Xəbərlər
Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Nuri Maliki ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq dedi: “Müxtəlif sahələrdə əməkdaşlığın günü-gündən artırılması üçün olduqca geniş zəmin mövcuddur və İraqla əlaqələrin inkişaf etdirilməsi, regional əməkdaşlığın genişləndirilməsi üçün heç bir maneə yoxdur”.
Ali Baş Komandan Ordunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə bu gün (bazar günü) günorta keçirdiyi görüşdə İslam dövlətinin, İran xalqının və İran ordusunun tutduğu yüksək mövqeyə toxunaraq qeyd etdi ki, həqiqi tərəqqi və iqtidarın nişanəsi ağıllı, əzmkar və lazımi qədər şücaətli kadrların varlığıdır. O dedi: “Ordunun Hərbi Donanmasının başlıca hədəfi İran xalqına layiq, İslam dövlətinin ideallarına uyğun bir hərbi qüvvə formalaşdırmaq olmalıdır”.
Ali Məqamlı Rəhbər on minlərlə bəsic komandanı ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei on minlərlə bəsic komandanı ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə bildirdi ki, bəsic İslam dövlətinin səbat, iftixar və ehtişamının təzahürüdür. O, Amerika başda olmaqla dünya imperializminin haqqı qəbul etməyən, aldadıcı metod və xüsusiyyətlərini şərh edərək qeyd etdi ki, düşməni məyus etməyin yeganə yolu xalqın güclü olub müqavimət göstərməsidir. Hökuməti və rəsmiləri qəti surətdə dəstəklədiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Nüvə məsələsində qırmızı xətlərə riayət olunmalıdır və xalqın hüququndan bir addım belə olsun geri çəkilmək olmaz”.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə məsul olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin ölkə üzrə təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (bazar ertəsi günü) səhər keçirdiyi görüşdə həcci ilahi hədiyyə, İslam dünyasının ortaq ehtiyacları ilə bağlı qarşılıqlı anlaşmanın yaradılması üçün tükənməz bir potensial adlandırdı. O dedi: “Bu gün İslam dünyasının ən böyük problemi məzhəblərarası konflikt alovunun körüklənməsidir ki, bu da ümmətə kənardan, qəsdən və xəbis niyyətlərlə yüklənmiş bir problemdir”.
Uşu üzrə dünya çempionatının qalibi olmuş kirmanşahlı qadın idmançı Ali Məqamlı Rəhbərlə görüşdü
Uşu idman növü üzrə Malayziyada keçirilən dünya çempionatının qalibi olmuş kirmanşahlı qadın idmançı Məryəm Haşimi bu gün (bazar ertəsi) günortadan öncə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək qazandığı qızıl medalı ona təqdim etdi.
Ali Məqamlı Rəhbər Dünya İmperializminə Qarşı Milli Mübarizə Günündə tələbə və şagirdlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində bu gün (bazar günü) səhər minlərlə tələbə və şagirdlə coşqulu bir atmosferdə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər imperializmin İran xalqına qarşı bəslədiyi düşmənçiliyin köklərini təhlil edərək hazırda Amerika ilə danışıqlar aparan ölkə rəsmilərini ciddi surətdə dəstəklədiyini bildirdi.
Ali Məqamlı Rəhbər ölkənin gənc elm xadimləri ilə görüşdü
Bu gün səhər ölkənin mindən çox gənc elm xadimi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək 2 saata yaxın müddət ərzində öz rəy və görüşlərini, müxtəlif problemlərlə bağlı narahatlıqlarını bölüşdülər. Onlar həmçinin Ali Məqamlı Rəhbərin İranın inkişaf, tərəqqi və quruculuğa nail olmasında əsas rola malik faktor kimi, ölkə elminin daxildən qaynaqlanan, sürətli inkişafının zəruri aspektləri və incəlikləri barədə dəyərli fikirləri ilə tanış oldular.
Ali Məqamlı Rəhbər Asiya Çempionatında qazandığı qələbəyə görə İranın voleybol üzrə milli yığmasına təşəkkürünü bildirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İranın voleybol üzrə milli yığmasına Asiya Çempionatında qazandığı qələbəyə görə təşəkkür müraciəti etdi.
Ali Məqamlı Rəhbər ölkə başçısı Dr. Həsən Ruhani ilə görüşdü
BMT-nin Baş Assambleyasının Nyu-Yorkda açılacaq yeni sessiyasına qatılmağa hazırlaşan Höccətül-İslam vəl-muslimin Dr. Həsən Ruhani İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Ali Məqamlı Rəhbər İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları və sıravi heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları, qocaman zabitləri və sıravi heyəti ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, korpusun parlaq keçmişi xalqın nə qədər böyük şəxsiyyətə malik olmasının və uğurlu təcrübələrinin göstəricisidir.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmi şəxslərlə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə həcc ziyarətinin müsəlman toplumuna siyasi, mədəni və mənəvi cəhətdən güc-qüdrət qazandırdığını bildirdi.
Ali Məqamlı Rəhbər ölkənin imam-cümələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin imam-cümələri ilə bu gün (bazar ertəsi) günortadan əvvəl keçirdiyi görüşdə qeyd etdi ki, cümə namazı din, xalq və hakimiyyət nöqteyi-nəzərindən mühüm və dəyərli bir şəbəkədir.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) günortadan əvvəl keçirdiyi görüşdə olduqca mühüm fikirlər səsləndirdi. O, İslam dövlətinin müxtəlif ranqlı rəsmilərinə, əhəmiyyətli qərarların irəli sürülməsində və qəbulunda mühüm rola malik simalarına ölkə, region və dünya miqyaslı məsələlərə kompleks surətdə, geniş prizmadan və hərtərəfli yanaşmağı, müdriklik və uzaqgörənliklə, çəkinmədən mövqe seçməyi tövsiyə etdi.
Ali Məqamlı Rəhbər ölkə başçısı və nazirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 11-ci hökumət kabineti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi ilk görüşdə yeni hökumət kabinetinin tez bir zamanda işə başlaması üçün koordinasiya nümayiş etdirdiklərinə görə hökumət və parlamentə qədirdanlığını bildirdi. O, cənab Ruhaninin arzulanan, etimad qazanmış, aydın inqilabi keçmişi olan bir ölkə başçısı olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Oman kralı ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Oman kralı Sultan Qabus və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə iki ölkə arasındakı dostluq əlaqələrinə, Oman ölkəsi və dövləti ilə bağlı İran xalqının yaddaşında xoş xatirələr olduğuna toxunaraq aşağıdakıları vurğuladı: “İki ölkə arasında müxtəlif sferalarda, özəlliklə də qaz sektorunda əməkdaşlığın əvvəlkindən də artıq genişləndirilməsi üçün əlverişli zəmin mövcuddur”.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insanla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insanla keçirdiyi görüşdə bəzi müsəlman ölkələrinə yadellilər tərəfindən məcburən yüklənmiş xoşagəlməz olaylara və ixtilaflara toxunaraq qeyd etdi ki, iman və söz birliyi xalqların düşmənlərin məkrli planları qarşısında müqavimət göstərməsi üçün şərait yaradan iki mühüm amildir.
