Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq bir daha öz əzəmətini göstərdi

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər minlərlə bəzici ilə görüşdə Bəsicin təhdidləri fürsətlərə çevirən bir təşkilat olaraq yaradılmasının əsaslarından, pak Bəsic ağacının yumşaq və sərt müharibənin ayrı-ayrı sahələrindəki geniş fəaliyyətləri və xidmətlərindən danışaraq böyük İran xalqının keçən həftə nümayiş etdirdiyi əzəmətli hərəkətinə işarə edərək bu qüdrətli hərəkətə görə xalqa dərin təşəkkürünü bildirdi: “İran xalqı bu genişmiqyaslı hərəkətlə düşmənin çox təhlükəli və proqramlaşdırılmış genişmiqyaslı planını iflasa uğratdı”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində “Bəsic həftəsi” münasibətilə hər kəsi təbrik etdikdən sonra İran xalqının keçən həftəki böyük və əzəmətli hərəkətindən danışdı: “Mən İran xalqına öz dərin təşəkkürümü bildirirəm. İran xalqı bu hərəkətlə, həqiqətən, öz qüdrət və əzəmətini bir daha nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei son hadisələrin dərin, genişmiqyaslı və çox təhlükəli bir plan olduğunu dedi: “Düşmənlər bu planı hazırlamaq üçün külli miqdarda xərc sərf edib, fürsət gözləyirdilər ki, həssas bir məqamda dağıdıcı hərəkətlər, qətl və fitnədən istifadə edərək onu həyata keçirsinlər. Düşünürdülər ki, benzin məsələsi onların istədikləri fürsətdir. Qoşunlarını meydana yürütdülər, ancaq İran xalqı öz əzəmətini nümayiş etdirməklə düşmənin cəhdini boşa çıxardı”.

O, İran xalqının meydandakı hərəkətinin hüquq-mühafizə, ordu və bəsicin sərt tədbirlərindən daha mühüm və yüksək olduğunu dedi: “İran xalqının Zəncan və Təbrizdən başlayan, hətta bəzi kəndlərə qədər gedib çıxan və son nöqtəsi Tehran olan böyük hərəkəti dünya sionizmi və imperializminin ağzının üstündən vurulmuş bir zərbə idi və onları geri oturmağa məcbur etdi”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İran xalqının əsl düşmənləri xalqın bu böyük hərəkətinin məna və mesajının fərqinə vardılar: “Bu bir həftə, həqiqətən, İran xalqının əzəmətinin zirvəsi idi. Allah-taalaya şükür edir, əziz xalqımıza təşəkkürümü bildirirəm”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında Bəsicin üzvləri, fəaliyyət və xidmətlərinin mövqe və miqyasından danışdı: “Məhrumlardan ibarət könüllülər təşkilatının yaradılması dahi İmamın İnqilab və İslam ideologiyasına əsaslanan misilsiz təşəbbüsü idi. Bu gün Bəsic dünya üzrə bəlkə də ən böyük mədəni, sosial və hərbi xalq şəbəkəsidir”.

O dedi: “İmamın (r.ə) gücü onda idi ki, bu misilsiz təşkilatı şəhərlərin küçələrindən, xalqın öz içərisindən topladığı insanlardan yaratdı”.

İslam İnqilabının Rəhbəri Bəsicin yaradılmasının təhdidin fürsətə çevrilməsinin ən bariz nümunəsi olduğunu dedi: “1358-ci ilin 13 abanında (4 noyabr 1979) casus yuvası və ABŞ-ın təhqiri hadisəsindən sonra onlar söz təhdidi ilə yanaşı, əməli təhdidə də keçdilər və öz hərbi təyyarələrini Fars körfəzinə göndərdilər. O vaxt İslam Rspublikası əlverişli hərbi və müdafiə imkanlarına malik deyildi. Lakin İmam (r.ə) 13 abandan sonra bir aydan da az bir müddət keçmişdi ki, azər ayının 5-i (26 noyabr 1979) Bəzicin yaradılması ilə bağlı fərman verdi və əməli olaraq bu təhdidi fürsətə çevirdi”.

