rəhbəri üç qüvvənin rəhbərlərinin kordinasiya iclasının təşkili məsələsinə toxundu: “Bu iclasın təşkil edilməsinin məqsədi diqqətləri əsas iqtisadi problemlər üzərində cəmləmək və onların sürətli həlli istiqamətində kordinasiya yaratmaqdır. Bu səbəbdən də sözügedən iclaslarda müzakirə, məsləhət və məşvərət apraraq ortaq cəhətləri artırmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bəzi zəif cəhətlər və iqtisadi boşluqların olması səbəbindən düşmən ölkə iqtisadiyyatını diqqət mərkəzində saxlamışdır: “İqtisaidyyat sahəsində güclü və həcmli işlər görmək və bütün boşluqları doldurmaq lazımdır. Bunda isə qyeri-mümkün heç nə yoxdur. Ölkə iqtisadiyyatının idarə edilməsində bizim heç bir çıxılmazlığımız yoxdur”.

O əlavə etdi: “Ölkənin iqtisadiyyat sahəsi üzrə cavabdeh şəxsləri öz fəaliyyətlərinin həcmi və keyfiyyəti istiqamətində gecə-gündüz bilmədən çalışmalıdırlar. Fəaliyyətlərin əsas nüvəsini isə daxili istehsala əsaslanan müqavimət iqtisadiyyatı siyasətləri təşkil etməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Müqavimət iqtisadiyyatı siyasətləri həm düşmən qarşısında müdafiə səngəri qazmaq və gücləndirmə işləri aparmaqdır, həm də irəliyə doğru hərəkət etmək üçün gücləndirmədir. Buna görə də müqavimət iqtisadiyyatı daxili istehsal bazası ilə müdafiə və hücum səciyyələrinə malikdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, daxili istehsal və problemlərin ortadan qaldırılması məsələsi üç qüvvənin rəhbərlərinin kordinasiya iclasında diqqət mərkəzində saxlanmalı olan mühüm məsələlərdəndir: “İstehsal probleminin həlli yolu var. İqtisadçılar da bu istiqamətdə həll yolu təqdim ediblər. Əgər həmin həll yollarına əməl edilsə, hal-hazırda böyük bir hissəsi çətin vəziyyətdə olan əhalinin məişəti yaxşılaşar”.

Müəssisələrin fəaliyyətlərinin dayandırılması və onların malik olduqları imkanlardan aşağı dərəcədə işlədilməsinin qarşısının alınması üçün hərtərəfli səy gösərilməsinin lazım olduğunu vurğulayan İslam İnqilabının Rəhbəri iqtisadi idarəetmə məsələsinə toxunaraq dedi: “Hökumətin vəzifəsi iqtisadi idarəetmədir. Əlbəttə, bu idarəetmə mülkədarlıq kimi başa düşülməməlidir. 44-cü maddənin ümumi siyasətlərinin məqsədi də mülkədarlığın olmamasıdır”.

Həzrət Ayətullah Xamenei iqtisadi idarəetmə haqqında danışarkən əlavə etdi: “Sağlam iqtisadi fəallara, təşəbüskar və əməksevər gənclərə meydan verilməsi, maneələrin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması, habelə korrupsiyanın təsir göstərə biləcəyi nöqtələrin bağlanması və korrupsionerə qarşı mübarizə ölkə iqtisadiyyatının idarə edilməsinin iki əsas sütunudur”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, biznes mühitinin yaxşılaşdırılması yollarından biri ardıcıl və əsasən, bir-birinə zidd olan sirkulyarların göndərilməsinin qarşısının alınmasıdır: “Öz gələcəyi ilə bağlı yaxşı proqram tərtib edə bilməsi üçün iqtisadi fəala əmin-aman və stabil şərait yaradılmalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, korrupsionerlə mübarizə aparmaq və korrupsiyanın nüfuz edə biləcəyi yolları bağlamaq üçün hökumət qurumlarının rəhbərlərinin gözüaçıqlığına və ayıqlığına ehtiyac var. O, son aylar sikkə və valyuta bazarında baş verən hadisələrə toxunaraq dedi: “Bu hadisələrlə bağlı müəyyən açıqlamalar verilsə də, hər halda, idarəetmədə diqqətsizliyə yol verilmişdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, valyutanın təsnifat metoduna nəzarət etmək üçün qabaqcıl metodlar mövcuddur: “Valyutanın bölünməsi və ya bazara girişi prosesində açıq gözlü olmaq lazımdır. Ölkənin bu çətin şəraitində neçə milyard dolların bir dəstənin əlinə keçməsinə və ya ölkədən çıxarılmasına, məhsul idxalı adı altında başqa şylərə sərf edilməsinə, yaxud da əyləncə xarakterli xarici səfərlərə ayrılmasına imkan vermək olmaz”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, hökumət ölkə iqtisadiyyatını idarə etmək iqtidarındadır: “Bu cür iqtisadi idarəetmə ciddi iradə, meydana mübarizlik ruhiyyəsi ilə daxil olmaq, artıq məhkəmənin müdaxiləsinə ehtiyac yaranmasın deyə, korrupsiyanın nüfuz nöqtələrini bağlamaq məqsədi daşıyan tam və davamlı nəzarət prinsipləri ilə şərtlənir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, müəyyən bölmələrdə bəzi cins və məhsulların çatışmazlığı saxtakarlıq və sabotajdır: “Bu cür hallara açıq gözlə nəzarət edilməli və onlarla mübarizə aparılmalıdır”.

