
Xəbərlər


Ali Məqamlı Rəhbər minlərlə gənc elm xadimi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mindən çox gənc elm xadimi ilə bugünkü görüşündə elm, texnologiya və gənc elm xadimlərinin yetişdirilməsi sahəsinə investisiya qoyuluşunu ölkənin uğurlu inkişaf proqramlarında başlıca əhəmiyyət daşıyan prioritet məsələlərdən biri adlandırdı. Ali Məqamlı Rəhbər qeyd etdi ki, ölkənin ehtiyac duyduğu elm sahələrinin tam bir sistemdə, biri-biri ilə sıx əlaqəli şəkildə birləşməsi vacib, eyni zamanda bütün elm sahələrində tükənmək bilməyən dinamiklik və inkişaf üçün zəmin yaradacaq bir məsələdir

Ali Məqamlı Rəhbər Suriya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Suriya Respublikasının prezidenti cənab Bəşşar Əsəd ilə bu gün günortadan sonra baş tutan görüşdə ötən 30 il ərzində İran və Suriya arasında misilsiz dərəcədə ardıcıl və möhkəm əlaqələrin mövcud olduğunu qeyd etdi. Mərhum Hafiz Əsədin xatirəsini ehtiramla yad edən Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İki ölkə arasındakı müsbət əməkdaşlıq keçmişdə olduğundan da sürətli bir templə davam etdirilməlidir”.

Ali Məqamlı Rəhbər ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə baş tutan bugünkü görüşündə cümə namazının fərdi, ictimai, siyasi, dini və beynəlxalq baxımdan olduqca mühüm və təsiredici rola malik olduğunu qeyd edərək bunları vurğuladı: “İmamcümələrin öhdəsinə düşən ən mühüm vəzifə cümə namazlarının bu mühüm roluna əvvəlkindən də artıq diqqət yetirmək, cəmiyyətin hazırkı reallıqlarından xəbərdar olmaq, düşmənin hazırladığı planlardan bixəbər qalmamaq, gənclərlə yaxın və səmimi münasibət qurmaq, onların təşəbbüskarlıq həvəsindən, güc və bacarığından istifadə etməkdir”.

Ali Məqamlı Rəhbər Quruculuq Cihadı hərəkatının üzvü olan minlərlə gənclə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Quruculuq Cihadı hərəkatının minlərlə gənc və mücahid üzvü ilə görüşdə “Allaha eşq və imanın”, habelə “uzaqgörənlik, əzm və təşəbbüskarlığın” İran xalqının həyata keçirdiyi əzəmətli hərəkatın başlıca amilləri, Quruculuq Cihadı hərəkatının isə ruhu və mahiyyəti olduğunu qeyd edərək vurğuladı: “Belə bir qiymətli sərmayəyə sahib olan toplum, heç şübhəsiz, ehtiram və əzəmətin ən uca zirvələrini fəth edəcək. Sözsüz ki, əziz İran xalqımızın alın yazısı da məhz belə bir iftixar dolu məqama malik olmaqdır”.

Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin Sədri və məclis nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Xubriqan Məclisinin Sədri və məclis nümayəndələri ilə baş tutan görüşündə İslam Respublikasının beynəlxalq arenada və daxildəki vəziyyətini hərtərəfli və dəqiq təhlil etdi. O bildirdi ki, İslam dini və İslam İnqilabı cəbhəsinin günü-gündən möhkəmlənərək güclənməsi, imperializm cəbhəsinin isə əvvəlkindən də çox zəifləyərək dağınıqlığa və çaşqınlığa uğraması ölkədə İslam dövlətinin bərqərar edilməsindən sonrakı iftixar dolu 30 il ərzində müşahidə olunan mühüm və diqqətəlayiq faktlardan biridir.

Ali Məqamlı Rəhbər Qurani-Kərimin Amerikada nifrətamiz şəkildə təhqir edilməsi ilə bağlı böyük İslam ümmətinə müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurani-Kərimin Amerikada nifrətamiz şəkildə təhqir edilməsinin ardınca İran xalqına və böyük İslam ümmətinə mühüm bir müraciət etdi. Ali Məqamlı Rəhbər öz müraciətində Amerika dövləti daxilindəki sionist dairələri “insanda ikrah doğuran bu planın əsl layihəçiləri” adlandırdı, sionistlərin İslama və Qurana qarşı yürütdüyü düşmənçiliyin gizli məqsədlərini açıqlayaraq dedi: “Amerika dövləti bu məkrli plana heç bir aidiyyəti olmadığı barədə iddiasının doğruluğunu sübuta yetirmək üçün bu böyük cinayətin həqiqi başçılarını və onu meydanda həyata keçirmiş “aktyorları” layiqli cəzalarına çatdırmalıdır!”

Ali Məqamlı Rəhbər dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndəsi olan bir qrup insanla görüşdə qeyd etdi ki, mübarək Ramazan bayramının müsəlmanlara aşıladığı ən böyük dəyər İslam dünyasının vəhdətidir. O vurğuladı: “Müsəlman xalqları günü-gündən biri-birinə daha da yaxınlaşmalı, birlik və həmrəyliyə əvvəlkindən də çox cəhd göstərməlidirlər. Çünki İslam düşmənlərinə qarşı mübarizənin yeganə yolu müsəlman ümmətinin vahid cəbhəsini formalaşdırmaqdır”.

