Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sizin işiniz böyük bir iftixar idi

İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Hərbi Dəniz Qüvvələrinin komandanları, 86-cı eskadronunun ekipaj üzvləri və onların ailələri ilə görşdə bu eskadronun Yer Kürəsi ilə bağlı uğurlu və qürurverici ezamiyyətinin yüksək əzmkarlığın, möhkəm iradənin, özgüvənin, layihələşdirmə qüdrətinin, mütərəqqi hərbi elmin, səmərəli idarəetmənin, çətinliklər qarşısında şücaət və dözümlülüyün nəticəsi olduğunu dedi: “Bu böyük hərəkət bir daha göstərdi ki, uğurlar, nailiyyətlər və həyata keçmiş ümidlər hərəkət, çalışma və çətinlikdən doğur”.

Həzrət Ayətullah Xamenei 86-cı eskadronunun (Dena destroyeri və Mokran Dəstək-Hərbi baza gəmisindən təşkil olunmuş eskadron) komandanları və ekipaj heyətinə, Hərbi Hava Qüvvələrinin komandanına və ordunun bu böyük əməliyyatının layihələşdirilməsi, dəstəklənməsi və icrasında rolu olmuş hər kəsə təşəkkürünü bildirərək dedi: “Sizin bu günkü hərəkətiniz ordunun və Sepahın son on illərdə dəniz sularında həyata keçirdikləri tədbirlərin, göstərdikləri səylərin, xüsusilə HDQ-nin başıuca şəhidlərinin və onların əziz ailələrinin fədakarlıqlarının şirin nəticəsidir. Hamısının qədri bilinməlidir”.

O, 8 ay ərzində həyata keçirilmiş 65 min km.-lik dəniz səyahətinin İranın dəniz donanması tarixində analoqu olmayan bir uğur olduğunu dedi: “Bu dərin və məzmunlu hərəkətə bir hərbi və dəniz hadisəsi kimi baxmaq olmaz. Çünki onu formalaşdırmış amillərin hər biri dərs götürüləsi bir nöqtədir”.

İnqilabın Rəhbəri hərbi elmin, ailərlərin iradə, etimad və əzmkralığının 86-cı eskadronunun uğurunda mühüm rol oynayan amillərdən olduğunu dedi: “Darıxmaq və qayğı müqabilində səbr və dözüm, sınaq qarşısında başıucalıq, ata, ana və həyat yoldaşlarının aşkar fəxarət hissi bu tarixi hərəkətin gerçəkləşməsində rol oynayan digər effektiv amillər olmuşdur”.

Həzrət Ayətullah Xamenei izzətli şəhidlər və onların əzəmətli ailələri qarşısında təzim etdiyini deyərək əlavə etdi: “Eskadronun ekibaj üzvlərinin ailələrinin həsrəti əzəzlərini görməklə sona çatdı. Amma şəhid ailələrinin əzizlərinin boş qalmış yeri heç vaxt dolmadı. Hamımız onlara borcluyuq. Allahdan diləyimiz budur ki, onların kölgəsini İran xalqınının başı üzərindən əskik etməsin”.

İnqilabın Rəhbəri 86-cı eskadronunun hərəkətinin Quranın “Düşmənlər qarşısında bacardığınız qədər hazırlıqlarınızı artırın” əmrinin nümunəsidir: “Sizin bu işiniz ölkənin hərbi bacarıqlar səviyyəsini artırdı, silahlı qüvvələrdə və düşüncələrdə ölkənin inkişaf stimulu olan “Biz bacararıq” hissini gücləndirdi”.

Həzrət Ayətullah Xamenei “وَ أَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّةٍ” (düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri hazır vəziyyətə gətirin) ayəsinin nəticələrinə aydınlıq gətirərkən dedi: “Zəiflik, tərəddüd və passivlik düşmənin hücuma keçməsinə stimul verir. Amma hazırlığı və gücü gördükdə öz işlərinin hesabatını aparırlar”.

O, HDQ və SQ yeni və qiymətli təcrübələrinin 86-cı eskadronun dəniz səyahətinin imtiyazlarından olduğunu dedi: “Bu elmi təcrübələr HDQ ilə əlaqəsi olan universitetlərdə tədris edilməlidir”.

İnqilabın Rəhbəri bu qürurverici dəniz səyahətinin İranın beynəlxaq etibarını, hərbi dəyərindən az olmayan siyasi dəyərini artırdığını vurğulayaraq bu fəaliyyətin bir neçə dərsini qeyd etdi.

O, Allahın nişanələrindən biri kimi dənizin əzəmətinə və malik olduğu misilsiz xüsusiyyətlərə işarə edərək bu dəniz səyahətinin birinci dərsinin Allahtanımadan ibarət olduğunu dedi. Sonra əlavə etdi: “Bu fəaliyyətin digər dərsi inqilab dərsidir. Çünki utancverici qacar və pəhləvi dövründə sahillər və zəngin dəniz imkanlarının olmasına baxmayaraq, ölkədə dəniz və onun inkanları öyrənilməmişdi. HDQ də başqa işlərlə məşğul idi. Amma İnqilab dənizi və dənizçiliyin unudulmasına son qoydu. Belə ki, sizin bu böyük tədbirdəki elmi biliyiniz, bacarığınız, əzmkarlığınız, cəsarətiniz və özgüvəniniz İnqilabın İrana bəxş etdiyi hədiyyədir”.