İqtisadi idarəetmə zərurəti ilə bağlı fikirlərini davam etdirərkən ölkənin bol və daha aparıcı iqtisadi imkanlarından istifadə edilməsi məsələsini xüsusilə vurğulayan Ali Rəhbər beynəlxalq mərkəzlərin hesabatına istinad edərək əlavə etdi: “İran istifadə edilməmiş potensiallar baxımından dünyada birinci yerdə durur ”.

Həzrət Ayətullah Xamenei dedi: “Beynəlxalq müəssisələrin statistikasına əsasən, hal-hazırda İran ümumi daxili məhsul göstəricisinə görə iki yüz neçə ölkə arasında 18-ci yerdə qərarlaşmışdır. Belə ki, əgər daxili imkanlardan daha çox və daha yaxşı istifadə edilsə, beynəlxalq sıralamada daha yüksək yerlərdə qərarlaşarıq”.

O bildirdi ki, daxili imkanlar və mənbələrdən pis istifadə etmək iqtisadi idarəetmə sahəsində mövcud olan digər problemlərdəndir: “Dünya neftinin ən böyük istehsalçılarından olan İran nə üçün benzin idxal etməlidir? Halbuki neftayırma və istehsal zavodları tikməklə, hətta neft məhsullarının ixracı ilə böyük neft ehtiyatları nemətindən düzgün isitfadə etmək olar”.

İnqilabın Rəhbəri bildirdi ki, gün ərzində yüz milyon litrdən çox benzin istehlakı daxili imkanlar və mənbələrdən yanlış istifadənin başqa bir nümunəsidir: “Neft Nazirliyi və digər hökumət rəhbərləri benzin istehlakının azaldılması yollarını nəzarətə götürsünlər”.

Həzrət Ayətullah Xamenei hökuməti özəl sektorun geniş imkanlarından daha səmərəli istifadə etməyə maraq göstərmədiyi üçün tənqid etdi: “44-cü maddənin siyasətlərinin tam və düzgün icrası, tacirlər, istehsalçılar, sənətkarlar, ehtiyyat hissə istehsalçıları və özəl sektorun digər subyektləri iqtisadi idarəetməyə və ölkənin inkişafına mütləq, təsir göstərəcək”.

İnqilabın Rəhbəri özəl sektorun tamamlanmamış layihələrin təkmilləşdirilməsi işinə cəlb edilməsinin iqtisadi fəallar potensialından istifadə və likvidiklərin idarə edilməsi yollarından olduğunu dedi.

Likvidikliyin nəzarətə alınması və idarə edilməsi zərurəti İnqilab Rəhbərinin hökumət rəhbərlərinə sifariş etdiyi başqa bir nüans oldu. O, likvidikliyə nəzarət edilməsinin mümkün olduğunu vurğulayaraq əlavə etdi: “Nəzarət edilməyən likvidiklik (sikkə, valyuta, mənzil və digər sahələr) hər yerdə dağıdıcı olacaq. Mübariz, fəal və dayanmadan çalışan bir kompoleks onu idarə etməli və nəzarətdə saxlamalıdır”.

Mərkəzi Bankın digər banklar üzərindəki güclü nəzarəti və idarəetmə məsələsi Həzrət Ayətullah Xameneinin ölkə iqtisadiyyatının idarə eidlməsi ilə bağlı verdiyi başqa bir tövsiyə oldu.