Həzrət Ayətullah Xamenei İmamın (r.ə) bu addımının ABŞ qarşısında böyük bir qüdrət nümayişi olduğunu dedi: “Əgər o vaxt ABŞ-ın təhdidi qarşısında geri çəkilsəydik, məlum deyil ölkənin aqibəti necə olacaqdı. Buna görə də Bəsicin həqiqəti və əsl məntiqi təhdidlərin ortadan qaldırılması və təhdidlərin fürsətə çevrilməsidir”.

O, daha sonra qarşıdan gələn təhdidlər və İslam dövlətinin nə üçün həmişə təhdidlərlə qarşılaşması məsələsinə toxunaraq dedi: “İslam dövləti İslam prinsipləri və dəyərlərinə əsaslanır. İslam özü isə ədalət və azadlığın aşkar bayraqdarıdır. Əks tərəfdə isə, imperialist sistem azadlıq və ədalətə qarşıdır. Buna görə də İslam dövləti təbii olaraq imperialistlərin və hegemoniya cəbhəsinin təhdidlərinə məruz qalır”.

İslam İnqilabının Rəhbəri imperialist sistemin ABŞ, Aropa və digər ölkələrdəki ədalət və azadlıqla ziddiyyət təşkil etdiyini dedi: “İmperialist sistem həmişə xalqların müstəqilliyinə qarşı mübarizə aparmış, onu təhqir etmişdir. Bu məsələdə öz niyyətlərini aşkar etməkdən də qətiyyən çəkinməmişlər. Məsələn, amerikalılar açıq şəkildə deyirlər ki, Suriya neftindən ötrü Fəratın şərqinə daxil olublar. Onlar heç bir icazəsiz-filansız İraqdakı hərbi hissələrinə daxil olur, bu ölkənin paytaxtı və hökumətinə qətiyyən etina etmirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam imperializmin tam əks qütbündə dayanır: “İslam açıq şəkildə ədalət və azdlığın müdafiəsinə qalxır, zülm və dəalətsizliklə mübarizə aparır. İslam Respublikası da eynilə bu şəkildə inqilabın ilk illərində, ABŞ-la olan qarşıdurmalar öz zirvə nöqtəsində olduğu bir vaxtda keçmiş SSRİ-nin Əfqanıstana təcavüzünə etiraz etdi”.

O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “İslam təfəkkürü istənilən qəlibdə təzahür etsə, imperialist sistem mütləq və məcburən ona qarşı mübarizəyə qalxacaq. İslam təfəkkürü böyük bir xalq, silahlı qüvvələr və elmi imkanlarla qərarlaşmış siyasi bir sistem və güc qəlibində təzahür etdikdə isə təhdid və düşmənçiliklər daha da çox olacaqdır”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “İmperialist sistem və ABŞ keçən qırx il ərzində hər nəqədər imkanı var idisə, İslam Rspublikası ilə mübarizəyə sərf etdi. Ancaq bu pak ağac günbəgün daha da qüdrətli və möhkəm olub bunu düşmənin gözünə soxdu”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Müqavimət ifadəsi belə bir əsas və məntiqli məzmun kəsb edir. Bu ifadə müasir dövrdə müqavimət cəbhəsində təzahür etdi və bu böyük islami hərəkət müqavimət məntiqi ilə imperialist sistemin yaxasından yapışa bildi”.

O bildirdi ki, məhrumların könüllü müqavimət qüvvəsinin leksikonundakı “müqavimət” ifadəsi belə bir təfəkkürə əsaslanır: “Məhrumlar deyilərkən bu gün başa düşülən xəsarət almış aciz insanlar yox, bəşəriyyətin gələcəkdəki öndərləri və Allahın yer üzündəki xəlifəsi olacaq insanlar nəzərdə tutulur. Buna görə də müqavimətin mənəvi bir əsasa ehtiyacı var. Bu mənəvi əsas hərəkətə, xüsusilə gənclərin irəliyə doğru hərəkətinə təsir göstərəcək”.

