Xəbərlər
Oman şahı Sultan Qabus və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Oman şahı cənab Sultan Qabus və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə son 30 il ərzində İİR ilə Oman arasında mövcud olmuş əlaqələri müsbət dostluq və qardaşlıq münasibətləri kimi qiymətləndirərək xüsusilə vurğuladı: “İki ölkə arasında dini, coğrafi mövqe və tarixi baxımdan sıx müştərək olan cəhətləri nəzərə alaraq qeyd etmək olar ki, ölkələrimiz arasında həmkarlıq əlaqələrinin daha da genişləndirilməsi üçün olduqca münasib zəmin mövcuddur”.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin və Aliməqam Rəhbərin mühafizə alayının üzvləri ilə görüş
Hər il olduğu kimi bu il də Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin, həmçinin Aliməqam Rəhbərin mühafizə alayının kollektivi öz ailə üzvləri ilə birlikdə İslam İnqilabının Rəhbəri ilə görüşmüşdür.
Həzrət Ayətullah Xameneinin bu görüşdə etdiyi çıxışın tam mətni:
“Mehriban və bağışlayan Allahın adı ilə!
Əvvəla, sizləri bir-birinin ardınca gələn bu böyük bayramlar münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Həqiqətən də, bu bayramların hər biri şiələrin qəlbi üçün parlaq bir günəşə, gözqamaşdıran bir şüaya bənzəyir: Həzrət Əba Əbdillahil-Hüseynin (ə), Həzrət Səccadın (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) doğum günləri. İnşaallah, sizlərin hamınız üçün bu böyük bayramlar mübarək olacaqdır.
İnqilab uğrunda fədakarlıq göstərmiş əlil və veteranlara minnətdarlıq məqsədilə nümayəndə heyətlərinin ezamı
Həzrət Əbulfəzl Abbasın (ə) mübarək doğum günü və Veteranlar gününə təsadüf edən bir vaxtda İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran şəhərinin müxtəlif məntəqələrində yaşayan bir sıra əlil və veteranlara baş çəkmək üçün Huccətül-İslam vəl-muslimin Rəhimiyan, Təqəvi və İbrahimi cənablarının başçılığı ilə üç nümayəndə heyətini ezam etmişdir.
XXVI Beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei XXVI Beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüşdə Qurani-Kərimin göstərişlərinə əməl olunmasını İslam ümmətinin izzət və ehtiramını, inkişaf və tərəqqisini, əzəmət və vəhdətini təmin edən mühüm amil adlandırdı. O, ölkədə birlik və həmrəyliyin qorunmasının vacibliyinə işarə edərək təkidlə bildirdi: “Ölkədə son günlər ərzində baş verən hadisələr heç bir vəchlə ixtilaf və uçurumun yaranması üçün bir vasitə olmamalıdır. Hamı qardaşcasına əl-ələ verərək bir-biri ilə həmkarlıq etməli və ölkənin tərəqqisi uğrunda çalışmalıdır”.
Ali Məqamlı Rəhbərin cənab İsfəndiyar Məşayi ilə əlaqədar ölkə prezidentinə ünvanladığı məktub
İsfəndiyar Rəhim Məşayinin ölkə prezidentinin birinci müavini vəzifəsinə təyin edilməsinin ardınca Ali Rəhbərlik Məqamı Prezidentə ünvanladığı məktubda cənab Məşayinin həmin postdan uzaqlaşdırılması barədə göstəriş vermişdir.
İslam Peyğəmbərinin besət gününün ildönümündə hökumət nümayəndələri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün hökumət nümayəndələri və xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insanla görüşündə əzəmətli İslam Peyğəmbərinin (s) besətini bəşər tarixində mühüm bir mərhələ adlandıraraq vurğuladı: “Bu gün müsəlman cəmiyyəti başlıca olaraq Peyğəmbərin (s) gətirdiyi İlahi ismarışlara əməl etməyə, ağlı və dərin düşüncəni meyar götürməyə, əxlaqi dəyərləri üstün tutmağa, habelə cəmiyyətdə qanunçuluğun hakim olmasını təmin etməyə böyük ehtiyac duyur. Bu baxımdan görkəmli şəxslərin, tanınmış insanların öhdəsinə düşən vəzifə olduqca əhəmiyyətlidir”.
İİR Silahlı Qüvvələrinin İdeologiya və Siyasət Komitəsinin yeni rəhbəri vəzifəyə təyin olundu
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün imzaladığı fərmanla Hüccətul-İslam cənab Hacı Seyid Muhəmmədəli Ali Haşimi İran İslam Respublikası Ordusunun İdeologiya və Siyasət Komitəsinin sədri vəzifəsinə təyin etmişdir.
Ali Məqamlı Rəhbərin xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşü
Bu gün səhər Həzrət Əli ibn Əbu Talibin (ə) mübarək doğum gününün ildönümü münasibətilə imam Xomeyni (r.ə) hüseyniyyəsində təşkil edilmiş tədbirdə xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insan iştirak etdi. Tədbirdə ölkənin dörd bir yanından gəlmiş insanların qəlbindəki imandan doğan böyük sevgi və şövq müşahidə olunur, xalqın müxtəlif nümayəndələri “Ya Əli!” nidaları ilə imamət məqamına özlərinin səmimi-qəlbdən gələn sevgi və bağlılıqlarını təzahür etdirirdilər.
