Xəbərlər
Kürdüstan vilayətinin şəhid və müharibə əlillərinin ailə üzvləri ilə görüş
Həzrət Ayətullah Xamenei bu gün axşam şəhidlərin və müharibə əlillərinin səbirli və başını dik tutmağı bacaran ailə üzvləri ilə görüşündə xalqın nümayəndələrinə, xüsusilə də gənclərə şəhidlərin xatirəsini uca tutaraq əbədi yaşatmağı tövsiyə etmiş, həmçinin onları hiyləgər düşmənin xalqın imanına, əqidəsinə və mədəniyyətinə etdiyi hücumlara qarşı ayıq-sayıq olmağa çağırmışdır.
Kürdüstan əhalisi ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Sənəndəc Azadlıq Meydanında və ətrafdakı küçələrdə toplaşmış çoxsaylı Kürdüstan əhalisi ilə görüşündə Kürdüstan camaatına təntənəli və səmimi qarşılanma mərasiminə görə öz dərin təşəkkürünü bildirdi. Sonra o, bu vilayətin imanlı, ziyalı, mədəni əhalisinin mətinliyini, ayıq-sayıqlığını və mübarizliyini yüksək qiymətləndirdiyini bildirdi. İslam İnqilabının Rəhbəri öz çıxışında milli şərəf və heysiyyətin qorunmasının zəruriliyini xüsusilə vurğulayaraq prezisdentliyə namizədliyini irəli sürmüş əməlisaleh insanların içərisindən ən yaxşısını seçməyin meyarlarını da açıqladı.
Kürdüstanda İslam İnqilabı Rəhbərinin qarşılama mərasimi
“İslamın, İslam İnqilabının və İranın alınmaz qalası” olan Kürdüstan diyarı bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneini hədsiz sevinc və böyük şövqlə qarşıladı. Bu diyarın qəlbi sevgi ilə dolu olan mömin, qeyrətli və savadlı insanları Kürdüstanın tarixində misilsiz qəhrəmanlıq salnaməsinə imza atmış, həmçinin milli və inqilabi idealların müdafiəsi uğrunda aparılan mübarizədə sünni və şiələrin bərəkətli birliyini və həmrəyliyini mümkün olan ən gözəl formada təcəssüm etdirmişlər.
İslami Tələbə Təşkilatları Şurasının (Həmrəylik və Birliyin Möhkəmləndirilməsi İdarəsinin) müraciətinə cavab
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Tələbə Təşkilatları Şurasının (Həmrəylik və Birliyinin Möhkəmləndirilməsi İdarəsinin) müraciətinə cavab olaraq bu şuranın 26-cı illik iclasına ünvanladığı müraciətdə “gənclərin möhkəm iradəsi, ruh yüksəkliyi və enerjisi”ni azadlığın, müstəqilliyin, millətin şərəf və heysiyyətinə toxunan, azadlıq və müstəqilliyin əleyhinə çıxan düşmənlərlə qarşıdurmada əsas həlledici amil hesab etdiyini bildirmişdir.
Ölkənin müxtəlif məntəqələrindən minlərlə tibb işçisi, müəllim və fəhlənin qatıldığı izdihamlı görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkənin müxtəlif məntəqələrindən olan minlərlə tibb işçisi, müəllim və fəhlənin qatıldığı izdihamlı görüşdə bu üç təbəqəni cəmiyyətin ən mühüm və təsiredici təbəqəsi adlandıraraq, habelə müxtəlif vəzifəli şəxslərin və dövlət administrasiyasının seçilməsində xalqın misilsiz və həlledici rolunu açıqlayaraq bildirdi: “Düşmənin İran İslam Respublikasında keçirilən seçkiləri qeyri-obyektiv qələmə vermək cəhdlərini boşa çıxaran əzəmətli İran xalqı prezident seçkilərində də hamılıqla və tam səmimi iştirakı ilə düşməni qəzəbləndirəcək seçimini mütləq edəcəkdir!”