İslam İnqilabının Rəhbəri ölkəni yeni İslam mədəniyyətinə doğru hərəkət etdirə biləcək gəncin xüsusiyyətlərindən danışarkən dedi: “Bu gənc motivasiyalı, imanlı, ağıllı, işgüzar, təşəbbüskar, Allaha təvəkkül edən, özünə güvənən, öz bacarığının qədrini biləndir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, Bəsic əslində, bu xüsusiyyətlərə malik olan bir təşkilatdır: “İrandakı Bəsic və ya onun bəzi ölkələrdə mövcud olan digər nümunələri kimi genişmiqyaslı və əzəmətli bir təşkilat imperialist sistemin düşmənçilik hədəfindədir. İraqda Həşdişəbi və Livanda Hizbullaha qarşı aparılan mübarizəni buna misal göstərə bilərik”.

O bildirdi ki, imperialist sistem bütün İran xalqının düşmənidir: “Ancaq bu düşmənçiliyin təsiri yoxdur. İran xalqı, Bəsic və inqilabi cərəyanın qələbəsi sığortalanmışdır. Çünki Allah-taala buyurub ki, əgər bir millət ilahi hədəf və məqəsdlər istiqamətində hərəkət edərsə və bu hərəkətlə Allaha kömək edərsə, Allah da onlara yardım edəcəkdir. Allahın yardımı ilə heç bir əks cərəyan qalib gəlməyəcək”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Bəsic sərt müdafiə meydanındakı mübarizə və yumşaq müharibədəki müdafiə kimi iki yönə malikdir: “Sərt müdafiə meydanında Bəzicin Müqəddəs Müdafiə dövründəki möcüzəsi özünü göstərdi. Bundan sonra da bütün hadisələrdə Bəsic meydanda idi”.

O, Bəsicin müdafiə və yumşaq müharibə, o cümlədən elm, mədəniyyət və dini təbliğat, quruculuq və xidmət sahələrindəki effektiv iştirakına işarə edərək dedi: “Bəsicin geniş meydanında Hüseyn Fəhmidə, Behnam Məhəmmədi, Möhsün Höcəci, İbrahim Hadi Tahimmət, Bakiri, Xərrazi, Kazımi, Zeynəddin, Səyyad, Babayi kimi parlaq nümunələr və məşhur simalar, nüvə şəhidləri, Çəməran, Avini kimi şəhidlər, Kazimi Şatiyani kimi şəxsiyyətlər yer alır. Bu nümunələri diri saxlayaraq onları gənclərə tanıtdırmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında Bəsicin keçən qırx ili və əldə edilmiş təcrübələrdən istifadə etmək üçün münasib bir fürsət yaradılmasından danışaraq bəsicilərə bir neçə tövsiyə verdi: “1. Bəsic bütün sərt, yarımsət və yumşaq müdafiə meydanlarında hazır olsun. Ölkənin bütün məhəllələrində müxtəlif hadisələrə qarşı hazır strategiya və taktikanız olsun; 2. Heç bir sahədə qəflətdə” olmayın, çalışın bütün məhəllələrdə olasınız; 3. Yumşaq müharibədə cavab davranışı mövqeyində olmayın. Təbii ki, düşmənin cavabını vermək lazımdır, ancaq mahir bir şahmatçı kimi həmişə düşməndən bir addım öndə olun, əks əməl mövqeyində olmayın; 4. Məscidlərlə olan əlaqələrinizi gücləndirin ki, bəsic məscidlərin övladıdır; 5. Universitetlər və onlardan kənarda Bəsicin məqsədləri ilə eyni məqsədləri paylaşan təşkilatlarla qarşılıqlı əlaqədə olun; 6. Bəsic genişliyi ilə yanaşı, çevik olsun, idari maneələrin əsiri olmasın”.

