Xəbərlər
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Zərəndinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Hüseyn Məsumi Zərəndinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü
Bu gün (çərşənbə axşamı) səhər – əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (səllallahu əleyhi və alihi və səlləm) peyğəmbərlik missiyası üçün göndərildiyi mübarək Məbəs bayramının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri, xalqın müxtəlif təbəqələrini təmsil edən insanlar, Beynəlxalq Quran Müsabiqəsində iştirak etmək üçün ölkəyə gəlmiş qonaqlar və müsəlman ölkələrinin səfirləri ilə görüş keçirdi.
Ali Məqamlı Rəhbər İslami Şura Məclisinin sədri və məclis üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri və məclis üzvləri ilə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, antibəşər niyyətli imperialist cəbhəsi qarşısında duruş gətirməyin yeganə yolu bu cəbhəyə qarşı mübarizə məfkurəsini davam etdirməkdir.
Ali Məqamlı Rəhbər Məbəs günü münasibətilə əfv fərmanı imzaladı
Əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) Məbəs günü, eləcə də Xürrəmşəhrin fəthi və qürurverici “Beytül-müqəddəs” əməliyyatının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 72 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın buraxılış mərasimində iştirak etdi
Bu gün səhər – 3 xordad Xürrəmşəhrin fəthi və qürurverici “Beytül-müqəddəs” əməliyyatının ildönümü günündə İmam Hüseyn (ə) adına Hərbi Akademiyada Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə məzunların buraxılış mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər hökumətin başlıca demoqrafik siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinə əsasən müəyyən edilmiş “Hökumətin başlıca demoqrafik siyasətləri”ni elan etdi.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Deheştin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei daim xalqın xidmətində olan, ixlaslı ruhani Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Rza Deheştin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər İranın Məktəb tikən Xeyriyyəçilər Cəmiyyətinin idarə heyətinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin İranın Məktəb Tikən Xeyriyyəçilər Cəmiyyətinin idarə heyətinin üzvləri ilə 15 ordibeheşt 1393-cü il (5 may 2014) tarixli görüşü zamanı etdiyi çıxışın mətni bu gün (şənbə günü) günortadan sonra Tehran ostanının məktəb tikən xeyriyyəçilərinin iştirakı ilə “Səda və Sima” Dövlət Teleradiosunun Beynəlxalq Forumlar Mərkəzində keçirilən ostan üzrə xeyriyyəçilər festivalında oxundu.
Ali Məqamlı Rəhbər İslami Tələbə Təşkilatları Alyansının Hindistan yarımadasında keçirilən 30-cu qurultayına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Tələbə Təşkilatları Alyansının Hindistan yarımadasında keçirilən 30-cu illik qurultayına ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “Düşünmək, elmi biliklərə yiyələnmək, dindarlıq və təmiz əxlaq tələbə və gənclərin gələcəyin quruculuğunda önəmli rolunu qarant altına alan başlıca elementlərdir”.
Ali Məqamlı Rəhbər Yunan-Roma güləşi üzrə milli yığmanın idmançılarına təşəkkür etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yunan-Roma güləşi üzrə Tehranda keçirilən dünya çempionatında qazandıqları qətiyyətli qələbəyə görə İran milli yığmasının idmançılarına rəsmi təbrik müraciəti ünvanladı.
Ali Məqamlı Rəhbər Ayətullah Meşkininin xatirəsinə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Ayətullah Meşkininin xatirəsinə həsr olunan konfransın təşkilatçıları ilə 28 fərvərdin 1391-ci ildə (16 aprel 2012-ci il) keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün (cümə axşamı günü) səhər Qumda yerləşən Hədis Evi elmi-mədəni müəssisəsində keçirilən konfransda Ali Rəhbərlik Məqamı Baş İdarəsinin direktoru Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani tərəfindən oxundu.
Ali Məqamlı Rəhbər Ayətullah Hacı Seyid Məhəmmədbaqir Şirazinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük din alimi Ayətullah Hacı Seyid Məhəmmədbaqir Şirazinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrini, xüsusilə də İlam ostanının əhalisini təmsil edən minlərlə insanla görüşdü
Bu gün – rəcəb ayının 13-ü, müvəhhidlərin mövlası Həzrət Əlinin (ə) mübarək mövlud gününə təsadüf edən bir gündə xalqın müxtəlif təbəqələrini, xüsusilə də İlam ostanının əhalisini təmsil edən minlərlə insan İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Ali Məqamlı Rəhbər Pakistan Respublikasının baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pakistanın baş naziri cənab Nəvaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (bazar ertəsi) səhər baş tutan görüşündə qeyd etdi ki, İran və Pakistan xalqları arasında gözəl və səmimi əlaqələrin qurulmasına təsir göstərən ən mühüm amil dini və mədəni baxımdan bu iki xalqı birləşdirən çoxsaylı ortaq məqamlardır.
Ali Məqamlı Rəhbər Keşikçi Korpusun Aerokosmik Qüvvələrinin nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin nailiyyətlərini əks etdirən sərgiyə 2 saat müddətində baxış keçirdi.
Ali Məqamlı Rəhbər Mərkəzi İtikaf Qərargahının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Mərkəzi İtikaf Qərargahının üzvləri ilə 15 ordibeheşt 1393-cü il (5 may 2014) tarixində baş tutmuş görüşü zamanı etdiyi çıxışın mətni bu gün (cümə axşamı) günortadan sonra İmam Xomeyni (r.ə) adına Ali Təhsil Kompleksində keçirilən Ümummilli İtikaf Bayramında oxundu.
Ali Məqamlı Rəhbər müəllimlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə müəllim və ziyalı ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, elm öyrətmək, düşünməyə alışdırmaq və gözəl əxlaq aşılamaq şərəfli və qürurverici bir peşə olan müəllim peşəsinin 3 əsas elementidir. O, “Təhsil və tərbiyə sistemində dəyişikliklər haqqında sənəd”in icrası üçün operativ fəaliyyət proqramının hazırlanmalı olduğunu vurğuladi.
