Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ qarşısında geri çəkilməyəcəyik

Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının müdavimlərinin buraxılış mərasimi keçirildi.

İslam İnqilabının Ali Rəhbəri meydana daxil olduqdan sonra əvvəlcə adsız şəhidlərin məzarını ziyarət etdi, ruhlarına mübarək “Fatihə” surəsi oxudu, Müqəddəs Müdafiə şəhidlərinin xatirəsini əziz tutdu. Daha sonra Ali Baş Komandan meydanda düzülmüş hərbi birləşmələri salamladı.

Həzrət Ayətullah Xamenei habelə meydanda olan şərəfli veteranlar və şəhidlərin ailələri ilə görüşüb hal-əhval tutdu.

İslam İnqilabının Rəhbəri mərasimdəki çıxışı zamanı İmam Hüseyn (ə) adına Akademiyanın mühüm bir universitet və Allahın böyük bərəkətlərindən olduğunu dedi və Keşikçilər Korpusunun rəhbərliyinin bu universitetin yüksəlişi və inkişafı üçün səfərbər olmasının zəruriliyini vurğuladı: “Akadmiyanın uğurları ilə fəxr edirik, ancaq qane deyilik. Onun bütün səviyyələr və cəhətlər üzrə inkişaf etməsinin zəruri olduğunu düşünürük”.

O qeyd etdi ki, bu universitetin öz rolunu ifa etməsi üçün cəlbetmə sistemi, təhsil proqramlarının dərinləşməsi, yeni yaranmış məsələlərə və elmlərə diqqət, əhatəli tərbiyə, ixtisaslaşdırılmış idarəemtə, komandanlar və rəhbərlərin universiet binasına emosional münasibəti ilə yanaşı, qanun-qaydalara riayət edilməsi SEPAH-ın cavabdeh şəxslərinin xüsusilə diqqət mərkəzində saxlamalı olduğu məsələlərdəndir.

Ali Baş Komandan çıxışının ikinci hissəsində SEPAH-ın daxil və xaricdəki izzətinə işarə edərək dedi: “Amerikalılar da SEPAH-a qarşı olan öz düşməncəsinə və qəzəbli münasibətləri ilə onun izzətini daha da artırmışlar. Çünki Allah düşmənlərinin düşmənçiliyi mömin bəndələri daha da izzətli edir”.

O, “Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri və döyüş atlarını hazır vəziyyətə gətirin” (Ənfal surəsi, 60-cı ayə) ayəsinə istinad edərək vurğuladı: “Bu ilahi fərman daimi bir dərs kimi Keşikçilər Korpusunun həmişəlik prioriteti olmalıdır”.

Ali Baş Komandan bildirdi ki, bu ayənin məqsədi Allah və müsəlmanların düşmənlərinin qorxudulması üçün daha çox hazırlaşmağın zəruri olduğunu göstərməkdir: “Allahın düşmənlərin qəlbində yaradılmasını əmr etdiyi qorxu qabaqlayıcı funksiya daşıyan qorxudur. Yəni elə etməliyik ki, düşmənlər gənc, mömin, fədakar və yüksək əhval-ruhiyyəli kişilərin heybətindən qorxmalıdırlar. Bu, ən mühüm qabaqlayıcı amil olacaq”.

Həzrət Ayətullah Xamenei Allah-taalanın hər gün artmaqda olan hazırlıqla bağlı verdiyi əbədi göstərişin mühüm və diqqət çəkən cəhətlərini şərh edərək dedi: “Düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri səfərbər edin” cümləsinin mənası budur ki, təşkilatlanmış gücünüzü güclü, möhkəm və hərtərəfli bir təşkilat yaratmaqla artırın, elmi və ixtisaslaşmış qüdrətinizin gücləndirilməsini daim diqqət mərkəzində saxlayın, taktiki və strateji gücünüzü irəliyə doğru hərəkət etdirin, əməliyyat gücünüzü ayıqlıq və daim hərəkətə hazırlıq və hətta bir anlıq da olsa, diqqətsizlikdən çəkinmək səciyyəsi ilə səciyyələndirin, SEPAH-ın iman gücünü mömin, qərarlı, xalis, yüksək əhval-ruhiyyəli gəncləri tərbiyə etməklə hər gün daha da artırın.

Ali Baş Komandan ayənin təchizat hazırlığı ilə bağlı başqa bir hissəsini şərh edərək dedi: “Allah-taala Qurani-Məciddə göstəriş verib ki, lazım olan bütün müdafiə, əməliyyat və informasiya təchizatlarından istifadə etməlisiniz. Təbii ki, bu vasitələr istehsal edilməli, daxildə yaradılmalı, müxəlifliyi ilə quru, su, hava, kosmos, dəniz, sərhədlər və ölkə daxilindəki bütün ehtiyaclara cavab verməlidir. Bu gün virtual məkan da lazım olan vasitələrdəndir”.