İslam İnqilabının Rəhbəri yeddinci tövsiyəsi zamanı, yəni Bəsicin insanlara göstərdiyi xidmətlərlə bağlı məlumat verilməsi mövzusunda tövsiyə verərkən bu təşkilatın xalqa göstərdiyi qürurverici xidmətlərdən bir neçə nümunəni qeyd etdi: “Bütün ölkə üzrə 11 min cihadçı qrub ocağı üzərinə 40 min xidmət layihəsi götürmüşdür. Bu layihələrdən yarısı təhvil verilmişdir. Tələbələrdən ibarət könüllülər dəfələrlə vurğuladığımız əsas və mühüm məsələ hərəkatı layihəsini qırx min beş yüz tələbə ilə başlamışdır. Bəsicin səyi ilə məhəllələrdə 12 min Qərzül-həsənə” fondu yaradılmışdır. Elatlar və qadınlardan ibarət könüllülər Malik Əştər festivalında ən yüksək pilləyə qalxmışdır. Universitet müəllimlərindən ibarət könüllülər İnqilabın qırx illiyində və vaxtında atılan addım çərçivəsində 900 könüllü müəllimin imzası ilə müfəssəl bir qəzet nəşr edərək ümidsiz və məyus insanlardan bir neçəsinə cavab vermişdir. Nazirliklərdən ibarət könüllülər cümə namazlarında dəyirmi masalar təşkil etməklə xalqa yaxınlaşmışlar. Kənd təsərrüfatı könüllüləri 30 min mühəndislə beş əsas məhsulun, o cümlədən buğda, arpa və qarğıdalı istehsalını öz üzərilərinə götürmüşlər”.

O vurğuladı ki, Bəsicin xidmətləri haqqında yaradıcı şəkildə məlumat verilməsi zəruridir: “Bu gerçəklərə aydınlıq gətirilməsi ilə məlum olacaq ki, Bəsic xalqın təhlükəsizliyinin müdafiəsi, quldurlar, təxribatçılar, ümumi və xüsusi malların qarət edilməsi, xalqın evlərinin talanmasına qarşı mübarizədə iştirak etdikləri kimi, xidmət meydanında da qürurverici işlərə imza atırlar”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda dedi: “Bəsicin varlığı xalqa və ölkəyə hansı səbəbdən çox mühüm əhəmiyyət daşıyırsa, eyni səbəbdən də düşmənin hiylə və nüfuzuna məruz qalır. Düşmən bu böyük hərəkata içəridən problem yaratmağa çalışır. Şübhəsiz ki, Bəsic bu mübarizədə Allahın gücü və qüvvəsi sayəsində qalib gələcək”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İslam İnqilabının Keşikçilər Korpusunun baş komandanı general-mayor keşikçi Səlami öz çıxışında imperialist sistemin İslam İnqilabının ilhamverici nümunəsinin çoxalmasından narahatlıq hissi keçirdiyini dedi: “Bəsic ölkənin yumşaq qüvvəsinin qəlbidir. İnqilabın ikinci addımında təhdidlərə qalib gəlmək üçün onun fəaliyyətinin əsasını cəmiyyət səviyyəsində fikri, mədəni və cihad fəaliyyətlərinin genişləndirilməsi təşkil edir”.

Məhrumlardan ibarət könüllülər təşkilatının rəhbəri briqada generalı keçikçi Süleymani Bəsicin fəaliyyətləri və proqramları, o cümıdən müdafiə bazasının gücləndirilməsi, sosial xəsarətlərin azaldılmasına yardım, cihadçı qruplar və xidmətlərin artırılması, iqtisadi müharibəyə qarşı mübarizə fəaliyyətləri haqqında məlumat verdi: “Bəzi digər ölkələrdə məhrumlardan ibarət könüllülərin yaradılması Yeni İslam Mədəniyyəti çərçivəsində Vahid Ümmət könüllülərinin yaranmasının müjdəçisidir. İran bəsiciləri əziz Qüdsün azadlığı və sionist rejimin məhvinın bayraqdarı olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /