Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabı Rəhbəri bir sıra məhkumların əfv edilməsinə və cəzalarının yüngülləşdirilməsinə razılıq vermişdir
İslam İnqilabı Rəhbəri bir sıra məhkumların əfv edilməsinə və cəzalarının yüngülləşdirilməsinə razılıq vermişdir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyəti sədrinin mübarək Qədir-Xum günləri münasibətilə ümumi və İnqilabi məhkəmələr, İnzibati Cəzalar Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 793 nəfərə yaxın məhkumun əfvi və cəzasının yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət qarşılamışdır.
İslam İnqilabı Rəhbərinin möhtəşəm həcc toplumuna müraciəti
İslam İnqilabı Rəhbərinin möhtəşəm həcc toplumuna müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei möhtəşəm həcc toplumuna müraciətində bütün müsəlmanları və həcc zəvvarlarını bu dəyərli və misilsiz fürsətdən səmərəli şəkildə istifadə etməyə, habelə üzərinə düşən vəzifəyə və əsl ehtiyac duyulan məsələlərə bir daha diqqət yetirməyə çağıraraq təkidlə vurğuladı: “Bu gün İslam ümmətinin ən ümdə vəzifəsi mehriban ünsiyyəti, dostluq və qardaşlıq bağlarını daha da möhkəmlətmək, min bir dona girməyi bacaran müstəmləkə əjdahasına qarşı mübarizə aparmaq, eyni zamanda sözdə və əməldə müşriklərə nifrət etməkdir”.
İnqilab Rəhbərinin XVIII Namaz Konfransına ünvanladığı müraciət
İnqilab Rəhbərinin XVIII Namaz Konfransına ünvanladığı müraciət
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei XVIII Namaz Konfransına ünvanladığı müraciətdə builki konfransın gənclərin adı ilə bağlanmasını layiqli və bəyənilən bir iş adlandıraraq bildirdi: “Gəncləri namazın insana bəxş etdiyi mənəvi saflıq və sevinclə tanış etmək, əslində, həm bu gənclərə, həm də onların güclü əzmi sayəsində quracaqları gələcəyə böyük bir xidmətdir”.
Onlarla şiə və sünni qardaşların və İnqilab Keşikçiləri Korpusunun bir neçə komandanının şəhid olması ilə əlaqədar başsağlığı müraciəti
Onlarla şiə və sünni qardaşların və İnqilab Keşikçiləri Korpusunun bir neçə komandanının şəhid olması ilə əlaqədar başsağlığı müraciəti
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei etdiyi müraciətlə onlarla şiə və sünni qardaşın, o cümlədən İnqilab Keşikçiləri Korpusunun bir-neçə komandanının, xüsusilə də general Şüştəri və general Məhəmmədzadənin şəhid olması ilə əlaqədar təbrik və başsağlığı ünvanlayaraq vurğuladı: “İslam dövlətinin qüdrətli əli xalqın canına, malına və təhlükəsizliyinə təcavüz edənləri onların xəyanətkar əməllərinə layiq surətdə cəzalandıracaq!”
“Şəhidlərin və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə İnqilab Rəhbərinin müraciəti
“Şəhidlərin və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə İnqilab Rəhbərinin müraciəti
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Müqəddəs Müdafiə Hərəkatı dövründə şəhid olmuş və haqq uğrunda canından keçmiş fədakar insanların ehtiramla yad edilməsi günü” münasibətilə xalqa ünvanladığı müraciətdə şəhidləri İran tarixinə qızıl hərflərlə yazılmış bu mərhələnin simvolu adlandıraraq bildirmişdir:
Möhtəşəm məbəs bayramı münasibətilə bir qrup məhkum əfv edilmişdir
Möhtəşəm məbəs bayramı münasibətilə bir qrup məhkum əfv edilmişdir
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Haşimi Şahrudinin mübarək Məbəs bayramı münasibətilə ona ünvanladığı ümumi, inqilabi, hərbi məhkəmələrdə, habelə ölkə üzrə Dövlət Cəzalandırma və İslahetmə Təşkilatında mühakimə edilmiş bir qrup məhkumun cəzasının əfv edilməsi, yaxud yüngülləşdirilməsi ilə bağlı xahiş-müraciətə müsbət cavab vermişdir.
İİR-nın Ali Məqamlı Rəhbərinin onuncu prezident seçkiləri ilə əlaqədar xalqa müraciəti
İİR-nın Ali Məqamlı Rəhbərinin onuncu prezident seçkiləri ilə əlaqədar xalqa müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqa ünvanladığı olduqca mühüm müraciətində tarixi bir gündə – xordad ayının 22-si (12 iyun) cümə günündə əzəmətli və qəhrəman İran xalqının həlledici, qüdrətli, mətin və sülhpərvər davranışını hikmətli Allah-Taalanın lütfü və mərhəməti, diqqətəlayiq və misilsiz bir hadisə adlandırmışdır. İslam İnqilabının Ali Məqamlı Rəhbəri respublikada onuncu prezident seçkilərinin həyəcanlı, pozitiv və olduqca möhtəşəm şəkildə keçdiyinə işarə edərək, həmçinin bu seçkilərin İran xalqının siyasi dünyagörüşünün artması, xalqın inqilabi əzmə və sivil səviyyəyə malik olmasını özündə əks etdirdiyini bildirrmişdir.
Zahidanda törədilmiş qanlı terror hadisəsi ilə əlaqədar Həzrət Ayətullah Xameneinin başsağlığı müraciəti
Zahidanda törədilmiş qanlı terror hadisəsi ilə əlaqədar Həzrət Ayətullah Xameneinin başsağlığı müraciəti
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Zahidanda törədilmiş qanlı terror aktı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində bəzi müdaxiləçi dövlətlərin yürütdüyü siyasətin ssenari müəlliflərinin, habelə onların kəşfiyyat orqanlarının müsəlmanlar arasında fitnə-fəsad və qardaş qırğınının yaradılmasında əli olduğuna işarə etmişdir. Ali Məqamlı Rəhbər xalqı ayıq-sayıq olmağa çağırmış, hökumət nümayəndələrinə ardıcıl surətdə ciddi fəaliyyət göstərməyi, milli və İslami birliyi qoruyub-saxlamaqla düşmənlərin qurduğu məkrli planlara qarşı kifayət qədər diqqətli olmağı təkidlə tövsiyə etmişdir.
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kürdüstan vilayətinə səfəri ilə bağlı Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin bəyanatı
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Kürdüstan vilayətinə səfəri ilə bağlı Ali Məqamlı Rəhbərlik Baş İdarəsinin bəyanatı
Əzəmətli iman, qəhrəmanlıq və müdriklik diyarı, başdan-başa mədəniyyət, incəsənət və ədəbiyyat məskəni, safqəlbli, nəcib və sədaqətli insanlar yurdu olan Kürdüstan son günlər ərzində İslam İnqilabının Ali Məqamlı Rəhbərini yüksək səviyyədə, böyük qonaqpərvərliklə qarşılamaqla hələ uzun müddət yaddaşlarda qalacaq günlər yaşadı. Şiə və sünnilərin bərəkətli vəhdəti tamamilə aşkar olan bütöv bir həqiqəti əks etdirdi. Bu həqiqət ondan ibarətdir ki, İranda yaşayan bütün etnik qruplar vahid bir xalqın – “birlik, hamılıqla iştirak, məlumatlılıq və uzaqgörənlik” kimi keyfiyyətləri özündə birləşdirən, bu əziz və vüqarlı məmləkətin parlaq gələcəyinin qarantı olan bir millətin ayrılmaz tərkib hissələridir.

Seçilmiş ünvanlar