Xəbərlər
İslami Təbliğat üzrə Koordinasiya Şurasının və “Fəcr dekadası” qərargahlarının rəsmiləri ilə görüş
Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei İslami Təbliğat üzrə Koordinasiya Şurasının və ölkədəki “Fəcr dekadası” qərargahlarının məsulları ilə görüşündə qeyd etdi ki, İslam İnqilabının ərsəyə gəlməsində başlıca rol oynamış İran xalqının hamılıqla və izdihamlı iştirakı, eləcə də inqilabın fundamental şüarlarına səmimi-qəlbdən bağlılığı bu inqilabın və onun ötən 30 il ərzində ölkədə hər il qeyd olunan ildönümü mərasimlərinin ən mühüm spesifik xüsusiyyətidir.
Ali Məqamlı Rəhbərin professor Məsud Əliməhəmmədinin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli müəllim, professor Məsud Əliməhəmmədinin şəhid olması ilə əlaqədar başsağlığı vermişdir.
Qum şəhərinin əhalisi ilə izdihamlı görüş
Bu gün səhər İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei Qum şəhərinin minlərlə sakini ilə görüşündə bu il baş tutan ümumxalq 9 dey yürüşündə imanlı, uzaqgörən və qeyrətli İran xalqının möhtəşəm və həlledici iştirakını Allahın qüdrətinin təzahürü və İslam İnqilabının tarixində sarsılmaz bir hərəkat adlandıraraq təkidlə vurğuladı: “Hazırkı qarmaqarışıq və fitnə-fəsadla dolu şəraitdə İslam dövlətinin və İslam İnqilabının əleyhinə şüarlarla çıxış edən müstəmləkəçilər və dinin əleyhinə olan cərəyanlar illər boyu imam Xomeyniyə (r.ə) və İslam İnqilabına qarşı mübarizə bayrağı altında birləşmiş şəxslərdir. Bu həqiqəti dərk edən müdrik xalqımız isə İslam dövlətinin və İslam İnqilabının müdafiəsində həlledici rola malik olduğunu bir daha sübuta yetirdi”.
Avropadakı İslami Tələbə Təşkilatları Aliansının üzvləri ilə görüş
Bu gün axşam Avropadakı İslami Tələbə Təşkilatları Aliansının üzvləri ilə görüşündə İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədəki elmi hərəkatı zəruri və təxirəsalınmaz bir ehtiyac adlandıraraq təkidlə xatırlatdı ki, belə bir mühüm tarixi etapdan uğurla keçmək üçün “elmi biliklərin mənimsənilməsi” və “Allah yolunda səylə çalışmaq” işində gənclərin payına olduqca həssas və təhlükəli bir missiya düşür.
Həcc mərasiminin təşkilatçıları və məsul rəsmiləri ilə görüş
İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həcc mərasiminin təşkilatçılıq və məsul rəsmiləri ilə görüşdə həcc ziyarətinin böyük tutuma malik olmasına işarə edərək təkidlə vurğuladı: “Həcc ziyarətinin əməl və ayinlərindən hər biri insanın mənəvi tərbiyəsinə müstəsna təsir etməkdən əlavə, həm də təbliğat və maarifləndirmə baxımından da böyük qabiliyyətə malikdir”.
HƏMAS-ın Baş Siyasət İdarəsinin sədri ilə görüş
Bu gün axşam İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın Baş Siyasət İdarəsinin sədri cənab Xalid Məşəl və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Fələstin xalqının və HƏMAS da daxil olmaqla müqavimət göstərən qrupların mübarizəsini yüksək qiymətləndirərək belə vurğuladı: “Fələstinin yeganə nicat yolu mübarizə aparmaq, müqavimət göstərmək, əməli iş görüb zəruri addımlar atmaqla bərabər Allaha təvəkkül etməkdir”.
Elmi-teoloji mərkəzlərin minlərlə tələbə və ruhaniləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei məhərrəm ayının gəlişi ərəfəsində elmi-teoloji mərkəzlərin müəllim və tələbələri, minlərlə alim və ruhani xadimləri, Tehran məscidlərinin imam-cümələrindən bir qrupu ilə görüşündə çıxış edərək olduqca əhəmiyyətli məsələləri qeyd etmişdir. Ali Məqamlı Rəhbər xüsusilə fitnə-fəsadın müşahidə olunduğu bir dövrdə düzgün təbliğatın cəmiyyətdə şəffaflığın yaradılmasında və başlıca meyarların müəyyən edilməsində mühüm rol oynadığını demişdir.
Mübarək Qədir-Xum bayramında xalqın müxtəlif təbəqələrinin minlərlə nümayəndəsi ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Qədir-Xum bayramı günü xalqın müxtəlif təbəqələrinin minlərlə nümayəndəsi ilə görüşündə Qədir-Xum məsələsini İslam ümmətinin doğru yola istiqamətləndirilməsində əbədi bir İlahi meyar adlandırmış, sionizmin və bədxah yadellilərin İranda nüvə problemi ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltmək məqsədilə geniş miqyasda yalanlar yaydığını vurğulayaraq demişdir: “Həqiqətlərin üzə çıxması ilə bütün bu yalan və şayiələr xalqın düşmənlərinin daha da çox rüsvay olmasına səbəb olacaq”.
