İslam İnqilabının Ali Rəhbərinin Ayətullah Seyid Məhəmmədhadi Milaninin anım konqresinin təşkilat komitəsinin üzvləri ilə görüşdə verdiyi bəyanat İmam Rzanın (ə) pak hərəmində bu tədbirin təşkil edildiyi məkanda yayımlandı.
Həzrət Ayətullah Xamenei bu görüşdə belə bir konqresin keçirilməsini yüksək qiymətləndirərək mərhum Ayətullah Milaninin mənəvi, əxlaqi, elmi, ictimai və siyasi cəhətdən hərtərəfli bir şəxsiyyət olduğunu qeyd edərək vurğuladı: “Ayətullah Milani, həqiqətən, Məşhəd Elm Hövzəsini dirçəltmişdir. Bu hövzə ona borcludur”.
İnqilabın Rəhbəri qeyd etdi ki, Ayətullah Milanini fərdi cəhətdən üstün, vüqarlı və təmkinli, eyni zamanda təvazökar, dostlarına sadiq, incə ruhlu və şeir zövqünə malik bir şəxsiyyət idi: “O mərhum elmi cəhətdən böyük bir molla olub, mərhum Naini və mərhum Şeyx Məhəmməd Hüseyn İsfahani kimi ustadlardan faydalanıb, elmi dərs və müzakirələrdə səlis və gözəl nitq sahibi olub, fəzilətli tələbələr yetişdirib”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Ayətullah Milaninin şəxsiyyətinin başqa bir cəhəti onun süluk əhli olmasıdır.
İnqilabın Rəhbəri mərhum Milaninin o dövrdəki ictimai və siyasi hadisələrin mərkəzində yer almasına işarə edərək dedi: “Cənab Milani qırxıncı illərin əvvəllərində başlayan mübarizələr dövründə, həqiqəqətən, İslam hərəkatının əsas sütunlarından biri idi və hadisələrdə fəal iştirak edirdi. İmam Xomeyninin (r.ə) həbsindən sonra bir qrup alimlə birlikdə Tehrana etdiyi səfər onun siyasi məsələlərdəki təsirli iştirakınin bir nümunəsidir”.
İnqilabın Rəhbəri Ayətullah Milaninin İslam hərəkatını dəstəkləyən güclü, mətin və möhkəm bəyanatlarınıın mərhumun siyasi məsələlərdəki təsirli iştirakının başqa bir nümunəsi olduğunu vurğuladı: “İmam Xomeyninin (r.ə) Türkiyəyə sürgün edilməsindən sonra ona dəstək məqsədilə yazdığı məktub tarixi bir sənəddir”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Ayətullah Milani mübariz şəxslər və müxtəlif siyasi cərəyanlardan olan insanlarla əlaqə yaradır, amma hər zaman konkret bir siyasi cərəyana mənsub edilməkdən ciddi şəkildə çəkinirdi”.
O, görüşün sonunda bu konqresin keçirilməsinin Ayətullah Milaninin şəxsiyyətinin müxtəlif tərəflərinin xalqa tanıdılmasına zəmin yaradacağına ümidvar olduğunu bildirdi.
Bu görüşün əvvəlində Astani-Qüds-Rəzəvi kompleksinin rəhbəri Hüccətül-İslam vəl-müslimin Mərvi Ayətullah Milaninin anım konqresinin məqsədləri, elmi komitələri, eləcə də Müqəddəs Məşhəddə və uca Kərbəlada keçirilən hazırlıq iclasları barədə hesabat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