Mübarək Ramazan bayramının namazı qılındı
Bu gün – mübarək Ramazan bayramı günündə İran İslam Respublikası bütünlüklə nur, dua və səcdəyə qərq oldu, mömin və şərəfli İran xalqı bir aylıq oruc və ibadətdən sonra Uca Tanrıdan dilədi ki, bu böyük xalqa bayram hədiyyəsi olaraq, Məhəmməd (s) və onun pak Əhli-Beytinin (s.ə) xeyir, bərəkət və gözəlliklərini nəsib etsin.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi şəvval ayının ilk günü və mübarək Ramazan bayramı ilə bağlı elan verdi
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabahkı gün – şəhrivər ayının 19-cu günündə (10 sentyabr 2010-cu il) artıq şəvval ayının ilk günü və mübarək Ramazan bayramı olduğu haqda elan verdi.

Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Amoli Laricaninin xahişinə əsasən, mübarək Ramazan bayramının gəlişi münasibətilə, ümumi və inqilabi məhkəmələrdə, İqtisad Məhkəməsi və Hərbi Tribunalda mühakimə edilmiş bir qrup məhkumun əfvinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər yüzlərlə sahibkar və iş adamı ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra müxtəlif istehsalat, sənaye, mədən, aqrar təsərrüfat və səhiyyə sferalarında fəaliyyət göstərən yüzlərlə sahibkar və iş adamı ilə görüşündə sahibkarlığı “özünəməxsus ibadət, cəmiyyətdə dəyərlərin formalaşmasına təsir göstərən amil” adlandıraraq əlavə etdi: “Bu gün tərəqqi, quruculuq və iftixar səmasında sürətlə uçan qartal kimi zirvələrə ucalmaq üçün böyük İran ölkəsinin məşğulluğa və sahibkarlıq fəaliyyətinə hər zaman olduğundan daha çox ehtiyacı var”.

Ali Məqamlı Rəhbər ali təhsil ocaqlarında çalışan yüzlərlə müəllimlə görüşdü
Universitet ölkənin inkişafı üçün hərəkətverici bir qüvvədir. Nüfuzlu, müstəqil, qüdrətli və varlı olmaq istəyən xalq ali təhsil ocaqlarını gücləndirməlidir.
Bu gün günortadan sonra ölkənin ali təhsil ocaqlarında çalışan yüzlərlə müəllimlə görüşdə Ali Məqamlı Rəhbərin çıxışının mehvərində məhz bu ideyalar dururdu.

Əmirəl-möminin Həzrət Əli ibn Əbi-Talibin (ə) şəhadətinə həsr edilmiş əzadarlıq mərasimi
Bu gün – İslamın əzəmətli peyğəmbərinin (s) vəsisi, Əmirəl-möminin Həzrət Əli ibn Əbi-Talibin (ə) şəhadətinin ildönümü günündə, günorta vaxtlarında xalqın müxtəlif təbəqələrini təmsil edən insanların, habelə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Əlinin (ə) xatirəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Pakistanda baş vermiş böyük sel faciəsi ilə bağlı İslam ümmətinə müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yer kürəsində yaşayan bütün müsəlman xalqlarına etdiyi müraciətdə Pakistanda baş vermiş ağır sel faciəsinə, faciənin törətdiyi geniş miqyaslı xəsarətlərə toxundu, milyonlarla pakistanlı müsəlmanın təcili və təxirəsalınmaz yardıma ehtiyac duyduğunu qeyd edərək vurğuladı: “Bu təhlükəli vəziyyətdə müsəlman qardaşlığını rəhbər tutaraq, öhdəmizə düşən vəzifəyə əməl etməli, müsibətə düçar olmuş qardaş-bacılarımızın köməyinə tələsməliyik”.

Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra ölkə prezidenti Mahmud Əhmədi Nejad və hökumət nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, dövlətin başlıca siyasi-ideoloji strategiyalarını qoruyub saxlamaq – yəni ədalətpərvərlik, parıltı və dəbdəbədən uzaq, sadə yaşayış tərzi, yorulmaq bilmədən çalışıb xalqa xidmət göstərmək, imperializmə qarşı mübarizə və s. kimi prinsiplərə sadiq qalmaq vacibdir. Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Dövlətin başlıca strategiyaları arasında xalqın rifah səviyyəsinin yüksəldilməsi və “20 illik perspektiv plan”ın icrası istiqamətində daha çox səy göstərilməlidir”.

Ali Məqamlı Rəhbər qocaman və gənc şairlərdən, ədəbiyyat və mədəniyyət xadimlərindən bir qrupu ilə görüşdü
İmam Həsən Müctəbanın (ə) milad gecəsində qocaman və gənc şairlərdən, ədəbiyyat və mədəniyyət xadimlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbərinin qonağı oldular. Görüş əsnasında 30-a yaxın söz ustadı dini, ictimai, əxlaqi və qəhrəmanlıq məzmunlu şerlərini oxudular.

Ali Məqamlı Rəhbər minlərlə universitet tələbəsi ilə görüşdü
Bu gün günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyyə minlərlə universitet tələbəsinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi və həyəcanlı bir atmosferdə görüşdüyü məkana çevrildi.
3 saata yaxın davam edən görüş əsnasında müxtəlif tələbə təşkilatlarını təmsil edən 12 nəfər nümayəndə elm, ali təhsil, ictimaiyyət, siyasət və iqtisadiyyat sferalarındakı ən mühüm problemlərlə bağlı rəy və fikirlərini Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei ilə bölüşdülər.

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübariz ruhani Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