Həzrət Ayətullah Xamenei ucqar regionlarda, Sakit və Atlantik okeanlarındakı dəniz səyahətinin ölkənin təhlükəsizliyini təmin edən bir səyahət olduğunu dedi: “Dünya əhalisinin ümumi məsələlərində xüsusilik tələbi ABŞ və super dövlətlərə xas olan xüsusiyyətlərdəndir. Əgər bacarsalar, başqlarının əllərini qısaltmaq üçün, hətta dənizləri də öz adlarına çıxarlar. Amma siz öz hərəkətiniz və onların bu səfərin uğur əldə edə bilməməsi və ya sıradan çıxması üçün göstərdikləri düşməncəsinə addımlar qarşısında sübut etdiniz ki, azad sular hamıya məxsusdur”.

O, amerikalıların dəniz nəqliyyatı sahəsində yaratdıqları bəzi maneələrə işarə edərək dedi: “Onlar deyirlər ki, biz filan gəminin filan yerlərdən keçməsinə icazə verməyəcəyik. Çox böyük səhv edirlər. Çünki azad sular hamıya məxsusdur. Su və hava bütün xalqlara məxsusdur. Hamının gəmiçilik fəaliyyəti və dəniz nəqliyyatının təhlükəsizliyi təmin edilməlidir”.

İnqilabın Rəhbəri vurğuladı: “Bu gün amerikalılar neft tankerlərinə hücum edir, bizim və digər regionlardakı dəniz quldurlarına kömək edirlər. Bunlar böyük qanun pozuntularıdır, beynəlxalq qanunlar və konvensiyaların pozulmasıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının 86-cı eskadronun qürurverici dənizçilik dərsləri ilə bağlı hissəsini yekunlaşdırarkən dedi: “Bütün böyük nailiyyətlər və uğurlar əziyyətlər, səylər və çətinliklər bahasına başa gəlir. Asanlıqla, tamaşa etməklə, küncə çəkilməklə, həsrət çəkməklə və nıqqıldamaqla iş görmək olmaz”.

O, çıxışının davamında 86-cı eskadronun 8 aylıq səfər hekayəsinin gözəl, ibrətamiz və məzmunlu bir telefiziya və kino materialı olduğunu vurğulayaraq sənət adamlarına bu barədə çağırış etdi.

İslam İnqilabının Rəhbəri dəniz nəqliyyatının dünya ticarətindəki payının 90% təşkil etdiyini qeyd edərək su sərhədlərinin bir neçə min kilometrə çatdığını, ölkənin şimal və cənubdan dənizə birləşdiyini qeyd edərək məsul şəxslərə çağırış etdi: “Dənizə hələ lazımı diqqət ayrılmamışdır. Əlbəttə, bir müddət olar ki, bu sahədə bir hərəkətə start verilib, amma məsul şəxslər layihə və proqram hazırlayıb dəniz fürsətindən isitfadə etmək və milli maraqları təmin etmək üçün daha sürətli hərəkət etməlidirlər”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda builki məhərrəmin izdihamlı matəm məraismlərinə işarə edərək dedi: “Məhərrəmi zəiflətmək üçün düşmənlərin göstərdikləri səy və fəaliyyətlərə baxmayaraq, bu il Həzrət Bəqiyyətullahın diqqəti və düşmənin istəyinin əksinə hərəkət Aşura ongünlüyünü əvəvlki illərlə müqayisədə daha izdihamlı, faydalı və güclü etdi. Bu da onu göstərir ki, Allah ilahi məqsədlər istiqmaətində görülən hər bir işə kömək edir”.

Bu görüşün əvvəlində HDQ-nin komandanı admiral Şəhram İrani qeyd etdi ki, 86-cı eskadronun gördüyü iş gənclərin daxili potensiala inamı, fəal dipomatiyanın, qabaqcıl yerli sistemlər və təchizatlardan istifadənin nəticəsi olan tarixi bir addımdır. Bu addım isə strateji dərinliyin artmasına, izolyasiya və sanksiyanın qəbul edilməzliyi mesajına, İranın müstəqil bir güc kimi tanınmasına və dəniz informasiya bankının güclənməsinə səbəb olmuşdur.

Habelə HDQ-nin 86-cı eskadronunun komandanı ikinci dərəcli admiral da Yer Kürəsinə dəniz səyahəti haqqında hesabat verdi.

Görüşdə iştirak edən 86- eskadronun ekibaj üzvlərindən birinin həyat yoldaşı bu ezamiyyət müddəti ərzində eskadronun ekibaj üzvlərinin ailələrinin həsrətləri, səbirləri və qürur hissindən danışdı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /