Ali Məqamlı Rəhbərin informasiya bloku

İnqilabın Rəhbəri minlərlə Əhli-beyt (ə) maddahı ilə 3 saatlıq görüşdə dedi:

Düşmənin qəlbləri ələ keçirmək səylərinə qarşı təbliğat şəkli dəyişdirilməlidir

İran İslam Respublikası bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) bərəkətli mövlud günü münasibətilə başdan-başa nur, sevinc və şadlığa qərq olmuşdu. Eyni münasibətlə İmam Xomeyni (r.ə) adına hüseyniyədə də İnqilabın Rəhbəri və minlərlə Əhli-beyt (ə) sevərin iştirakı ilə bütün dünya xanımlarının seyyidəsinə həsr edilmiş izdihamlı şeir və mədhiyyə mərasimi keçirildi.

Həzrət Ayətullah Xamenei təqribən üç saat davam edən bu mərasimdə Həzrət Siddiqeyi-Tahirənin (s.ə) mövludu münasibətilə təbriklərini çatdırdıqdan sonra buyurdu: “İran xalqı milli müqaviməti ilə düşmənin bu millətin “dini, tarixi və mədəni kimliyini” dəyişdirmək istiqamətindəki davamlı səylərini puça çıxarmışdır. Bu gün də düşmənin beyinlərə, qəlblərə və inanclara hücum etmək üçün istifadə etdiyi təbliğat və media fəaliyyətlərinə qarşı düzgün müdafiə və hücum strategiyasının formalaşdırılmasının zəruriliyinə baxmayaraq, əziz İran ölkənin hər yerində problem və çatışmazlıqların olmasına rəğmən, özünün irəliyə doğru hərəkətini davam etdirir.

İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) mövludunun Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövluduna təsadüf etməsini xüsusi hörmətlə qeyd edərək iki dünya xanımının fəzilət və üstünlüklərinin insanın idrak və düşüncəsinin fövqündə olduğunu dedi: “Bütün bunlara baxmayaraq, Fatiməyə bənzəmək, o nümunəvi xanımdan bütün cəhətlərdən, o cümlədən dinə bağlılıq, ədalətsevərlik, aydınlatma cihadı, yaxşı həyat yoldaşı olmaq, övlad tərbiyəsi və digər sahələrdə örnək götürmək lazımdır”.

O maddahlığın çox effektiv bir fenomen olduğunu bildirərək əlavə etdi: “Bu heyrətamiz fenomenin müxtəlif yönlərini dərindən anlamaq, nöqsanlı cəhətlərini müəyyən etmək, gücləndirilməsi və kamilləşdirilməsi yollarını tapmaq üçün araşdırma və tədqiqat aparmaq zəruridir”.

Həzrət Ayətullah Xamenei keçmişlə müqayisədə maddahlığın irəlilədiyinə işarə edərək maddahlığın müqavimət ədəbiyyatının dayaq nöqtələrindən biri olduğunu dedi: “İstənilən fikir və iş uyğun ədəbiyyat olmadığı təqdirdə tədricən aradan gedir. Bu gün maddahlar və heyətlər müqavimət ədəbiyyatını formalaşdırmaqla, təbliğ və transfer etməklə bu çox əsaslı zərurəti gücləndirirlər”.

İnqilabın Rəhbəri milli müqavimətin imperialistlərinin müxtəlif təzyiqləri qarşısında duruş və dözümlülükdən ibarət olduğunu deyərək əlavə etdi: “Bəzən təzyiq hərbi olur — xalqın Müqəddəs Müdafiə dövründə və keçən aylarda yeniyetmə və gənclərin müşahidə etdikləri kimi. Bəzən isə təzyiq iqtisadi, yaxud media, mədəni və siyasi olur”.

İnqilabın Rəhbəri Qərbin media qurumlarının və siyasi-hərbi rəsmilərinin hay-küy salmaq və manipulyasiya etmək fəaliyyətlərinin təbliğat təzyiqinin bir nümunəsi olduğunu vurğuladı: “Hegemon sistemin xalqlara - başda İran xalqı olmaqla - müxtəlif təzyiqləri bəzən ərazilərini genişləndirmək məqsədi daşıyır. Bu gün ABŞ hökumətinin Latın Amerikasında etdikləri bunun bir nümunəsidir”.

O əlavə etdi: “Bəzən yeraltı sərvətlərə sahib olmaq, bəzi hallarda həyat tərzini dəyişdirmək və ən önəmlisi kimliyin dəyişdirilməsi imperialistlərin təzyiqlərinin əsas məqsədidir”.

Həzrət Ayətullah Xamenei dünyanın hegemonlarının İran xalqının dini, tarixi və mədəni kimliyini dəyişdirmək üçün göstərdikləri səylərin yüz ildən artıq bir tarixə malik olmasına işarə edərək dedi: “İslam İnqilabı bütün bu fəaliyyətləri nəticəsiz qoydu. Son onilliklərdə də xalq düşmənlərin genişmiqyaslı təzyiqləri qarşısında təslim olmamaqla, möhkəm dayanmaqla və qətiyyət göstərməklə onları məyus edib”.

