
Xəbərlər

İmanlı və vüqarlı İran xalqı bir ay davam etmiş orucluq, ibadət və ixlasın şükrü olaraq iftixar dolu İran məmləkətinin dörd bir yanında həddən artıq böyük bir mənəvi əzəmətlə mübarək Ramazan bayramının namazını qıldı.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin mübarək Ramazan bayramı ilə əlaqədar məlumatı
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi məlumat verərək bildirmişdir ki, sabah – 29 şəhrivər 1388-ci il şəvval ayının 1-i və mübarək Ramazan bayramıdır

Kürdüstanda törədilmiş qanlı terror aktı ilə əlaqədar Ali Rəhbərlik Məqamının başsağlığı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstanda törədilmiş qanlı terror hadisəsindən dərhal sonra Kürdüstan vilayəti əhalisinin Xubriqan Məclisindəki nümayəndəsi Mamusta Şeyxul-İslamın şəhid olması ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

İncəsənət xadimləri, rejissorlar, yazıçılar və incəsənət sahəsinin fəallarından bir qrupu ilə görüş
Bu gün axşam görkəmli incəsənət xadimlərindən, rejissorlardan, ssenari müəllifi və yazıçılardan, şairlərdən – bir sözlə, ədəbiyyat və incəsənət sahələrinin Müqəddəs Müdafiə Hərəkatı mövzusu istiqamətində çalışan fəal xadimlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb söhbət etmişlər.

Tehran şəhərində Ali Məqamlı Rəhbərin imamətliyi ilə cümə namazı qılındı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayının Tehran şəhərinin oruc tutan, mömin əhalisinin izdihamlı iştirakı ilə baş tutan üçüncü cümə namazına imamətlik etmişdir.

Tehran şəhərində Ali Məqamlı Rəhbərin imamətliyi ilə cümə namazı qılınacaq
Vahid və yeganə Allaha sitayiş edən möminlərin rəhbəri Həzrət Əlinin (ə) şəhadətinin ildönümünə təsadüf edən bir vaxtda Tehran şəhərində bu həftənin cümə namazı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılınacaq.

Ölkə prezidenti, doqquzuncu və onuncu hökumət kabinetinin nümayəndə heyətinin üzvləri ilə görüş
Bu gün axşam ölkə prezidenti və hökumət nümayəndələri ilə görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei təkidlə qeyd etmişdir ki, ədalət, fəsadla mübarizə, yoxsul təbəqənin himayə edilməsi, sadə və dəbdəbəsiz həyat tərzi, yoxsul, ehtiyaclı regionlara lazımi diqqət və qayğının göstərilməsi, o cümlədən xalqın üzləşdiyi müxtəlif problemlərin, xüsusən də inflyasiya və işsizlik problemlərinin həlli istiqamətində yorulmaq bilmədən səy göstərilməsinə davam etmək olduqca vacibdir.

Venesuela prezidenti ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Venesuela Respublikasının dövlət başçısı cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə bunları qeyd etdi: “İran İslam Respublikası və Venesuela ikitərəfli münasibətləri və qarşılıqlı əməkdaşlığı daha da genişləndirməli və yenicə yaradılmış istiqlal cəbhəsinin əvvəlkindən də artıq güclənərək möhkəmlənməsi üçün münasib zəmin hazırlamalıdırlar”.

Bir qrup şair, ziyalı və mədəniyyət işçisi ilə görüş
Dünən axşam imam Həsən Müctəbanın (ə) doğum gününə təsadüf edən bir gündə şairlərdən, ali təhsilli insanlardan, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində çalışan şəxslərdən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi atmosferdə görüşərək söhbət etmişlər.

Ali məktəb müəllimləri, Elmi Şuranın üzvləri, görkəmli ziyalılar, universitet rektorları və tədqiqat mərkəzlərinin rəhbərlərindən bir qrupu ilə görüş
Bu gün axşam ali məktəblərdə dərs deyən müəllimlərdən, Elmi Şuranın üzvlərindən, görkəmli ziyalılardan, universitetlərin rektorlarından və tədqiqat mərkəzlərinin rəhbərlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşüb söhbət etmişlər.

Ali təhsil ocaqlarının minlərlə tələbəsi, görkəmli elm-mədəniyyət xadimi ilə görüş
Bu gün axşam müxtəlif ali təhsil ocaqlarının tələbələri, universitetlərdə çalışan görkəmli elm-mədəniyyət xadimləri, müxtəlif tələbə təşkilatlarının üzvləri və nümayəndələri İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşmüşlər. Bu görüş səmimi və şən bir atmosferdə baş tutmuşdur.

İslam İnqilabı Rəhbərinin Hüccətul-İslam vəl-müslimin cənab Seyid Əbdüləziz Həkimin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hüccətul-İslam vəl-müslimin cənab Seyid Əbdüləziz Həkimin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

İslam İnqilabının Rəhbəri Qanbahası Məsələlərinin Araşdırılması Humanitar Qərargahına 500 milyon rial məbləğində yardım etmişdir
XIX Qolrizan bayramı ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədəki yoxsul və ehtiyaclı dustaqlara kömək məqsədilə Qanbahası Məsələlərinin Araşdırılması Humanitar Qərargahına 500 milyon rial məbləğində yardım etmişdir.

İmam Xomeyni hüseyniyyəsində başdan-başa Quranla ünsiyyət, Quran nuru, mənəvi bir atmosferlə dolu olan yığıncaq keçirildi
Mübarək Ramazan ayının – İlahi rəhmət, Allah-Taalanın Öz bəndələrinə ziyafət verdiyi, Qurani-Kərimin bahar mövsümü olan bu əziz ayın ilk günündə İmam Xomeyni hüseyniyyəsi Quranın nur saçan ayələri ilə rayihələndi. İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə keçirilən bu yığıncaqda görkəmli qarilərdən, müqəddəs Allah Kəlamının ustad və hafizlərindən bir qrupu Qurani-Kərimdən ayələr tilavət etdilər. Təxminən 4 saata qədər davam edən Quranla ünsiyyət dolu bu mənəviyyat yığıncağında qrup ifaçıları da Qurandan ayələr tilavət etdilər, dualar və Peyğəmbərə (s) həsr olunan mədhlər oxudular.

Suriya Respublikasının prezidenti cənab Bəşşar Əsəd ilə görüş
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Suriya Respublikasının prezidenti cənab Bəşşar Əsəd və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə Orta Şərq regionundakı mövcud vəziyyətin mübarizə və müqavimət cəbhəsinin xeyrinə, ABŞ və Amerika siyasəti tərəfdarlarının isə zərərinə olduğunu bildirərək təkidlə vurğuladı: “Müqavimət cəbhəsi bu böyük fürsətdən istifadə edərək qarşılıqlı əlaqələrini və əməkdaşlığını bacardıqca möhkəmləndirməlidir”.

Ayətullah Haşimi Şahrudinin Nəzarət Şurasının fəqih üzvü və Qurum Mənafeyini Müəyyənləşdirmə Şurasının üzvü təyin edilməsi
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Ayətullah Hacı Seyid Mahmud Haşimi Şahrudinin Keşikçi Şuranın fəqih üzvü və Qurum Mənafeyini Müəyyənləşdirmə Şurasının üzvü təyin edilməsi barədə fərman vermişdir.

Ayətullah Hacı Şeyx Sadiq Amuli Laricaninin Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin edilməsi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Sadiq Amuli Laricaninin Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalamışdır.

Oman şahı Sultan Qabus və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Oman şahı cənab Sultan Qabus və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə son 30 il ərzində İİR ilə Oman arasında mövcud olmuş əlaqələri müsbət dostluq və qardaşlıq münasibətləri kimi qiymətləndirərək xüsusilə vurğuladı: “İki ölkə arasında dini, coğrafi mövqe və tarixi baxımdan sıx müştərək olan cəhətləri nəzərə alaraq qeyd etmək olar ki, ölkələrimiz arasında həmkarlıq əlaqələrinin daha da genişləndirilməsi üçün olduqca münasib zəmin mövcuddur”.

İnqilab Rəhbərinin fərmanı ilə İİR-nın 10-cu prezidentinin səlahiyyətlərinin icrasına başlaması rəsmən təsdiqləndi
Bəşəriyyətin xilaskarı Həzrət Məhdi Sahibəz-Zəmanın (ə.f) mübarək doğum günü ərəfəsində – bu gün səhər mənəviyyat dolu möhtəşəm bir atmosferdə keçən mərasimdə İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei öz fərmanı ilə 10-cu ölkə prezidentinin hakimiyyətini rəsmən təsdiqləmişdir. İslam İnqilabının Ali Məqamlı Rəhbəri əzəmətli İran xalqının 12 iyunda keçirilən prezident seçkilərində özünün 40 milyonluq iştirakı ilə unudulmaz bir tarixi hadisəyə imza atmasını yüksək qiymətləndirmiş, xalqın rəyini təsdiq edərək cənab Mahmud Əhmədi Nejadı respublika prezidenti kimi səlahiyyətlərinin rəsmən icrasına başlaması üçün hökm çıxarmışdır.
