
Xəbərlər


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Məhkəmə hakimiyyətinin sədri və rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Məhkəmə hakimiyyətinin sədri, məsul işçiləri, ölkənin bütün məhkəmələrinin sədrləri ilə görüşdü.

Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir.

Ali Məqamlı Rəhbər Beynəlxalq Qüds Günü ərəfəsində universitet müəllimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra yüzlərlə professor, universitet müəllimi, elmi heyətlərin üzvləri, akademik tədqiqatçılar və görkəmli elm xadimləri ilə görüşdü.

İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Heydər Əli-İbadi və onunla birlikdə gəlmiş nümayəndə heyəti ilə görüşü zamanı İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini cərəyanları arasında yaradılmış vəhdət və birliyi yüksək qiymətləndirdi.

Ali Məqamlı Rəhbər Hərəm və sərhəd şəhidlərinin bir qrupunun ailələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) Hərəmin və sərhədlərin müdafiəsi uğrunda şəhid olanların bir qrupunun ailəsi ilə görüşdü.

İslam İnqilabının Ali Rəhbəri ölkənin məsul şəxsləri və dövlət işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra hökumət rəhbərləri, ölkənin məsul şəxsləri, dövlət işçiləri və idarə heyətinin bir qrup nümayəndəsi ilə görüşdü.

İnqilabın Rəhbəri İmam Həsənin (ə) mövluduna həsr edilmiş gecədə bir qrup şairlə görüşdü
Əhli-beytin (ə) kərəm və səxavət sahibi olan nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mövlud axşamı mədəniyyət işçiləri, Fars ədəbiyyatı və poeziyasının ustad sənətkarları, ölkənin gənc və veteran şairlərindən bir qrupu, habelə Hindistan, Əfqanıstan və Türkiyədən gəlmiş şairlər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Tələbələrlə görüşdə Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisələrinə reaksiyası
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra tələbələrlə üç saatlıq görüşü zamanı onların elmi və akademik məsələlər, habelə ölkənin siyasi, mədəni və iqtisadi sahələri ilə bağlı münasibətlərini və fikirlərini dinlədikdən sonra tələbələri İslam dövlətinin hegemoniya ilə davamlı mübarizəsində ön sıralarda olmağa çağırdı.

İslam İnqilabının Rəhbəri Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşündə etdiyi mühüm çıxışı zamanı bildirdi ki, Cümə gününün seçkiləri bir milli bayram, böyük xalq qəhrəmanlığı, İslam demokratiyasının dünya ictimaiyyəti qarşısında yeni və cəlbedici konsepsiyasının bir cilvəsidir.

Ali Məqamlı Rəhbər ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə müəllimlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə müəllimlə görüşü zamanı bildirdi ki, təhsil ölkədə elm və tədqiqatın əsas infrastrukturudur.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri minlərlə fəhlə və zəhmətkeşlə görüşdü
Fəhlə və zəhmətkeşlər günü ərəfəsində minlərlə fəhlə və sahibkarla görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fəhləliyin qürur mənbəyi olduğunu dedi.

Ali Məqamlı Rəhbər Beynəlxalq Quran Müsabiqəsinin görkəmli qari və hafizləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər 83 ölkənin təmsil olunduğu XXXIV Beynəlxalq Quran Müsabiqəsinin görkəmli ustadları, qari və hafizləri ilə görüşdü.

Ali Məqamlı Rəhbər dövlət rəsmiləri və İslam ölkələrinin səfirləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafanın (s) əzəmətli “Məbəs” bayramı münasibətilə dövlət rəsmiləri, xalqın müxtəlif təbəqələrindən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə görüşdü.

Ali Məqamlı Rəhbər Silahlı Qüvvələrin komandirləri və şəxsi heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Ordu və Quru Qoşunları günü münasibətilə Silahlı Qüvvələrin komandirləri və şəxsi heyətlərinin bir qrupu ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bir qrup dövlət rəsmisi ilə Novruz görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (bazar ertəsi) günorta ayrı-ayrı dövlət qurumlarının bir qrup rəsmisi ilə Novruz görüşü oldu.

Ali Məqamlı Rəhbərin Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə Novruz görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə keçirdiyi Novruz görüşündə qeyd etdi ki, düşmənin planı xalqın, dövlət rəsmilərinin və Silahlı Qüvvələrin ruhiyyəsini zəiflətmək, “olmaz və bacarmarıq” ruhiyyəsi təlqin etməkdir.

Ali Məqamlı Rəhbər İmam Rzanın (ə) hərəminin ziyarətçiləri qarşısında çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün, təzə ilin ilk günü günortadan sonra İmam Rzanın (ə) hərəminin ziyarətçiləri və hərəmin yaxınlığında yaşayan insanların böyük izdihamı qarşısında çıxış etdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Əhli-beyt (ə) şair və məddahları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud yubileyi münasibətilə Əhli-beyt (ə) şair və məddahlarının bir qrupu ilə görüşdü.