O, müqavimət anlayışı və ədəbiyyatının İrandan bölgə ölkələrinə və bəzi digər ölkələrə yayılmasının bir gerçəklik olduğunu vurğulayaraq əlavə etdi: “Düşmən İran və İraq xalqına qarşı nə etmişdisə, onları başqa bir ölkəyə etsəydi, həmin xalq və ölkə dərhal dağılıb məhv olardı”.

İnqilabın Rəhbəri məddahlığın Zeynəb ruhiyyəli məzmunlarının şəhidlərin xatirəsinin əbədiləşməsi, ölkədə müqavimət anlayışının dərinləşməsi və genişlənməsinə təsir göstərdiyini qeyd edərək belə buyurdu: “Bu gün böyük düşmən cəbhəsi ilə şahidi olduğumuz silahlı münaqişədən daha geniş miqyasda - media və təbliğat müharibəsindəyik. Çünki düşmən başa düşüb ki, bu ilahi və mənəvi torpağı, ölkəni, məmləkəti hərbi təzyiq ilə təslim etmək və ələ keçirmək mümkün deyil”.

O əlavə etdi: “Bəziləri durmadan hərbi qarşıdurmanın təkrarlanma ehtimalını gündəmdə saxlayır, bəziləri də bunu qəsdən qabardırlar ki , insanları tərəddüddə saxlayıb həyəcan və təşviş yaratsınlar. İnşallah, buna nail olmayacaqlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənin planı, təhlükəsi və məqsədi İnqilabın nəticələrini, hədəflərini və ideyalarını məhv etmək, İmam Xomeyninin (r.ə) xatirəsini unutdurmaqdır: “ABŞ bu geniş və fəal cəbhənin mərkəzində dayanır. Bəzi Avropa ölkələri onun ətrafında yer alıblar. Avropada çörək və dolanışıq axtaran muzdurlar, xainlər və vətənsizlər də bu cəbhənin kənarında fəaliyyət göstərirlər”.

O, düşmənin hədəfləri və strukturunun öyrənilməsinin zəruriliyini vurğulayaraq dedi: “Hərbi cəbhədə olduğu kimi, bu təbliğat və media savaşında da öz strukturumuzu düşmənin nizamı, planı və məqsədinə uyğun şəkildə müəyyən etməli və düşmənin hədəf aldığı məqamlara, yəni İslam, Şiə və İnqilab maarifinə təmərkzüləşməliyik”.

İnqilabın Rəhbəri bildirdi ki, Qərbin təbliğat və media müharibəsi qarşısında möhkəm dayanmaq çətin olsa da, tamamilə mümkündür: “Bu yolda maddahlar heyətləri İnqilabın dəyərlərinə bağlılığın mərkəzinə çevirməli, gənc nəslin maddahlığa və heyətlərə marağını yüksək qiymətləndirərək bu əziz nəsli düşmənin kinli, hiyləgər və geniş imkanlara sahib hədəfləri qarşısında qorumağa çalışmalıdırlar”.

İnqilabın Rəhbəri çıxışını maddahlara ünvanladığı bir neçə tövsiyə ilə tamamladı: “Dini və mübarizə maarifinin bütün hidayət imamlarının (ə) həyatına istinad edərək çatdırılması, düşmənin zəif nöqtələrinə hücum etməklə yanaşı, onun şübhə yaradan fəaliyyətlərinə qarşı effektiv müdafiə təşkil edilməsi, habelə Qurani-Kərimin fərdi, ictimai, siyasi və düşmənlə mübarizənin forması istiqamətləri ilə bağlı məzmunlarının çatdırılması məsələsi bu tövsiyələrin ən mühümlərindən oldu.

O vurğuladı ki, forma və məzmun gözəlliyinə malik olan bir növhənin təsiri bəzən bir neçə minbər və çıxışdan daha çox olur: “Maddahlar diqqətli olmalı, diktatura dövrünün musiqiləri və mədəniyyətinin onların məclis və mərasimlərinə yol tapmasına imkan verməməlidirlər”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda maddahlardan birinin Xuzistandakı toz-duman problemi barədə söylədiklərinə işarə edərək belə buyurdu: “Bu, ən kiçik problemlərdəndir. Ölkənin hər yerində çatışmazlıqlar və problemlər çoxdur. Amma xalq hər gün öz qətiyyəti, sədaqəti, səmimiyyəti, xeyirxahlığı və ədalətpərvərliyi ilə İslam və İran üçün nüfuz və güc qazandırır. Allahın köməkliyi ilə ölkə hərəkət edir, çalışır və inkişaf edir”.

Görüşün əvvəlində Əhli-beyt (ə) məddahlarından on bir nəfər şeir və mədhiyyə oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /