
Xəbərlər


Ali Məqamlı Rəhbər ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, şəhid Rəcayi və şəhid Bahonərin şəhadəti ilə bağlı günlərin Hökumət həftəsi adlandırılmasının fəlsəfəsi bu iki dəyərli insanın ideya və davranışlarını, şəxsi keyfiyyətlərini bir meyar kimi yaşatmaqdır.

Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həcc ziyarətinin və digər müqəddəs məkanlara ziyarətlərin təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə həcc ziyarətini İslamın öz varlığını davam etdirməsinin qarantı, İslam ümmətinin vəhdət və əzəmətinin təzahürü adlandırdı.

Ali Məqamlı Rəhbər Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin və İslami Radio və Televiziyalar Birliyinin qurultaylarında iştirak edən insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin və İslami Televiziya və Radiolar Birliyinin qurultaylarında iştirak edən insanlarla görüşdü. Çıxışı zamanı o qeyd etdi ki, imperializmin region üçün cızdığı planlara qarşı mübarizə Allah yolunda cihadın bariz nümunəsidir.

Ali Məqamlı Rəhbər Hacı Şeyx Əbdüləli Qərəhinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ruhani və pərhizkar alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Əbdüləli Qərəhinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Elmi olimpiadalarda medal qazanmış bəsicilərdən bir qrupu medallarını Ali Məqamlı Rəhbərə təqdim etdi
Ölkə və dünya üzrə keçirilən elmi olimpiadalarda medal qazanmış bəsicilərdən bir qrupu bu gün (bazar günü) günorta saatlarında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək medallarını ona təqdim etdi.

Ali Məqamlı Rəhbər rəsmilər, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, İslam dünyasının dərdlərinə şəfa ola biləcək formul vəhdət və bölünməzlikdir.

Ali Məqamlı Rəhbərin imaməti ilə paytaxt Tehranda möhtəşəm bayram namazı qılındı
Mömin, təkallahlı və bölünməz İran xalqı ramazanda bir ay boyunca həyata keçirdiyi ibadət, oruc və özünütərbiyədən sonra bu gün şanlı İran diyarının dörd bir yanında Allah-taalaya şükür səcdəsi etdi və ən möhtəşəm Fitr namazlarından birini qılaraq Uca Yaradanından milli qurtuluşunun davamını, dünya və axirətdə səadət dilədi.

Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibətilə əfv fərmanı imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramı ərəfəsində ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən məhkum edilmiş 930 nəfər məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsinə razılıq vermişdir.

Ölkə başçısının nüvə danışıqlarının nəticəsi ilə bağlı məktubu və Ali Məqamlı Rəhbərin cavabı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Həsən Ruhaninin nüvə danışıqlarının nəticəsi ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq, çəkdiyi zəhmətlərə görə ölkə prezidentinə təşəkkürünü bildirmiş, danışıqlarda iştirak edən komandaya yorulmaq bilmədən, ardıcıl surətdə göstərdikləri səylərə görə qədirdanlığını ifadə etmiş, bu danışıqların sonuclanmasını mühüm bir addım adlandırmışdır.

Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün günortadan sonra baş tutan ramazan görüşündə Əmirəlmöminin Əlinin (ə) Malik Əştərə yazdığı, bir çox istiqamətverici məqamları ehtiva edən fərmanın ayrı-ayrı fraqmentlərini şərh etdi.

Ali Məqamlı Rəhbər tələbələr və tələbə təşkilatlarının nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə ilə bu gün (şənbə günü) günortadan sonra keçirdiyi açıq və səmimi görüşdə 4 saatdan artıq müddət ərzində gəncləri narahat edən məsələləri, onların tənqidi fikirlərini, arzu və təkliflərini dinlədi.

Ali Məqamlı Rəhbər İmam Əlinin (ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müvəhhidlərin mövlası Həzrət Əli İbn Əbitalibin (ə) məzlumcasına şəhid olmasının ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər İmam Əliyə (ə) həsr olunmuş matəm mərasimində iştirak etdi
Müttəqilərin mövlası Həzrət Əmirəlmöminin Əlinin (ə) ölümcül qılınc zərbəsi ilə yaralanmasının ildönümü günündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə o əzmkar imama həsr olunmuş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər ölkə universitetlərinin müəllimləri və elmi işçilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif universitetlərində dərs deyən minlərlə müəllim, habelə elmi şuraların üzvləri ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, əməksevər, mömin və mütərəqqi bir nəslin təlim-tərbiyəsində universitet müəllimlərinin rolu əvəzsizdir.

Ali Məqamlı Rəhbər şairlər, mədəniyyət və incəsənət xadimləri ilə görüşdü
Həzrət İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində mədəniyyət xadimlərindən, fars şeiri və ədəbiyyatının ustadlarından, ölkənin gənc və qocaman şairlərindən, o cümlədən Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan və Azərbaycan şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Ali Məqamlı Rəhbər “6-cı inkişaf proqramı”nın başlıca siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhaniyə ünvanladığı məktubda “6-cı inkişaf proqramı”nın başlıca siyasətlərini elan etmişdir.

Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin sədri və bu strukturda çalışan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri və bu strukturda çalışan rəsmilərlə bu gün (bazar günü) günortadan sonra baş tutan görüşündə Məhkəmə Hakimiyyətinin iki yüksək məqamlı şəhidinin: məzlum şəhid Ayətullah Beheşti və Şəhid Quddusinin xatirəsini ehtiramla yad edərək bildirdi ki, ədliyyə strukturunun müstəqilliyi və heç bir təsir altına düşməməsi olduqca əhəmiyyətlidir.

Ali Məqamlı Rəhbər 7 tir şəhidlərinin ailə üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra 7 tir şəhidlərinin ailə üzvləri və Tehran ostanında yaşayan, bir neçə övladı şəhid olmuş ailələrlə görüşdü.