O bu barədə bunları dedi: “Cinayətkar və asılı diktatura rejimi anbarları ABŞ silahları ilə doldursa da, iranlıların bu təchizatların çoxunu açmağa və təmir etməyə haqqı çatmırdı. Əslində, diktatura rejimi xalqın pulu ilə ABŞ-ın silah zavodlarını inkişaf etdirmiş, anbarları elə silahlarla doldurmuşdu ki, ərbablarının icazəsi olmadan iranlıların onlardan istifadə etməyə haqqı çatmırdı, hətta onlarla tanış olmaq və onları öyrənmək haqqına da malik deyildilər”.

İnqilabın Rəhbəri əlavə etdi: “Diktatura rejiminin, öz dili ilə desək, iki komponenti var idi: biri silah anbarları, digəri isə ABŞ-ın göstərişlərini yerinə yetirməklə fəxr etmək, regionda jandarma rolunu ifa etmək, ABŞ-a qarşı olan hər bir səsi boğmaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün vəziyyət yüz faiz əksinə dəyişib. Xalq öz iradəsi ilə ölkənin məsləhət və mənafeyini təmin etmək üçün zəhmət çəkir, işləyir, çalışır, qərar verir və addım atır”.

İslam İnqilabının Rəhbəri yumşaq və sərt proqramların bütün yönləri ilə təchiz olunmanın zəruriliyini yenidən vurğulayaraq Ərbəin yürüşünün həqiqi gücün nümunələrindən olduğunu dedi: “Zəvvarların Kərəblaya hərəkət istiqamətindəki milyonluq və əzəmətli toplanışı, yəni iftixar, fədakarlıq və şəhidlik zirvəsinə doğru hərəkəti İslam və İslam müqaviməti cəbhəsinin gücünü yenidən təzahür etdirir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Ərbəin İslam tarixində meydana çıxdığı ilk gündən başlayaraq Aşuranın çox güclü carçısı olmuşdur: “Aşura qəhrəmanlığından Əhli-beytin (ə) Kərbəlaya qayıtdığı vaxta qədər olan qırx günlük müddət ərzində Həzrət Zeynəb və Həzrət İmam Səccadın Şam və Kufədəki fəryadları Aşuranın həqiqi carçısı oldu. Bəni-Üməyyə və Süfyani hakimiyyətinin zülmət mühitində haqq məntiqinin hakimiyyətinin reallaşması ilə Aşura diri qaldı və tarixdə yaşadı” .

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Aşuradan Ərbəinə qədər olan zaman fasiləsində Əhli-beytin o dövrün qəribə boğucu mühitindəki hərəkət qasırğası vəziyyətin dəyişməsinə, sonda Süfyani rejiminin devrilməsinə səbəb oldu: “Bu gün də həmin hadisə baş verməkdədir”.

O dedi ki, ayrı-ayrı ölkələrdən İmam Hüseynin (ə) Ərbəininə gəlmiş müsəlmanların, müxtəlif İslam firqələri, hətta digər dinlərin nümayəndələrinin əzəmətli yürüşü mürəkkəb təbliğatlar dünyası, müasir dövrün hay-küyləri arasında məzmunlu bir fəryad və misilsiz bir çağırışdır: “Məna dolu “Hüseyn bizi toplayıb” şüarı xalis bir həqiqətdir. Çünki Hüseyn (ə) bu mislsiz toplanışı yaratmış, hamını mənəviyyat və azadlığın mənbəyinə doğru hərəkətə gətirmişdir”.

İnqilabın Rəhbəri vurğuladı ki, İmam Hüseynin (ə) Ərbəin yürüşündəki mənəviyyat, fikir və maarif gündən günə vüsət alıb dərinləşməlidir: “Elm və hikmət adamları bu sahədə iş görməli və çalışmalıdırlar”.

İslam İnqilabının Rəhbəri İslam Respublikasının hərəkət istiqaməti ilə bağlı çıxışının son hissəsində dedi: “İnqilabın ilk günündən bu günə qədər müxtəlif sahələrdə bəzən heyrətamiz uğurlar əldə etmişik, əlbəttə, çatışmazlıqlarımız çoxdur və problemlərimiz də az deyil. Ancaq uğur və nailiyyətlər daha çox olmuşdur”.

O, İslam Respublikasının indiki hərəkət xəttinin davam etdirilməsi istiqamətindəki fəaliyyətinə aydınlıq gətirərkən Əbaəbdillah Hüseynin (ə) öz dilindən deyilmiş Aşura qiyamının fəlsəfəsi ilə bağlı bir xütbəyə istinad edərək dedi: “Həzrət Seyyidüşşühəda (ə) Əziz İslam Pöeyğəmbərinin bir hədisinə istinad edərək insanlara belə dedi: “Zalımı görüb ona söz və əməldə qarşı çıxmayan adama Allah həmin zalımın aqbitəni yaşadar və cəhənnəmə göndərər”.

Həzrət Ayətullah Xamenei dedi: “İmam Hüseyn (ə) bu açıqlama ilə zülm və zalıma qarşı mübarizə vəzifəsinin qiyamın və öz hərəkətinin səbəbi olduğunu dedi. İslam Respublikası da həmin əsasla bu vəzifəyə əməl etməyi öz vəzifəsi bilir və bütün hallarda ona əməl edəcək”.

İnqilabın Rəhbəri qeyd etdi ki, bu gün küfür, sionizm və ABŞ cəbhəsi xalqların qanını sormaqla, müharibə salmaqla və digər faciələrlə Allah bəndələri və xalqlara qarşı zülmkar, haqsız və qəddar davranırlar. İran xalqı Həzrət Seyyidüşşühədanın (ə) hərəkət fəlsəfəsi əsasında onlara qarşı mübarizəni öz vəzifəsi hesab edir. ABŞ və düşmənlərin müxtəlif təzyiqləri qarşısında geri çəkilməmək bu prinsipə əsaslanır.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İmam Xomeyninin (r.ə) 50 il bundan əvvəl, yəni 40-cı illərin əvəvllərində Quma sürgün edilməzdən əvvəl ABŞ-a qarşı apardığı mübariz vəzifə hissindən qaynaqlanırdı: “İmam nümunəvi ayıqlığı ilə bilirdi ki, hər bir kəs və hər bir millət zülm və haqsızlıq qarşısındakı vəzifəsinə əməl etsə, Allah ona mütləq yardım edəcək. Hamımız bu ilahi vədin reallaşdığını da gördük”.

İnqilabın Rəhbəri İranın əziz gənclərinə səslənərək dedi: “İman, əzm və iradə ilə öz ilahi vəzifənizə əməl edin və bilin ki, din və insanlığın düşmənlərinə qarşı müqavimət göstərmək ilahi yardımla müşayiət olunur. Son qırx ildə də belə olub. Allahın lütfü ilə İnqilabın ikinci və sonrakı addımlarında da belə olacaq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, gənclər ölkənin ümidləridir: “Təbii ki, yaşlı adamlar da öz vəzifələrinə əməl edirlər. Belə ki, İmam yaşlı vaxtında bir gənc kimi düşünüb addım atırdı. Ancaq gerçəklik ondan ibarətdir ki, gənclər ölkəni irəli aparan mühərrikdirlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Gənclər bilsinlər ki, onların fikir və düşüncələri düşmənin birinci hədəfidir. Buna görə də düşmənlərin hiylələri qarşısında iman və qüdrətlə dayanın”.

Mərasimdə çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun baş komandanı general mayor Səlami SEPAH-ın İnqilabın mənəviyyat, elmi və əməli cihad istiqaməti üzrə ikinci addımında həlledici rol oynamağa hazır olduğunu vurğuladı: “Mövcud proseslərin təhlili göstərir ki, gələcək dəyişikliklərin əsasını elm prinsipi təşkil edəcək. Bu əsasla İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müəllim və tələbələri çalışacaqlar ki, elmi gerilikləri aradan qaldırmaqla elm və texnologiya müstəvilərində hərəkət edək”.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandanı Briqada generalı Fəzli bu akademiyanın təhsil fəaliyyətləri və proqramları haqqında məlumat verdi.

Mərasimdə İmam Hüseyn (ə) adına universitetin nümunəvi komandirləri, idarə heyəti, müəllimləri, tədqiqatçıları və məzunlarından bir neçəsi Ali Baş Komandan tərəfindən hədiyyələrlə təltif edildi. İmam Hüseyn (ə) adına universitetin iki tələbəsi də rütbə və apoletlə təltif edildi.

“İnsan düzəldən İnqilab” proqramının icrası və hərbi and İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın bu günkü mərasim proqramlarından oldu.

Mərasimdə meydanda olan hərbi birliklər Ali Baş Komandanın önündən keçdilər, eyni zamanda sahə və özgüvən əməliyyatlar proqramı təqdim edildi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /