
Xəbərlər


Ali Məqamlı Rəhbər Qədir şəhidlərinin mələkut aləminə qovuşması ilə əlaqədar başsağlığı müraciəti etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin başsağlığı müraciətində Keşikçi Korpusun Özünütəminetmə Cihadı Təşkilatının sıralarından şəhid olmuş hərbçilərin, xüsusilə də briqada generalı komandir Həsən Moqəddəmin xatirəsi böyük ehtiramla yad edilərək aşağıdakı fikirlər qeyd olunur: “Yüksək keyfiyyətləri ilə seçilən bu peşəkar kadrların zəhmətinin məhsulu indi cihad ruhlu döyüşçülərimizin ixtiyarındadır və o kollektivin yetirmələri bu nurlu kursu davam etdirmək üçün lazımi qədər bacarıqlıdır”.

Ali Baş Komandan Qədir şəhidlərinin dəfn mərasimində iştirak etdi
Bu gün (bazar ertəsi) səhər Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Özünütəminetmə Cihadı Təşkilatının sıralarından şəhid olmuş hərbçilərin (Qədir şəhidlərinin) dəfn mərasimində iştirak etdi.

Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplumuna müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin əzəmətli həcc mərasimi münasibətilə hacılara ünvanladığı müraciətdə qeyd olunur ki, bəzi müsəlman ölkələrində baş qaldırmış inqilablar İslam dünyasının ən mühüm məsələlərindəndir, bu olayların mahiyyətində isə Allahın açıq-aşkar möcüzələri gizlənmişdir.

Höccətül-İslam vəl-muslimin Əmid Zəncaninin vəfatı ilə əlaqədar başsağlığı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər etdiyi rəsmi müraciətlə Höccətül-İslam vəl-muslimin Abbasəli Əmid Zəncaninin vəfatı ilə əlaqədar mərhumun yaxınlarına və dostlarına başsağlığı verdi.

Ali Məqamlı Rəhbər İraq Kürdüstanı Muxtariyyətinin prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Kürdüstanı Muxtariyyətinin prezidenti cənab Məsud Barzani ilə bu gün (bazar günü) səhər baş tutan görüşü zamanı hal-hazırda İraqda sabitlik və müstəqilliyin bərqərar olunmasına toxunaraq vurğuladı: “İraqdakı bütün məzhəb və etnosların Amerikanın təzyiqlərinə qarşı birgə müqaviməti, işğalçı hərbçilərin hüquqi toxunulmazlığı əleyhinə aparılan mübarizə və sonda Amerikanın İraqı tərk etmək məcburiyyətində qalması bu ölkənin tarixindəki qızıl səhifələrdən biridir”.

Ali Məqamlı Rəhbər əhalinin ümumi siyahıyaalınmasında iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər – əhalinin və mənzil şəraitinin ümumi siyahıyaalınmasına start verildiyi ilk gündə bu ümummilli layihədə iştirak etdi.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bəyannamə ilə çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kirmanşah vilayətinə 9 günlük səfəri sona çatdıqdan sonra Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin cəsur və mübariz əhalisinə minnətdarlıq məqsədi daşıyan bəyannamə ilə çıxış etdi.

Ali Məqamlı Rəhbər Tehrana döndü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinin müxtəlif təbəqələri təmsil edən mömin, cəsur və istiqanlı əhalisi ilə çoxsaylı görüşlərindən sonra bu gün (cümə axşamı) günorta vilayətə 9 günlük səfərini başa vuraraq paytaxt Tehrana döndü.

Kirmanşahın hökumət strukturlarının rəsmiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei Kirmanşah vilayətinə səfərinin sonuncu – 9-cu günündə müxtəlif hökumət strukturlarında çalışan rəsmilər və rəhbər kadrlarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dövlətində sədaqətlə, saf ilahi niyyətlə xalqa xidmət etmək Allahın insana nəsib etdiyi mənəvi dəstəkdir və Yaradanın məmnunluğuna, xalqa yardıma və İslam dövlətinin daha da möhkəmlənməsinə səbəb olur.

Ali Məqamlı Rəhbər Kirmanşah şairi Əhməd Əziziyə xəstəxanada baş çəkdi
Ali Məqamlı Rəhbər bu gün (cümə axşamı) günorta Kirmanşahdakı İmam Rza (ə) adına xəstəxanaya gedərək intensiv terapiya şöbəsində yatan istedadlı və xoştəb İran şairi Əhməd Əziziyə baş çəkdi, şairin səhhətinin yaxşılaşması üçün Tanrıya dualar etdi.

Kirmanşah vilayətinin əlil və veteran xanımları ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Kirmanşah vilayətində yaşayan, İslam İnqilabı və İslam Respublikası uğrunda xidmətləri olmuş veteran və I qrup əlil xanımlardan bir qrupu ilə görüşdü. Həzrət Ayətullah Xamenei səbir və vüqar simvolu olan bu qadınların çox yüksək təqdirə layiq olduqlarını dedi.

Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə iclas keçirdi
Kirmanşah vilayətində keçirdiyi xüsusi iclasdan sonra bu axşam (çərşənbə günü) Nazirlər Şurasının üzvləri Ali Məqamlı Rəhbərlə görüşərək hökumətin vilayətdəki problem və çatışmazlıqların aradan qaldırılması, ümumilikdə bu regionun inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdiyi qərar və tədbirlər haqda hesabat verdilər.

Ali Məqamlı Rəhbər Kəngavərin Şəhidlər xiyabanını ziyarət etdi
Bu sabah İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kəngavər əyalətinə daxil olduğu ilk saatlarda buranın Şəhidlər xiyabanında oldu, şəhid məzarları başında “Fatihə” oxuyaraq regionun rəşadətli döyüşçülərinin xatirəsini ehtiramla yad etdi.

Kəngavər şəhərinin əhalisi ilə görüş
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 8-ci günündə Kəngavərin və ətraf şəhərlərin əhalisi ilə ruh yüksəkliyi ilə dolu, izdihamlı bir atmosferdə görüşdü. Çıxışı əsnasında Ali Məqamlı Rəhbər böyük İran xalqının son 30 ildə əldə etdiyi nailiyyətlərə istinadən aşağıdakıları vurğuladı: “Əziz xalqımız seçdiyi yolun son dərəcə çətin etaplarını qüdrət və iftixarla arxada qoyub. O, qazandığı nailiyyətlərlə kifayətlənməyəcək, qarşıdakı bütün mərhələləri də birlik, optimizm və mətinliyi sayəsində uğurla qət edəcək”.

Kirmanşah vilayətinin görkəmli xadimləri ilə görüş
Kirmanşah vilayətinin yüzlərlə görkəmli, sayılıb-seçilən elm, mədəniyyət, ədəbiyyat, idman, incəsənət, ictimaiyyət və iqtisadiyyat xadimi Ali Məqamlı Rəhbərin vilayətə səfərinin yeddinci günü – bu gün (çərşənbə axşamı) səhər onunla görüşərək müxtəlif mövzularda fikir mübadiləsi etdilər.

Ali Məqamlı Rəhbər Pave şəhidlərinin xatirə kompleksini ziyarət etdi
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pave və Ouramanat məntəqələrinin əhalisi ilə sevinc və canlanma dolu bir atmosferdə keçən görüşündən sonra Pave şəhidlərinin xatirə kompleksini ziyarət etdi. Şəhid məzarları başında “Fatihə” oxuyan Ali Məqamlı Rəhbər məntəqənin vüqarlı və məzlum şəhidlərinin əks-inqilabçı qüvvələrə, habelə Səddam Hüseyn rejiminə qarşı mübarizədə nümayiş etdirdiyi fədakarlıq və mətanəti təqdir edərək yüksək dəyərləndirdi.

Pave və Ouramanat məntəqələrinin əhalisi ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 6-cı günündə Pave və Ouramant məntəqələrinin mehriban və istiqanlı əhalisi ilə izdihamlı bir atmosferdə görüşdü. Əhali qarşısında çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, şiə və sünnilər arasına təfriqə salmaq İslam düşmənlərinin əl atdığı həmişəki vasitədir.

Kirmanşah vilayətindəki universitetlərin tələbə-müəllim kollektivi ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşah vilayətinə səfərinin 5-ci günü vilayət universitetlərinin minlərlə tələbə və müəllimi ilə izdihamlı bir atmosferdə görüşdü. Ali Məqamlı Rəhbər İslam dövlətinin məqsəd və amallarının mahiyyət etibarilə daim aktual və həmişəyaşar olduğunu dəlillərlə əsaslandıraraq qeyd etdi ki, rejimin strukturundakı elastiklik, bu amalları gerçəkləşdirən siyasət və mexanizmlərdə vaxtında dəyişiklik və islahatların aparılması İslam dövlətinin dəyərli potensiallarından biridir.
