Xəbərlər
Ali Məqamlı Rəhbər Qum vilayətində yaşayan minlərlə bəsici ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İmam Xomeyni (r.ə) adına gecə ibadətgahında Qum vilayətində yaşayan minlərlə bəsici ilə həyəcanlı və izdihamlı bir atmosferdə görüşdü. Bəsicin müxtəlif aspektləri və onu təşkil edən komponentlər haqda danışan Ali Məqamlı Rəhbər üç başlıca faktoru – uzaqgörənlik, ixlas və vaxtında və lazımi səviyyədə iş görməyi “bəsicin fəaliyyətinin başlıca meyarları” adlandırdı.
Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzinin elmi-tədqiqat sahəsindəki nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra 3 saatdan artıq müddətdə Qum vilayətində fəaliyyət göstərən 70-dən çox islami tədqiqat mərkəzi və müəssisəsinin elmi-tədqiqat əsərlərini əks etdirən sərgiyə baxış keçirdi.
Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzinin Tədris İşçiləri Cəmiyyətinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum Elmi-teoloji Mərkəzinin Tədris İşçiləri Cəmiyyətinin sədri və üzvləri ilə görüşdə sözügedən qurumu “köklü-köməcli, İslam hərəkatının baş qaldırdığı dövrdə, eləcə də İslam İnqilabından sonra sınaqlardan çıxmış, İmam Xomeyninin (r.ə) və inqilabın kursunu mətanətlə davam etdirən, elmi-teoloji sferada misilsiz olan bir qurum” adlandıraraq vurğuladı: “Qum Elmi-teoloji Mərkəzinin Tədris İşçiləri Cəmiyyəti bu güclü mahiyyətini qoruyub saxlayaraq elmi-teoloji dairələr, həmçinin ölkənin ümumi atmosferi üçün meyar olmaqda davam etməlidir”.
Ali Məqamlı Rəhbər Qum şəhərinin Şəhidlər xiyabanını ziyarət etdi
Müqəddəs Qum şəhərinə səfərinin 5-ci günü – bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəhərin Şəhidlər xiyabanında oldu, İslam İnqilabı uğrunda və Müqəddəs Müdafiə savaşında şəhid olanların ruhuna “Fatihə” oxuyaraq Allahdan onlara dərgahında ən ali məqamları nəsib etməsini dilədi.
Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzində çalışan bir qrup alim və ustadla görüşdü
Ali Məqamlı Rəhbərin Qum şəhərinə səfərinin 4-cü axşamında Həzrət Ayətullah Safi Qolpayqani, habelə Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən alim və ustadlardan daha bir qrupu Ali Məqamlı Rəhbərliyin Qumdakı idarəsində Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ali Məqamlı Rəhbər Ayətullah Hacı Seyid Həsən Tahiri Xorrəmabadiyə başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei övladının ölümü ilə əlaqədar olaraq, Ayətullah Hacı Seyid Həsən Tahiri Xorrəmabadiyə müraciət edərək başsağlığı verdi.
Ali Məqamlı Rəhbər Qum şəhərində yaşayan 3 şəhid ailəsi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cümə gecəsi gözlənilmədən Qum şəhərində yaşayan 3 şəhid ailəsinin görüşünə getdi və onlardan hər biri ilə sevgi və səmimiyyət dolu bir atmosferdə söhbət edərək Qum şəhidlərinin ailə üzvlərinin səbir və dözümünü yüksək qiymətləndirdiyini bildirdi.
Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər alimlər, ruhani elm xadimləri, ustadlar, mədrəsə müdirləri və Qum Elmi-teoloji Mərkəzində təhsil alan tələbələrlə izdihamlı və həyəcanlı şəraitdə baş tutan görüşdə teoloji təhsil müəssisələrində baş verən dəyişikliklər və bu dəyişikliklərin tənzimlənməsinin müxtəlif aspektləri haqda danışdı. Elmi-teoloji mərkəzlərlə İslam rejiminin qarşılıqlı münasibətləri ilə bağlı mövcud olan yanlış fikirlərə toxunan Ali Məqamlı Rəhbər İslam düşmənlərinin İslam dövlətini zəiflətmək, teoloji təhsil müəssisələrini və ruhaniləri bir küncə çəkilməyə vadar etmək məqsədilə cürbəcür taktikalardan istifadə etdiklərini dedi.
Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən alim və ustadlardan bir qrupu ilə görüş
Həzrət Ayətullahlar Cəfər Sübhani, Məkarim Şirazi, Şubəyri Zəncani, habelə Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən digər alim və ustadlardan və şəhərin vəzifəli şəxslərindən bir qrupu Ali Məqamlı Rəhbərin Quma səfərinin ikinci axşamı Ali Məqamlı Rəhbərliyin Qum şəhərindəki idarəsində Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ali Məqamlı Rəhbər Qum vilayətində yaşayan şəhid ailələri, əlil və veteranlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qum vilayətində yaşayan dəyərli şəhid ailələri, əlil və veteranlarla bu gün səhər baş tutan görüşündə şəhidliyə etiqadın, Allah yolunda canından keçməyin savabına və fəzilətinə inamın “İran xalqının gerçək qüdrətinin simvolu” olduğunu deyərək bunları vurğuladı: “Böyük İran xalqı ona izzət və əzəmət bəxş edən bu mənəvi faktorlar sayəsində imperialistlərin acgözlüyü və haqsız tələbkarlığı qarşısında möhkəm dayanmaqda davam edəcək!”
Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən alim və ustadlarla görüşdü
Həzrət Ayətullah Nuri Həmədani və Həzrət Ayətullah Cavadi Amoli, habelə Qum Elmi-teoloji Mərkəzində fəaliyyət göstərən alim və ustadlardan, şəhərin vəzifəli şəxslərindən bir qrupu Ali Məqamlı Rəhbərin şəhərə gəlişinin ilk axşamında Ali Məqamlı Rəhbərliyin Qum şəhərindəki idarəsində Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ali Məqamlı Rəhbər Qum şəhərində onu qarşılayan izdihamlı kütlə qarşısında çıxış etdi
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei xalq tərəfindən təntənə ilə qarşılandıqdan və Həzrət Məsumə (s) məqbərəsini ziyarət etdikdən sonra məqbərənin yaxınlığındakı meydanda toplaşmış izdihamlı kütlə ilə görüşdü, ona qarşı öz sevgi və səmimiyyətini ifadə edən insanlara qarşılıqlı emosiyalarla cavab verdi.
Ali Məqamlı Rəhbər Qum şəhərinin əhalisi tərəfindən böyük təntənə və izdihamla qarşılandı
Allahın səkkizinci höccəti, mərhəmətli imam, Həzrət Əli İbn Musa Rzanın bərəkətli doğum günündə müqəddəs Qum şəhəri dini və inqilabi dəyərləri bir daha dəstəkləmək üçün yekdilliklə ayağa qalxdı. Qumun inqilabçı və istiqanlı əhalisi Ali Məqamlı Rəhbəri vəsfəgəlməz dərəcədə möhtəşəm şəkildə qarşılamaqla şəhərin tarixinə daha bir iftixar dolu günü yazdı.
Ali Məqamlı Rəhbər İraqın Baş Naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər İraqın Baş Naziri cənab Nuri Maliki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İraqı “İran İslam Respublikasına qardaş ölkə” adlandırdı. O, İraqda yeni hökumət kabinetinin təşkilinin artıq bir neçə aydır ki, təxirə düşməsinə toxunaraq vurğuladı: “Hökumət kabinetinin mümkün qədər tez formalaşdırılması və tam təhlükəsizliyin bərqərar edilməsi İraqın ehtiyac duyduğu mühüm məsələlərdən biridir. Çünki İraqda asayişin bərpası, quruculuq işlərinin aparılması və İraq xalqının öz layiqli yerini tutması yalnız bu iki məsələnin gerçəkləşməsi sayəsində mümkün ola bilər”.
Ali Məqamlı Rəhbər ölkədə keçirilən XIX Milli Namaz Konfransına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən XIX Milli Namaz Konfransına ünvanladığı müraciətdə İslam məscidlərini “dünya və axirətin çulğalaşdığı, fərdlə cəmiyyətin qovuşduğu bir məkan” adlandıraraq vurğuladı: “Harada yerləşməsindən asılı olmayaraq, məscidlər xeyir-bərəkət məkanı, təfsir və hədis məktəbi, ictimai və siyasi maarifləndirmə minbəri, moizə və əxlaqi tərbiyə ocağı olmalıdırlar”.
Ali Məqamlı Rəhbər həcc mərasiminin mədəni və təşkilati məsələləri üzrə məsul şəxslərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc mərasiminin təşkilati işlərini həyata keçirəcək məsul şəxslərlə görüşündə bunları vurğuladı: “İranlı hacıların davranışı möhtəşəm və iftixar dolu bir vacib ibadət olan həcc mərasiminin bütün fərdi, mənəvi, ibadi, ictimai və siyasi aspektlərini özündə əks etdirməlidir”.
Ali Məqamlı Rəhbər minlərlə gənc elm xadimi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mindən çox gənc elm xadimi ilə bugünkü görüşündə elm, texnologiya və gənc elm xadimlərinin yetişdirilməsi sahəsinə investisiya qoyuluşunu ölkənin uğurlu inkişaf proqramlarında başlıca əhəmiyyət daşıyan prioritet məsələlərdən biri adlandırdı. Ali Məqamlı Rəhbər qeyd etdi ki, ölkənin ehtiyac duyduğu elm sahələrinin tam bir sistemdə, biri-biri ilə sıx əlaqəli şəkildə birləşməsi vacib, eyni zamanda bütün elm sahələrində tükənmək bilməyən dinamiklik və inkişaf üçün zəmin yaradacaq bir məsələdir
Ali Məqamlı Rəhbər Suriya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Suriya Respublikasının prezidenti cənab Bəşşar Əsəd ilə bu gün günortadan sonra baş tutan görüşdə ötən 30 il ərzində İran və Suriya arasında misilsiz dərəcədə ardıcıl və möhkəm əlaqələrin mövcud olduğunu qeyd etdi. Mərhum Hafiz Əsədin xatirəsini ehtiramla yad edən Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İki ölkə arasındakı müsbət əməkdaşlıq keçmişdə olduğundan da sürətli bir templə davam etdirilməlidir”.
