Xəbərlər
Həcc sahəsində icra və mədəniyyət üzrə məsul şəxslərin İslam İnqilabının Rəhbəri ilə görüşü
İslam İnqilabının Rəhbəri həcci islami birliyin daha artıq təzahürü məqsədi ilə islami ümmət üçün qənimətli fürsət adlandırıblar. Həzrət Ayətullah Xamenei bu gün həcc sahəsində icra və mədəniyyət üzrə məsul şəxslərin o həzrətlə görüşündə bu fərziyyəni hacılar, böyük islam ümməti və İİR quruluşu üçün böyük fürsət adlandıraraq vurğulayıblar: Həcc müsəlmanlar arasında təbii və süni fərqlərə qalib gəlmək və islam dünyasında ürəklər, niyyətlər və əzmkarlıqların eyniləşməsi üçün ən yaxşı fürsətdir.
Minlərlə məktəbli və tələbələrin İslam İnqilabının Rəhbəri ilə görüşü
İslam İnqilabının Rəhbəri vurğulayıblar ki, ABŞ İran xalqını istiqlaliyyət, mentalitet və başucalığı yolundan çəkindirə bilməz. Həzrət Ayətullah Xamenei bu gün Yeniyetmə və Tələbə Bəsici günündə, eləcə də 3 noyabr məktəblilər günü, və dünya imperializmi ilə milli mübarizə günü ərəfəsində minlərlə məktəbli, tələbə və universitet qurumlarının nümayəndələri ilə görüşdə deyiblər: Biz öz mahiyyət, istiqlaliyyət və başucalığımızın qorunması əhliyik və qarşıdurma əhli deyilik. Lakin əgər bir kəsi İran xalqının mənsubiyyəti və istiqlaliyyətini pozmaq istərsə, İran xalqı onun əlini kəsəcək.
İslam İnqilabının Rəhbəri hərbi məktəb tələbələrinin andiçmə və hərbi rütbələrin verilməsi mərasimində iştirak etdi
İslam İnqilabının Rəhbəri ölkənin silahlı qüvvələrini İslam prinsiplərinin fədakarları adlandırıblar. Həzrət Ayətullah Xamenei bazar günü Tehranda İİR silahlı qüvvələri hərbi məktəblərinin tələbələrinə aid andiçmə və hərbi rütbələrin verilməsi mərasimində silahlı qüvvələri ölkənin möhkəm hasarı adlandıraraq vurğulayıblar: İran xalqı silahlı qüvvələrin tərəfdarıdır və onları özlərinin ayrılmaz parçası bilir.
Beynəlxalq siyasi və dini şəxsiyyətlər İslam İnqilabının Rəhbəri ilə görüşüblər
İslam İnqilabının bir neçə beynəlxalq siyasi və dini şəxsiyyətin o həzrətlə görüşündə dialoq və əməkdaşlığı məsələlərin aradan qaldırılması və anlaşma üçün zəruri və təsirli amil adlandırıblar. İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei çərşənbə axşamı günü bu görüşdə vurğulayıblar: Müharibə, aclıq və insanların hüquqlarını pozma kimi dünyanın hazırkı acı həqiqətləri qüdrətpərəstlik və tamahkarlıq amillərində köklərə malikdirlər. Buna görə də, dünya problemlərinin həlli üçün “hər bir səy və hərəkətdə ədalətsevərlik və zülmlə mübarizə” şüarını əsas meyar kimi qərar vermək lazımdır.
Fars dili və Ədəbiyyatı üzrə Elmlər Akademiyasının rektoru prof. Həsən Həbibi ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehran xəstəxanaların¬dan birinə gələrək Fars dili və Ədəbiyyatı üzrə Elmlər Akademiyasının rektoru professor Həsən Həbibi ilə görüşmüşdür. Daha sonra İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Həbibinin səhhəti ilə maraqlanmış və onun durumunun tezliklə yaxşılaşmasından ötrü dualar etmişdir.
İİR-nın bütün məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İran İslam Respublikasının bütün məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşündə İslam dünyasının üfüqünü keçmiş ilə müqayisədə çox aydın və ümüdverici, İslam ümmətinin inkişafını isə inkaredilməz bir reallıq sayaraq bildirdi: “Bu inkişaf və aydın gələcək Allahın köməkliyi ilə günbəgün daha da artacaq, İslam dünyası İslam izzəti və İslam əzəmətini mütləq görəcəkdir”.
Yüzlərlə universitet tələbəsi ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam ali təhsil ocaqlarının yüzlərlə tələbəsi və görkəmli elm xadimi ilə görüşündə İslam İnqilabının dördüncü dekadasında “ədalət və tərəqqi”nin reallaşması uğrunda optimist əhval-ruhiyyə və yüksək intellektlə çalışmağı hazırkı gənc nəslin, xüsusən də fəal tələbə hərəkatının öhdəsinə düşən ən mühüm vəzifə hesab edərək təkidlə qeyd etdi: “Əzmkar, müsəlman gənc nəsil gələcəyə optimizm dolu bir baxışla, dayanmadan səy göstərərək, düzgün və prinsipial bir strategiyanı rəhbər tutaraq yeni təfəkkür tərzinin formalaşdırılması, maddi və mənəvi baxımdan inkişaf etmiş bir müsəlman cəmiyyətinin yaradılması yolunda irəliləməlidir”.

