Xəbərlər
Ali Məqamlı Rəhbər İraq Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Respublikasının prezidenti cənab Fuad Məsum və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə İran və İraq, həmçinin bu ölkələrin xalqları arasında dərin köklərə malik tarixi əlaqənin, eyni regionda yerləşən iki qonşu dövlətdən daha yüksək səviyyəli münasibətlərin mövcud olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Rusiya Federasiyasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinlə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsini müsbət qarşıladığını qeyd etdi.
Ali Məqamlı Rəhbər Nigeriya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Nigeriya Respublikasının prezidenti Məhəmməd Buxari ilə bu gün (bazar ertəsi) günortadan qabaq keçirdiyi görüşdə qeyd etdi ki, müsəlman ölkələrinin İslam ümmətinin kimliyini, müsəlmanları müdafiə etmək üçün öz aralarında əməkdaşlığı artırması başlıca əhəmiyyətə malik bir zərurətdir.
Ali Məqamlı Rəhbər Venesuela Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Nikolas Maduro ilə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə Venesuelanın imperializmin siyasətləri qarşısında müqavimətini və ilhamverici davranışlarını yüksək dəyərləndirdiyini bildirdi.
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkmənistan Respublikasının prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə İran və Türkmənistan arasındakı yaxın dostluq münasibətlərinə, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regionda qızışdırılan konfliktlərə qarşı mübarizə aparılması üçün imkanların çox olduğuna toxundu.
Ali Məqamlı Rəhbər dövlətin əsas ekoloji siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq, hakimiyyətin 3 qolunun başçılarına ünvanladığı məktubda dövlətin başlıca ekoloji siyasətlərini elan etmişdir.
Ali Məqamlı Rəhbər rektorlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədəki universitetlərin rektorları, ali təhsil müəssisələrinin, elm və texnologiya parklarının, elmi tədqiqat mərkəzlərinin direktorları ilə bu gün səhər keçirdiyi görüşdə İslam İnqilabından əvvəlki və sonrakı dövrlərdə ölkənin elmi inkişaf tarixi, elmi mirası və təcrübəsi, universitetlərin İranın müasir tarixində, xüsusilə də islami hərəkatda və inqilabdan sonrakı mərhələdə mövqe və rolu haqda ətraflı danışdı.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Şeyx Məhəmmədhüseyn Sibəveyhin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müttəqi alim, mərhum Höccətül-İslam vəl-muslimin Şeyx Məhəmmədhüseyn Sibəveyhin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər minlərlə tələbə və şagirdlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün (çərşənbə axşamı) səhər baş tutan izdihamlı görüşündə bildirdi ki, İran xalqının imperializmə qarşı mübarizəsinin tarixi təcrübəyə əsaslanan müdrik və məntiqli bir mübarizə olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Xarici İşlər Naziri və müxtəlif xarici ölkələrdə İranı təmsil edən diplomatik heyətlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, səfirlər və İranın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərində çalışan insanlarla bu gün (bazar günü) səhər baş tutan görüşündə ölkənin xarici siyasətinin Konstitusiyada əksini tapan sabit, dəyişməz prinsip və strategiyaları, eləcə də bu prinsip və siyasətlərdən irəli gələn tələblər haqda danışdı.
Ali Məqamlı Rəhbər Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunmuş 5-ci matəm gecəsində iştirak etdi
Bu gecə (bazar günü) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan minlərlə Hüseyn (ə) aşiqinin iştirakı ilə o həzrətə həsr olunan 5-ci matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Şame-qəriban gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi
Şame-qəriban gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunan matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər Aşura axşamı təşkil olunan matəm mərasimində iştirak etdi
Aşura axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunan matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər tasua axşamı təşkil olunan matəm mərasimində iştirak etdi
Tasua axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, rəsmilərdən bir qrupunun və ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunmuş ilk matəm mərasimində iştirak etdi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunmuş ilk matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər Birgə Müştərək Tədbirlər Planının icrası ilə bağlı ölkə başçısına məktub yazdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və Milli Təhlükəsizlik Ali Şurasının sədri cənab Həsən Ruhaniyə ünvanladığı məktubda Birgə Müştərək Tədbirlər Planının İslami Şura Məclisi və Milli Təhlükəsizlik Ali Şurasında dəqiqlik və məsuliyyətlə araşdırıldığına, sözügedən razılaşmanın lazımi hüquqi prosedurlardan keçdiyinə toxunaraq ölkənin və xalqın ali mənafeyinin təmin olunması və qorunması ilə bağlı mühüm tapşırıqlar vermişdir.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə Minada baş vermiş acınacaqlı və qəribə hadisənin ilahi sınaqlardan biri olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər şəhid general Həmədaninin ailəsini yaşadıqları mənzildə ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) axşam şəhid general Hüseyn Həmədaninin ailə üzvlərini yaşadıqları mənzildə ziyarət etdi. General Həmədaninin ailə üzvləri ilə əhvallaşan Ali Məqamlı Rəhbər onları bu şanlı və vüqarlı insanın şəhadəti münasibətilə həm təbrik etdi, həm də başsağlığı verdi.