İİR-nın Ali Məqamlı Rəhbərinin İraqda törədilmiş faciəli terror hadisəsi ilə əlaqədar başsağlığı müraciəti
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei İraqda törədilmiş, imam Hüseyn (ə) zəvvarlarının məzlumcasına qətlinə səbəb olan faciəli terror hadisəsi ilə əlaqədar başsağlığı vermişdir.
İmam Hüseyn (ə) adına Müdafiə Təlimi və Zabitlər Universitetinin məzunlarının buraxılış mərasimi
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün imam Hüseyn (ə) adına Müdafiə Təlimi və Zabitlər Universitetinin məzunları üçün təşkil olunmuş buraxılış mərasimində təkidlə dedi: “Yalnız elm, cihad, iman və güclü iradə konkret fərdlərin simasında cəmləşib möhkəmləndikdə elə şəxsiyyətlər formalaşa bilər ki, dünya həmin şəxsiyyətlərin fəaliyyətinə arxalanaraq öz gələcəyindən əmin ola bilər”.
Ermənistan Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İran İslam Respublikasının Ali Dini Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Ermənistan Respublikasının prezidenti cənab Serj Sarkisyanla keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətləri müsbət qiymətləndirərək təkidlə bildirdi: “Tehrana hazırkı səfər zamanı əldə edilmiş bütün qarşılıqlı razılaşmalara ciddi əməl olunmasına diqqət yetirin”.
Hüccətul-İslam Muvəhhidi Kermaninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli xətib, mərhum Əbuş-şəhid (şəhid atası) Hüccətul-İslam Hacı Şeyx Muhəmmədhüseyn Muvəhhidi Kermaninin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.
Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyətlə görüş
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Hüqo Çavez və onu müşayiət edən nümayəndə heyəti ilə bugünkü görüşündə Venesuelanın dövlət başçısının ədalətpərvərliyini, humanizmini və cəsarətli mövqe tutmaqdan çəkinməməsini təqdir etdiyini bildirərək dedi: “Sizin Venesuelada hakimiyyət başına gəlməyiniz Latın Amerikası regionunun tarixində yeni bir dönəmin başlanğıcı oldu. Venesuela dövlətinin, həmçinin əhalisinin qəhrəmanlığı və alicənablığı bu məntəqənin camaatında özünəinam hissi formalaşdırmışdır”.
Həzrət imam Xomeyninin (r.ə) mərhum həyat yoldaşının xatirəsinə həsr olunmuş anım mərasimi
İran İslam Respublikasının banisi Həzrət imam Xomeyninin (r.ə) mərhum həyat yoldaşı xanım Səqəfinin xatirəsini yad etmək və ruhuna dualar oxumaq üçün bu gün İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Xomeyni (r.ə) adına hüseyniyyədə mərasim təşkil edildi.
İmam Xomeyninin həyat yoldaşının cənazə namazı
İran İslam İnqilabının banisi Həzrət imam Xomeyninin (r.ə) həyat yoldaşının cənazə namazı Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehran Universitetində təşkil olundu.
İmam Xomeyninin (r.ə) həyat yoldaşının vəfatı ilə əlaqədar Ayətullah Xameneinin başsağlığı məktubu
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) yaxın dostu və silahdaşı olmuş əziz xanımının vəfatı ilə əlaqədar olaraq bu möhtərəm ailəyə və ümumən bütün İran xalqına dərin hüznlə başsağlığı vermişdir.
İmam Xomeyninin (r.ə) həyat yoldaşının vəfatı ilə əlaqədar mərasim
İmam Xomeyninin (r.ə) həyat yoldaşının vəfatı ilə əlaqədar İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei tərəfindən təşkil olunan anım mərasimi bazar günü keçiriləcək.
Hüccətul-İslam Şeyx Hüseyn İraninin vəfatı ilə əlaqədar Həzrət Ayətullah Xameneinin başsağlığı məktubu
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum mücahid ruhani Hüccətul-İslam Hacı Şeyx Hüseyn İraninin vəfatı ilə əlaqədar bütün İran xalqına və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.