Məhkəmə Hakimiyyətinin sədri və məsul vəzifəli işçiləri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədr və məmurları ilə görüşdə bu hakimiyyət orqanının başlıca vəzifəsinin məhz ədalətin təmini olduğunu xüsusilə bildirdi. Bu vəzifənin reallaşması üçün isə qanunlara riayət olunmasının vacibliyini vurğulayan Ali Məqamlı Rəhbər ölkədə baş vermiş son hadisələrə toxunaraq təkidlə dedi: “Baş verən insidentlərin qanuni meyarlar əsasında öz həllini taparaq yoluna qoyulması mümkündür. Hər iki tərəfdən olan tanınmış, fəal şəxslər və siyasi cinahlar da hər cür emosional provakasiyalardan, xalqın vəhdətini poza biləcək addımlardan çəkinməlidirlər”.
İslami Şura Məclisinin sədri və Məclis nümayəndələri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün İslami Şura Məclisinin sədri, idarə heyəti və nümayəndələri ilə görüşündə qanunların İslam İnqilabının təməl prinsipləri, həmçinin cəmiyyətin ehtiyacları ilə uzlaşmasının vacibliyini təkidlə vurğulayaraq bildirdi: “Qanunlar qəbul edilərkən onların mədəni və tərbiyəvi təsirləri də ciddi surətdə nəzərə alınmalıdır”.
Cənab Mirhüseyn Musəvinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşü
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Mirhüseyn Musəvi ilə görüşündə ona problemlərin həllində qanunu rəhbər tutmağı təkidlə tövsiyə etdi.
Dünən axşamçağı baş tutan bu görüşdə cənab Mirhüseyn Musəvi məruzə edərək seçkinin gedişatı barədə öz şəxsi fikirlərini bildirdi.
İmam Xomeyninin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilən mərasim
Bu gün imam Xomeyninin (r.ə) vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilmiş, xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirak etdiyi izdihamlı və möhtəşəm tədbirdə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum imam Xomeyninin (r.ə) gerçəkləşdirdiyi tarixi hərəkatın iki önəmli cəhəti kimi “İslamın dirçəlişi” və “İranın, iranlının qüruru və başıucalığı” adlı iki bayrağın ucaldılmasını xüsusi qeyd etdi. Həzrət Ayətullah Xamenei düşmənin İran xalqının tərəqqi və yüksəlişinin qarşısını almaq üçün göstərdiyi çoxsaylı səylərə işarə edərək təkidlə dedi: “Bütün xalq, “dövlətin, İslamın və İran xalqının güclənməsi”ni arzulayan bütün insanlar 22 xordad (12 iyun) tarixində baş tutacaq seçkilərdə bütün qüvvə və bacarıqlarını göstərərək yüksək əhval-ruhiyyə ilə iştirak etməlidirlər”.
Həzrət imam Xomeyninin vəfatının 20-ci ildönümü mərasimini qeyd edən komitə üzvləri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Həzrət imam Xomeyninin (r.ə) vəfatının 20-ci ildönümü mərasimini qeyd edən komitə üzvləri ilə görüşdə əzəmətli, möhtərəm imam Xomeynini (r.ə) “İslamın simvolu” və “xalqın müstəqilliyinin, qürurunun və vəhdətinin simvolu” adlandıraraq vurğuladı: “İmamın (r.ə) bu dəyərli miraslarını bütün varlığımızla qorumalı və onun xatirəsini İlahi nemət kimi daim yaşatmalıyıq!”
Pakistan və Əfqanıstan prezidentləri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Pakistan və Əfqanıstan respublikalarının ölkə başçıları ilə görüşündə hər üç qonşu ölkənin İİR-ın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə qəti surətdə ehtiyac duyduğunu bildirərək xatırlatdı: “Biz üçtərəfli razılaşmanın əldə olunmasının qəti tərəfdarıyıq. Əminik ki, hər üç ölkənin prezidentlərinin səyi və səmimiyyəti sayəsində əldə olunmuş razılaşmalar gözlənilən müsbət nəticələri mütləq verəcək”.
Şəhidlərin əziz ailə üzvlərindən bir qrupu ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün axşam Pakistan və Əfqanıstan respublikalarının ölkə başçıları ilə görüşündə hər üç qonşu ölkənin İİR-ın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə qəti surətdə ehtiyac duyduğunu bildirərək xatırlatdı: “Biz üçtərəfli razılaşmanın əldə olunmasının qəti tərəfdarıyıq. Əminik ki, hər üç ölkənin prezidentlərinin səyi və səmimiyyəti sayəsində əldə olunmuş razılaşmalar gözlənilən müsbət nəticələri mütləq verəcək”.
Səqqez şəhərinin cəsur və mehriban əhalisi ilə izdihamlı görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətinə səfərinin sonuncu səkkizinci günü, bu gün səhər Səqqez şəhərinin hələ bir həftə öncədən Rəhbərin gəlişinin intizarında olan qəhrəman və şücaətli əhalisi ilə görüşündə vilayət sakinlərinin daim uzaqgörən və ayıq-sayıq olmasını yüksək qiymətləndirərək təkidlə dedi: “Kürd milliyyətli əhalinin İslam dininə, İslami dövlət quruluşuna daimi sədaqəti bizim bölgəyə bu dəfəki səfərimizdə bütün İran xalqı üçün, İslam Respublikasının dostları və düşmənləri üçün bir qədər də aşkar olan gözəl bir həqiqətdir”.

