
Xəbərlər


Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Ordusunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə vurğuladı ki, İslam İnqilabı əleyhinə olan düşmənçiliklərin səbəbi İran xalqının müqaviməti, imperializmin siyasətləri qarşısında tutduğu qətiyyətli mövqe və bu siyasətlərə təslim olmamasıdır.

Ali Məqamlı Rəhbər ordunun hərbi akademiyalarının buraxılış mərasimində iştirak etdi
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İran İslam Respublikası ordusunun hərbi akademiyalarının Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasında keçirilən buraxılış mərasiminə qatıldı.

Ali Məqamlı Rəhbər Mina faciəsində ölənlərin şəhid məzarlıqlarında dəfn olunmasına razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun sədri Höccətül-İslam vəl-muslimin Şəhidinin xahişinə cavab olaraq, Mina faciəsində vəfat etmiş insanların şəhid məzarlıqlarında dəfn olunmasına razılıq vermişdir.

Ali Məqamlı Rəhbər fiqh mövzusunda xüsusi mühazirə kursunun ilk günü çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun ilk günü – yəni bu gün (bazar günü) səhər etdiyi çıxışda Minada baş vermiş böyük faciəyə toxundu.

Ali Məqamlı Rəhbər Minada baş vermiş faciə ilə bağlı 3 günlük matəm elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Minada baş vermiş və Allah evinin müsafirlərindən böyük bir kəsiminin həyatını itirməsinə səbəb olmuş müsibət dolu hadisənin ardınca rəsmi müraciət etmişdir.

Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplanışına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplanışına ünvanladığı müraciətdə qeyd edir ki, imperializmin regionda İslam ümmətinə böyük problem və çətinliklər yaratmaq məqsədilə həyata keçirdiyi şər dolu siyasətlər, qəsbkar İsrail rejiminin törətdiyi cinayətlər, habelə Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizliyə yol verilməsi bütün müsəlmanların bir nömrəli problemidir.

Ali Məqamlı Rəhbər sağlamlığının 70 faizini itirmiş müharibə veteranları ilə görüşdü
Məqəddəs Müdafiə həftəsinin yaxınlaşdığı bu günlərdə, bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onurğa sütununun zədələnməsi nəticəsində iflic olmuş, eyni vaxtda iki gözünü və ətraflarından bir, yaxud ikisini itirərək sağlamlığının 70 faizindən məhrum olmuş müharibə veteranları, həmçinin onların ailə üzvləri ilə yaxından görüşdü.

Ali Məqamlı Rəhbər şəhid Cahanara qardaşlarının atasının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhid Cahanara qardaşlarının atasının vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər yeni təyinat haqda sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ali Kiberməkan Şurasının keçmiş katibi cənab Məhəmmədhəsən İntizarinin həmin şuranın üzvü təyin olunması haqda sərəncam imzaladı.

Ali Məqamlı Rəhbər Ayətullah Xəzəlinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei təqvalı din alimi Ayətullah Əbülqasim Xəzəlinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Keşikçi Korpusun minlərlə zabiti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə Keşikçi Korpusu Allahın böyük bir neməti, daxili və xarici məsələlərdə İslam İnqilabının məlumatlı və gözüaçıq qoruyucusu adlandırdı.

Ali Məqamlı Rəhbər yeni təyinat haqda sərəncam imzaladı
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei Keşikçi Korpusun üzvü, briqada generalı Qulamrza Cəlalinin ölkənin Passiv Müdafiə Təşkilatının sədri təyin olunması haqda sərəncam imzaladı.

Ali Məqamlı Rəhbər ictimaiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanla bu gün (çərşənbə günü) səhər keçirdiyi izdihamlı görüşdə Amerikanın müəyyən yollar tapıb ölkəyə nüfuz etmək üçün məkrli səylər göstərdiyi barədə xəbərdarlıq etdi.

Ali Məqamlı Rəhbər Avstriya Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avstriya Respublikasının prezidenti cənab Hayns Fişer və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra keçirdiyi görüşdə Amerikanın İranda öz mənafeyini əldən verdiyi üçün İslam İnqilabına düşmən kəsildiyini qeyd etdi.

Ali Məqamlı Rəhbər Kiberməkan üzrə Ali Şuranın üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhani və Kiberməkan üzrə Ali Şuranın üzvləri ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə bildirdi ki, sözügedən şura kiberməkanla bağlı güclü, məsuliyyətli və tədbirli siyasət aparılmasının əsas mərkəzidir.

Ali Məqamlı Rəhbər Qırğızıstan Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qırğızıstan Respublikasının prezidenti cənab Almazbek Atambayev və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün günortadan sonra baş tutan görüşündə qardaş müsəlman ölkələr arasında ikitərəfli əməkdaşlığı mümkün qədər gücləndirməyin vacib olduğunu vurğuladı.

Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı günü) səhər keçirdiyi görüşdə Xubriqan Məclisini İslama əsaslanan xalq hakimiyyətinin tam təcəssümü, cəmiyyətin mənəvi asayiş və rahatlıq qaynağı adlandırdı.

Ali Məqamlı Rəhbər Ordunun Xatəmülənbiya (s) adına Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri və komandanlıq heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Xatəmülənbiya (s) adına Hava Hücumundan Müdafiə Qərargahının rəsmiləri və komandanlıq heyəti ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüşdə bu qərargahın ölkənin müdafiəsində daşıdığı əhəmiyyətli funksiyaya və öhdəsinə düşən vəzifələrə toxundu.