O, bankların filiallar açmaqda davam etməsi, bank şöbələrinin artırılması kimi xərc aparan digər işlərini tənqid edərək dedi: “Mərkəzi Bank tam və dəqiq nəzarət sistemi vasitəsilə bəzi bank və maliyyə müəssisələrinin əmanətçilərinin problemləri və bu qəbildən olan məsələlərin ortaya çıxmasına mane olmalıdır”.

İnqilabın Rəhbəri əlavə etdi: “Təbii ki, problemlərin qarşısı əvvəldən alınmalıdır. Hər halda, effektiv metodlardan istifadə edərək əhaliyə problem yaradan maliyyə mərkəzlərinə qarşı mübarizə aparmaq olar”.

Prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşü zamanı ediyi çıxışın ikinci hissəsini xarici siyasətlə bağlı məsələlərə həsr edən Həzrət Ayətullah Xameneinin vurğuladığı məsələlərdən biri də qonşularla yaxşı və daha sıx əlaqələrin yaradılması ilə bağlı oldu.

İnqilabın Rəhbəri Avropa ölkələri haqqında da danışdı: “Avropa ilə əlaqələrin və müzakirələrin davam etdirilməsinin problemi yoxdur, ancaq bu işi davam etdirmənizə baxmayaraq, iqtisadiyyat və Hərtərəfli Birgə Fəaliyyətlər Planı kimi məsələlərdə onlardan ümidinizi kəsin”.

O, Avropanın HBFP və sanksiyalar kimi məsələlərdə sərgilədiyi qeyri-adekvat davranışı tənqid edərək dedi: “Onların vədlərinə şübhə ilə baxaraq hadisələrin gedişinə ciddi nəzarət etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, HBFP milli maraqların qorunması üçün bir vasitədir: “HBFP məqsəd yox, vasitədir. Təbii ki, bu vasitə ilə milli maraqların qorunmasının mümkün olmaması qənaətinə gəlsək, onu bir kənara qoyacağıq”.

O dedi: “Avropalılar İranın dövlət rəsmilərinin açıqlamaları və davranışlarından anlamalıdırlar ki, onların tədbirləri İran İslam Respublikasının adekvat tədbirləri və reaksiyası ilə nəticələnəcək”.

İslam İnqilabının Rəhbəri amerikalılarla istənilən müzakirənin yolverilməz olduğunu dedi: “ABŞ-ın ən azı üzdə yaxşı görünməyə çalışan sabiq rəsmiləri ilə danışığın nəicəsi belə oldu. Ancaq ABŞ-ın iranlılara görə qılınclarını üstdən bağlamış indiki həyasız və sırtıq rəhbərləri ilə nə müzakirəmiz ola bilər? Buna görə də amerikalılarla heç bir səviyyədə müzakirəmiz baş tutmayacaq”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İranla müzakirə aparmaq bütün Amerika dövlətlərinə lazımdır: “Onlar manevr etmək istəyirlər ki, biz hətta İran İslam Respublikasını da müzakirə masasına gətirdik. Hər halda, daha öncə də açıq və əsaslı şəkildə qeyd etdiyim kimi, onlarla heç bir müzakirə olmayacaq”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda ölkənin məsul şəxsləri arasında birlik və bağlılığın olmasının hər zamankından zəruri olduğunu dedi: “Qüvvələrin rəhbərləri və ayrı-ayrı sahələrin məsul şəxsləri bir-birlərinə yardım etməli və dəstək olmalıdır, xüsusilə hamısı hökumətə köməklik göstərməlidir. Çünki hökumət meydandanın ortasındadır”.

Həzrət Ayətullah Xamenei bildirid ki, məsul şəxslər arasında fikir ayrılıqlarının olması təbiidir: “Bu fikir ayrılıqları mediaya sızdırılmamalıdır. Çünki xalqda narahatlıq və həyəcan yaradar”.

İslam İnqilabının Rəhbəri İslam Şurası Məclisinin keçən gün baş tutan iclasına və millət vəkillərinin prezidentə ünvanladığı suala toxunaraq dedi: “Parlamentin dünənki iclası İran İslam Respublikasının iqtidarı və sabitliyini göstərirdi. Allah cənab prezidentə və qanunverici qvvəyə xeyir versin ki, birlikdə bu iqtidar nümayişinə imza atdılar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Deputatalar 23 milyondan artıq səslə seçilmiş prezidentdən soruşur, prezident də soyuqqanlıqla, təmkinlə suallara cavab verir. Bu isə dini demokratiya deməkdir”.

