
Xəbərlər

Məhkəmə Hakimiyyətinin, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrləri, Keşikçi Şuranın baş katibi və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbəri ziyarət etdilər
Bu gün (bazar ertəsi) günortadan sonra Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Haşimi Rəfsəncani, Keşikçi Şuranın katibi Ayətullah Cənnəti və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbərin yatdığı xəstəxanaya gələrək onu ziyarət etdilər.

Ölkə prezidenti cənab Həsən Ruhani Ali Məqamlı Rəhbəri xəstəxanada ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cərrahiyyə əməliyyatından çıxdıqdan 1 saat sonra İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Həsən Ruhani yatdığı xəstəxanaya gələrək onu ziyarət etdi.
Ali Məqamlı Rəhbər həcc ziyarətinin ölkə üzrə təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmilərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarəti İslam ümmətinin vəhy diyarının mənəvi gözəlliklərindən bəhrələnməsi, Allah-Taala ilə arasında olan rabitəni möhkəmləndirməsi, eləcə də müsəlmanların İslam dünyasındakı problemlərin aradan qaldırılması naminə öz aralarında fikir mübadiləsi aparmaları üçün böyük bir fürsətdir.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə ölkə, region və dünyadakı vəziyyəti, yeni qlobal sistemin formalaşmasından xəbər verən göstəriciləri hərtərəfli təhlil edərək hazırkı qlobal sistemi, Qərb ağalığının əməli və ideoloji əsaslarının sarsıtmış əsl səbəbləri açıqladı.
Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, cəmiyyətdə mənəvi-psixoloji rahatlığın təmin olunmasını, inflyasiyanın kontrolda saxlanmasını, milli valyutanın dəyərinin sabitləşdirilməsini və səhiyyə sistemi ilə bağlı dövlət proqramının icrasını ötən 1 ildə 11-ci hökumətin həyata keçirdiyi dəyərli və təqdirəlayiq tədbirlər sırasında qeyd etmək olar.
Ali Məqamlı Rəhbər Şəhid Əsnaf və Tacirlər Milli Konqresinin icraiyyə komitəsinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şəhid Əsnaf və Tacirlər Milli Konqresinin icraiyyə komitəsinin üzvləri ilə 26 xordad 1393-cü ildə keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün səhər eyni məqsədlə Milli Teleradionun konfrans zalında baş tutan iclasda oxundu.
Ali Məqamlı Rəhbər Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, ölkənin diplomatik korpusu İranın milli mənafeyini, hədəflərini və kapitalını müdafiənin ön sıralarında durur.

Ali Məqamlı Rəhbər dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) dövlət rəsmiləri, müsəlman ölkələrinin İrandakı səfir və attaşeləri, habelə xalqın müxtəlif təbəqələrini təmsil edən yüzlərlə insanla görüşdü.
Ali Məqamlı Rəhbər tələbələrlə görüşdü
Bu gün günortadan sonra ölkənin müxtəlif universitet və ali təhsil müəssisələrini təmsil edən minə yaxın tələbə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə üz-üzə görüşərək tələbə ictimaiyyətinin narahat edən məsələləri, öz rəy və görüşlərini onunla bölüşdülər.
Ali Məqamlı Rəhbər ölkə başçısı və nazirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə “Nəhcül-bəlağə”nin dərin mənalı, ali təlimlərindən bəziləri haqda söhbət açdı, həmçinin bir neçə mənəvi-əxlaqi məqama toxundu.
Ali Məqamlı Rəhbər mədəniyyət xadimləri, qocaman və gənc şairlərlə görüşdü
Həzrət İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində mədəniyyət xadimlərindən, fars şeiri və ədəbiyyatının ustadlarından, ölkənin qocaman və gənc qələm sahiblərindən, eləcə də Tacikistan, Hindistan, Əfqanıstan və Pakistanın farsdilli şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ali Məqamlı Rəhbər dövlət rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət nümayəndələri, müxtəlif dövlət qurumlarının rəsmiləri və ordunun yüksək rütbəli zabitləri ilə bu gün (bazar ertəsi) günortadan sonra keçirdiyi görüşdə daxili və xarici məsələlərlə bağlı mühüm məqamlara toxundu.
Ali Məqamlı Rəhbər ölkə universitetlərinin professor və müəllim heyəti, elmi tədqiqatçıları ilə görüşdü
Bu gün (çərşənbə günü) günortadan sonra ölkə universitetlərində çalışan yüzlərlə professor və müəllim Ali Məqamlı Rəhbərlə görüşərək elm, ali təhsil, mədəniyyət, sosial həyat, iqtisadiyyat və siyasətlə bağlı müxtəlif mövzular ətrafında söhbət edib fikir mübadiləsi apardılar.
