Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, səfirlər və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, səfirlər və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü
Bu gün (cümə axşamı) İslam dininin əzəmətli Peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin ildönümünə təsadüf edir. Günün birinci yarısı dövlət işçiləri, İslam dövlətlərinin səfirləri bir qrup şəhid ailəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Ali Məqamlı Rəhbər Cənubi Afrika Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Cənubi Afrika Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra   CAR-ın   prezidenti Ceykob Zuma  ilə   görüşü zamanı iqtisadi-siyasi əməkdaşlıqların artırılmasının zəruriliyinə toxunaraq demişdir: “Müstəqil dövlətlər bir-birlərinə daha da yaxın olmalı, bəzi böyük güclərin təxribatçı fəaliyyətlərinə baxmayaraq, öz əməkdaşlıqlarını artırmalıdırlar.”
İslam İnqilabı Rəhbərinin Əhli-Beyt (ə) məddahları ilə görüşü
İslam İnqilabı Rəhbərinin Əhli-Beyt (ə) məddahları ilə görüşü
İslam İnqılabının Rəhbəri bu gün (çərşənbə) səhər Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludu tədbirindəki bir qrup Əhli -Beyt (a) məddahları və zakirləri ilə görüşündə Əhli -Beyt (ə)-ın həyatından praktik mövzuların gündəmə gətirdilməsinin, mədhiyə programlarının daha çox dərinləşməsi və ondan təsirlənməsinə səbəb olacağını bildirdi və düşmənlərin İran xalqı və İslam nizamına qarşı öz bütün imkanlarından davamlı şəkildə istifadə etdikləri məsələsinə toxundu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Rzanın (ə) ziyarətçiləri və hərəmin ətrafında yaşayan sakinlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Rzanın (ə) ziyarətçiləri və hərəmin ətrafında yaşayan sakinlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei yeni ilin ilk günündə İmam Rza (ə)-ın pak türbəsinin ziyarətçiləri və hərəmə toplaşanlar qarşısında etdiyi çıxışında Amerka və daxildə bəzilərinin bir-iki yalançı və saxta yolla İranın elitasının zehninə və ümumi xalqının fikirlərinə yeritdikləri “müstəmləkəçilik ideasının gizli və təhlükəli məqsədləri”nin həqiqi mənasını izah etməklə Müqavimət iqtisadiyyatı yolunda “əməli tədbirlər” üçün 10 əsaslı təklif irəli sürdü.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə İran xalqını təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə İran xalqını təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə əlaqədar İran xalqına ünvanladığı təbrik mesajında bütün həmvətənlərini, xüsusilə də möhtərəm şəhid ailələrini və müharibə veteranlarını yeni ilin gəlişi və Novruz bayramı münasibətilə təbrik edir, şəhidlərin və dahi lider İmam Xomeyninin (r.ə) xatirəsini yad edərək yeni ili “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” ili elan etdiyini bildirir.
Ali Məqamlı Rəhbər Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün səhər (çərşənbə axşamı günü) Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisinin üzvləri ilə görüşündə İslam İnqilabının qələbəsində Qum Dini Elmlər Hövzəsinin əvəzolunmaz rolu və mövqeyi barədə danışaraq, inqilabi baxış və ruhiyyənin Dini Elmlər Hövzəsindən qaldırılması istiqamətindəki bəzi cəhdlərə işarə etdi.

Seçilmiş ünvanlar