Xəbərlər

Ali Məqamlı Rəhbər şair Müşfiq Kaşaninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli şair Müşfiq Kaşaninin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Venesuela Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Nikolas Maduro ilə bu gün (şənbə günü) günortadan sonra keçirdiyi görüşdə Venesuela Respublikasının özəlliklə İsrail rejiminə qarşı mövqe və davranışlarını yüksək qiymətləndirdiyini qeyd edir.

Ali Məqamlı Rəhbər İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri münasibətilə görüş keçirdi
Böyük İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələri, ordu və hökumət rəsmiləri, “İslami vəhdət” Konfransında iştirak edən alim və mütəfəkkirlər, habelə müsəlman ölkələrinin səfirləri ilə keçirdiyi görüşdə qeyd etdi ki, vəhdət sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s) İslam ümmətinə öyrətdiyi ən böyük dərs olmaqla yanaşı, bu gün ümmətin həddən artıq böyük ehtiyac duyduğu bir amildir.

Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Qum əhalisi ilə keçirdiyi izdihamlı görüşdə qeyd etdi ki, xarici qüvvələrin İslam İnqilabının reallıqlarını təhrif etmək, 1356-cı ilin 19 dey, 1388-ci ilin 9 dey günü kimi tarixi hadisələri yaddaşlardan silmək üçün göstərdikləri səylərə qarşı mübarizə aparmaq vacibdir.

Ali Məqamlı Rəhbər Ayətullah Ənsari Şirazinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli din alimi Ayətullah Ənsari Şirazinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Məəzzinin vəli-fəqihin Qızıl Aypara Cəmiyyətindəki nümayəndəsi təyin olunması haqda sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyx Əbdülhüseyn Məəzzinin vəli-fəqihin İran İslam Respublikası Qızıl Aypara Cəmiyyətindəki nümayəndəsi təyin olunması barədə sərəncam imzaladı.

Ali Məqamlı Rəhbər ölkədə keçirilən 23-cü Ümummilli Namaz Qurultayına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 23-cü Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə İslam dinində vacib buyurulmuş bu əvəzsiz ibadətin cəmiyyətdə təbliği istiqamətində görülmüş dəyərli tədbirlərə toxunur.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əli Qəyurinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei daim xalqın xidmətində duran pərhizkar alim Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əli Qəyurinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Həzrət İmam Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi
Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) və onun sadiq silahdaşlarının şəhadətinin ərbəin (40-cı) günü İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin müxtəlif yerlərindən gəlmiş tələbə kollektivlərinə ev sahibliyi etdi.
Ali Məqamlı Rəhbər “İdarəçilik sistemində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən ümummilli foruma məktubla müraciət etdi
İİR prezidentinin birinci müavini cənab Cahangiri ölkədə “İdarəçilik sistemində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” adı altında ümummilli forumun keçirilməsi ilə bağlı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə məktub yazaraq ondan foruma rəsmi müraciət ünvanlamasını xahiş etmişdi.

Ali Baş Komandan Ordunun Dəniz Qüvvələrinin yüksək rütbəli zabitləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Ordusunun Dəniz Qüvvələrinin rəsmiləri və yüksək rütbəli zabitləri ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə mübarizə və müqavimət ruhunun silahlı qüvvələrə nüfuz və etibar qazandırdığını qeyd etdi.
Ali Məqamlı Rəhbər Bəsic Təşkilatı Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Bəsic Təşkilatı Ali Şurasının üzvləri və əhalinin müxtəlif təbəqələrindən olan bəsicilərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, məntiqi bir təfəkkür olan bəsic təfəkkürünün əsasında iki başlıca prinsip durur: 1. üzərinə düşən dini və insani məsuliyyəti dərk etmək; 2. gözüaçıqlıq.

Ali Məqamlı Rəhbər “İslam alimlərinin təkfirçi cərəyanlara yanaşması” adı altında keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İslam alimlərinin təkfirçi cərəyanlara yanaşması” adı altında keçirilən beynəlxalq konfransda iştirak edən alim və mütəfəkkirlər, eləcə də konfransın digər qonaqları ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, son illərdə təkfirçi cərəyanın yenidən baş qaldırması İslam dünyası üçün imperializm tərəfindən bilərəkdən yaradılmış bir problemdir.

Ali Baş Komandan ordunun hərbi akademiyalarının buraxılış mərasimində iştirak etdi
Bu gün (bazar ertəsi) səhər İmam Əli (ə) adına Hərbi Akademiyada Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının 8-ci müştərək buraxılış mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər İraqın vitse-prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın vitse-prezidenti cənab Nuri Maliki ilə bu gün (bazar ertəsi) səhər baş tutan görüşündə baş nazir olduğu dövrdə nümayiş etdirdiyi cəsarət, qüdrət və administrasiya bacarığına, İraqın sabitlik və suverenliyinin qorunması, ölkənin inkişafı istiqamətində göstərdiyi böyük xidmətlərə görə cənab Malikini təqdir etdiyini bildirərək dedi: “İraqda hakimiyyət dəyişikliyi getdiyi dövrdə Siz ölkədə asayiş və sabitliyin pozulmasının, iğtişaşların baş verməsinin qarşısını almaq üçün böyük bir iş gördünüz. Sizin bu əməyiniz İraqda heç vaxt unudulmayacaq”.

Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab İzzətullah Zərqaminin Ali Mədəni İnqilab və Ali Kiberməkan Şuralarının üzvü təyin olunması haqqında sərəncam imzaladı.
