Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Əfqanıstanın icra rəisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Əfqanıstanın icra rəisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstanın icra rəisi cənab Abdulla Abdulla ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, Əfqanıstanda yaşayan qəbilə və etnosların vəhdəti bu ölkədəki problemlərin ən önəmli həlli yoludur.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, ictimaiyyətin nümayəndələri və Müsəlman Vəhdəti Konfransında iştirak edən qonaqlarla görüşdü
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, ictimaiyyətin nümayəndələri və Müsəlman Vəhdəti Konfransında iştirak edən qonaqlarla görüşdü
Bu gün səhər – rəbiül-əvvəl ayının 17-si, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək doğum günlərində hökumət rəsmiləri, Müsəlman Vəhdəti Konfransında iştirak edən qonaqlar, müsəlman ölkələrinin səfirləri və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ali Məqamlı Rəhbər dini məzmunlu poeziyaya həsr olunan konfransın təşkilat komitəsinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər dini məzmunlu poeziyaya həsr olunan konfransın təşkilat komitəsinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Dini Məzmunlu Şeir Konfransının təşkilat komitəsinin üzvləri ilə 13 mehr 1394-cü ildə baş tutmuş görüşü zamanı səsləndirdiyi fikirlərin yazıya alınmış mətni bu gün (bazar ertəsi) günortadan sonra konfransın keçirildiyi Tehran “Eyvan-e şəms” salonunda oxundu.
Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin zabitləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin zabitləri ilə görüşdü
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei Ordunun Dəniz Qüvvələrinin rəsmiləri və zabit heyəti ilə bu gün (bazar günü) baş tuta görüşündə dənizin əhəmiyyətinə, Ordunun Dəniz Qüvvələrinin dəniz sularının üstünlüklərindən və yaratdığı fürsətlərdən bəhrələnməkdə əldə etdiyi böyük nailiyyətlərə toxundu.
Ali Məqamlı Rəhbər Boliviya Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Boliviya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Boliviya Respublikasının prezidenti cənab Evo Murales ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə Boliviya və bəzi digər Latın Amerikası ölkələrinin imperializm cəbhəsinin hegemonluğuna qarşı qəhrəmancasına göstərdiyi cəlbedici müqaviməti yüksək dəyərləndirdi.
Ali Məqamlı Rəhbər Əlcəzairin baş naziri ilə görüşdü
Ali Məqamlı Rəhbər Əlcəzairin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əlcəzairin baş naziri cənab Əbdülmalik Səllal və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan əvvəl baş tutan görüşündə İran İslam Respublikası və Əlcəzairin bir çox regional və beynəlxalq məsələlərdə yaxın siyasi görüşlərə malik olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər İraq Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər İraq Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Respublikasının prezidenti cənab Fuad Məsum və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə İran və İraq, həmçinin bu ölkələrin xalqları arasında dərin köklərə malik tarixi əlaqənin, eyni regionda yerləşən iki qonşu dövlətdən daha yüksək səviyyəli münasibətlərin mövcud olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Nigeriya Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Nigeriya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Nigeriya Respublikasının prezidenti Məhəmməd Buxari ilə bu gün (bazar ertəsi) günortadan qabaq keçirdiyi görüşdə qeyd etdi ki, müsəlman ölkələrinin İslam ümmətinin kimliyini, müsəlmanları müdafiə etmək üçün öz aralarında əməkdaşlığı artırması başlıca əhəmiyyətə malik bir zərurətdir.
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkmənistan Respublikasının prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə İran və Türkmənistan arasındakı yaxın dostluq münasibətlərinə, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regionda qızışdırılan konfliktlərə qarşı mübarizə aparılması üçün imkanların çox olduğuna toxundu.

Seçilmiş ünvanlar