“Həzrət Yusif (ə)” seriyalının rejissorları, yaradıcı heyəti və filmdə rol almış aktyorlarla görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün “Həzrət Yusif (ə)” seriyalının rejissorları, yaradıcı heyəti və filmdə rol almış aktyorlarla görüşdə bu diqqətəlayiq sənət əsərinə görə təşəkkür və qədirdanlığını ifadə etməklə yanaşı bunları da vurğuladı: “Bu serial əslində bütövlükdə İnqilab yönümlü incəsənətdə güclü təxəyyülün məhsulu olan novator sənət nümunələri üçün bir başlanğıcdır. İslam Mədəniyyəti və Maarifi Nazirliyi, “Səda və Sima” Dövlət televiziyası, həmçinin incəsənət xadimləri bu sahəyə əvvəlkindən də çox diqqət yönəltməlidirlər”.
İslam İnqilabı Rəhbərinin Hüccətul-İslam vəl-muslimin Hacı Şeyx Məhdi Qazinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xidmətkar, fədakar alim, mərhum Hüccətul-İslam vəl-muslimin Hacı Şeyx Məhdi Qazinin vəfatı ilə bağlı başsağlığı vermişdir.
Ölkənin minlərlə Bəsic üzvü ilə görüş
Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin dörd bir yanından gəlmiş minlərlə bəsici ilə görüşündə könüllü səfərbərlik dəstəsini milli müqavimətin, sarsılmazlığın və qürurun simvolu adlandıraraq, habelə bütün KİV-ə, fəal siyasətçilərə və rəsmilərə xırda, qeyri-prinsipial ixtilaflardan çəkinməyi təkidlə tövsiyə edərək dedi: “Bu gün ölkənin qarşısında duran başlıca məsələ düşmənin yürütdüyü və əsas məqsədi xalqın nümayəndələri arasında tərəddüd, ixtilaf və pessimizm əhval-ruhiyyəsi yaymaq olan soyuq müharibəyə qarşı mübarizə aparmaqdır. Bu hücumlara qarşı aparılan mübarizənin ən başlıca yolları uzaqgörənlik və gözüaçıqlıq kimi xüsusiyyətlərin, könüllü səfərbərlik əhval-ruhiyyəsinin, gələcəyə qəti inamın qorunub-saxlanması, habelə ciddi və düşünülmüş seçimdir”.
Küveytin Baş nazirinin İİR-nın Ali Məqamlı Rəhbəri ilə görüşü
Bu gün İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Küveytin Baş naziri cənab Şeyx Nasir Muhəmməd Əl-Əhməd Əs-Səbah və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə təkidlə vurğuladı: “İslam ölkələri, xüsusilə də Fars körfəzi regionundakı ölkələr qarşılıqlı həmkarlıq əlaqələrini əvvəlkindən daha artıq genişləndirməlidirlər”.
İslam İnqilabı Rəhbərinin Hüccətul-İslam vəl-muslimin Nücuminin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dahi və ruhani bir alim olan mərhum Hüccətul-İslam vəl-muslimin Hacı Seyid Murtəza Nücuminin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.
Qətərin əmiri Şeyx Həmid İbn Xəlifə Ali Sani ilə görüş
Bu gün axşam İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qətərin əmiri Şeyx Həmid ibn Xəlifə Ali Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran İslam Respublikası ilə Qətər dövləti arasındakı əlaqələri Fars körfəzi regionunda nümunəvi həmkarlıq əlaqələri adlandıraraq təkidlə vurğuladı: “Fars körfəzi regionu buradakı ölkələrin qarşılıqlı əməkdaşlığı sayəsində təhlükəsiz, sabit və həmkarlıq üçün münasib bir regiona çevrilməlidir”.
Minlərlə şagird, tələbə və şəhid ailələrinin üzvləri ilə görüş
Bu gün İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə şagird və tələbə, habelə şəhid ailələrinin üzvləri ilə görüşündə imperializmin həqiqi simasını tanımaq üçün gözüaçıq olmağın zəruriliyini xatırladaraq və ABŞ-ı dünyanın gerçək imperialist dövləti adlandıraraq təkidlə vurğuladı: “Amerika dövləti özünün imperialist əhval-ruhiyyəsindən və təhdidlərindən əl çəkməyincə İran xalqı ABŞ-ın zahirən sülhpərvər sözlərinə aldanmayacaq və heç bir vəchlə öz müstəqilliyi, azadlığı, milli mənafeyi və hüquqlarından geri durmayacaq!”
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş
Bu gün axşam İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran və Türkiyə xalqları arasında dərin tarixi bağlılığın mövcudluğuna toxunaraq qeyd etdi: “İki ölkə arasındakı hazırkı səmimi əlaqələrin son bir neçə yüzillikdə misli görünməmişdir və dövlətinizin ölkə daxilində, habelə beynəlxalq arenada ardıcıl surətdə əldə etdiyi müvəffəqiyyətlər bizi çox sevindirir”.
Ölkənin yüzlərlə elm-mədəniyyət xadimi ilə görüş
Bu gün səhər ölkənin elm, mədəniyyət və ədəbiyyatının təmsilçilərindən bir qrupu görkəmli elm-mədəniyyət xadimlərinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi şəraitdə baş tutan görüşündə müxtəlif məsələlərlə bağlı öz rəy və təkliflərini İnqilab Rəhbərinə bildirmişlər.
Qurani-Kərimin minlərlə fəal tədqiqatçı xanımları ilə görüş
Həzrət Məsumənin mübarək doğum gününün ildönümünə təsadüf edən bir vaxtda, bu gün müqəddəs Qurani-Kərimi tədqiq edən minlərlə fəal tədqiqatçı xanım İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşmüşlər.
Görüşün əvvəlində aşağıda adları sadalanan tədqiqatçı xanımlar çıxış edərək ölkədə Quran tədqiqatı ilə bağlı məsələlər, xüsusilə də xanım tədqiqatçıların fəaliyyəti barədə fikir bildirmişlər.