İslam İnqilabının Rəhbəri deputatların gözləntiləri ilə mövcud gerçəkliklər arasında doldurulması zəruri olan boşluqlara işarə edərək dedi: “Mühüm olan İslam Respublikasının qüdrəti və məsul şəxslərin özgüvəninin əzəmətli nümayişi idi”.

Həzrət Ayətullah Xamenei vurğulaıd ki, düşmən dünənki iclasdan başqa məqsədlər güdürdü: “Dünən baş tutmuş çox gözəl iclas həm prezidentə, həm də parlamentə güc verəcək, əməkdaşlıqların daha da artmasına və baxışların daha da yaxınlaşmasına zəmin yaradacaq”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda vurğuladı: “Tam hazırlıqlı, fəal və yüksək əhval ruhiyyədə olan bir qrup iqtisadi problemləri tək-tək həll etməyə ezam edilməlidir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident hökumət tədbirləri və proqramları haqqında məlumat verdi.

Cənab Ruhani bildirdi ki, hökumətin bütün səyi ölkəni arzuolunan nöqtəyə çatdırmaq olmuşdur: “Keçən beş ildə inflyasiyanın azaldılması, iqtisadi inkişaf, ümum daxili məhsulun artırılması kimi yüksək uğurlara nail olmuşuq”.

Prezident hökumətin kəndlilərə göstərdiyi xidmətlərdən danışaraq dedi: “On ailədən çox olan bütün kəndlər işıqla təmin edilmiş, kəndlərin çoxu qazla və kommunikasiya sistemi ilə təchiz edilmişdir”.

Cənab Ruhani icraedici orqanların kənd təsərrüfatı sahəsindəki fəaliyyətlərindən, o cümlədən buğda və şəkər istehsalındakı özünü təmin məsələsindən söz açaraq dedi: “Kəndlilərin gəlirləri həm məhsul istehsalının həcmi, həm də qiymət baxımından əvvəlkindən yaxşıdır. Bir çox kənd təsərrüfatı məhsulunun istehsalında artım müşahidə edilir”.

Prezident Cənubi Parsda qaz istehsalının 90% artımı və ortaq anbarlarda neft istehsalının artımının hökumətin enerji sahəsindəki nailiyyətlərindən olduğunu dedi: “Ölkə qaz və dizel istehsalı sahəsində özünü təmin səviyyəsinə nail olub. İlin sonuna qədər benzin istehsalı sahəsində də özünü təin səviyyəsinə nail ola bilərik”.

Cənab Ruhani nəqliyyat donanmasının modernləşdirilməsi, qeyri-neft ixracatının iki dəfə artırılması və daha çox qeyri-neft ixracatına köklənmənin hökumətin digər xidmətlərindən olduğunu dedi: “Baxmayaraq ki, son aylar, xüsusilə valyuta sahəsində bir sıra problemlərlə qarşılaşmışıq, ancaq keçmişdə daha çətin problemləri adladığımız kimi, tədbirlə bu problemləri də adlayacağıq”.

Prezident ABŞ-ın sanksiyalarına toxunaraq dedi: “Hal-hazırki şəraitdə qarşımızda heç bir siyasi həll yolu yoxdur. Çünki bütün beynəlxalq normaları pozaraq İrana qarşı sanksiyalar tətbiq etmiş bir dövlət heç nəyə bağlı deyil”.

Cənab Ruhani bildirdi ki, amerikalılar iqtisadi təzyiqdən daha yuxarı məqsədi hədəfə alıblar. Onlar yenidən İrana qayıtmaq və ölkəni istila etmək istəyirlər: “Onlar İranın müstəqilliyini yenidən ayaqlar altına almaq və İran xalqı üzərində ağalıq etmək istəyirlər. Ancaq millətimiz əsla belə bir şeyi qəbul etməyəcək və bunu öz əzmkarlıqları və müqavimətləri ilə dünyaya nümayiş etdirəcək”.

Prezident vurğuladı: “Bütün İran xalqı İnqilabın Ali Rəhbərinin arxasındadır və onun rəhbərliyi ilə düşmənlərin məkrli planlarının həyata keçməsinə imkan verməyəcək”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /