Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbərin Çəharmahal və Bəxtiyari ostanının şəhidlərinin xatirəsinə həsr olunmuş konfransın təşkilatçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər
Ali Məqamlı Rəhbərin Çəharmahal və Bəxtiyari ostanının şəhidlərinin xatirəsinə həsr olunmuş konfransın təşkilatçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Çəharmahal və Bəxtiyari ostanının şəhidlərinin xatirəsinə həsr olunmuş konfransın təşkilat komitəsinin üzvləri ilə 13.07.1394-cü il tarixində baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Şəhri-kürddəki İmam Xomeyni (r.ə) adına namaz salonunda yayımlandı.
Ali Məqamlı Rəhbər Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinə matəm mərasimi təşkil edəcək
Ali Məqamlı Rəhbər Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinə matəm mərasimi təşkil edəcək
Ali Rəhbərlik Məqamı Baş İdarəsinin yaydığı elannamədə deyilir: “İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (12 mehr 1394-cü il, bazar günü) günortadan sonra, saat 15.30-dan 17.30-a qədər Tehran şəhərindəki İmam Xomeyni (r.ə) adına hüseyniyədə Mina faciəsində həlak olmuş məzlum insanların xatirəsinin anılması məqsədilə matəm mərasimi təşkil edəcək.
Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Ordusunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə vurğuladı ki, İslam İnqilabı əleyhinə olan düşmənçiliklərin səbəbi İran xalqının müqaviməti, imperializmin siyasətləri qarşısında tutduğu qətiyyətli mövqe və bu siyasətlərə təslim olmamasıdır.
Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplanışına müraciət etdi
Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplanışına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplanışına ünvanladığı müraciətdə qeyd edir ki, imperializmin regionda İslam ümmətinə böyük problem və çətinliklər yaratmaq məqsədilə həyata keçirdiyi şər dolu siyasətlər, qəsbkar İsrail rejiminin törətdiyi cinayətlər, habelə Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizliyə yol verilməsi bütün müsəlmanların bir nömrəli problemidir.
Ali Məqamlı Rəhbər sağlamlığının 70 faizini itirmiş müharibə veteranları ilə görüşdü
Ali Məqamlı Rəhbər sağlamlığının 70 faizini itirmiş müharibə veteranları ilə görüşdü
Məqəddəs Müdafiə həftəsinin yaxınlaşdığı bu günlərdə, bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onurğa sütununun zədələnməsi nəticəsində iflic olmuş, eyni vaxtda iki gözünü və ətraflarından bir, yaxud ikisini itirərək sağlamlığının 70 faizindən məhrum olmuş müharibə veteranları, həmçinin onların ailə üzvləri ilə yaxından görüşdü.
Ali Məqamlı Rəhbər Keşikçi Korpusun minlərlə zabiti ilə görüşdü
Ali Məqamlı Rəhbər Keşikçi Korpusun minlərlə zabiti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə Keşikçi Korpusu Allahın böyük bir neməti, daxili və xarici məsələlərdə İslam İnqilabının məlumatlı və gözüaçıq qoruyucusu adlandırdı.
Ali Məqamlı Rəhbər Avstriya Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
Ali Məqamlı Rəhbər Avstriya Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avstriya Respublikasının prezidenti cənab Hayns Fişer və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra keçirdiyi görüşdə Amerikanın İranda öz mənafeyini əldən verdiyi üçün İslam İnqilabına düşmən kəsildiyini qeyd etdi.

Seçilmiş ünvanlar