
Xəbərlər


Hacı Seyid Əhməd Xomeyninin vəfatının 14-cü ildönümü münasibətilə təşkil olunmuş mərasim
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabının banisi olan imam Xomeyninin (r.ə) mübarək məqbərəsində Hacı Seyid Əhməd Xomeyninin vəfatının14-cü ildönümü münasibətilə təşkil olunmuş mərasimdə iştirak etmişdir.

Təbiət həftəsi münasibətilə ağac əkini
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün təbiət həftəsi münasibətilə iki ağac əkmişdir.

Hüccətul-İslam Şəfayi Buşəhr ostanının İmam-cüməsi və Vəliyyi-fəqihin həmin ostan üzrə nümayəndəsi təyin edildi
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei verdiyi fərmanla cənab Hüccətul-İslam Şeyx Qulaməli Səfayini Buşəhr ostanının İmam-cüməsi və Vəliyyi-fəqihin həmin ostan üzrə nümayəndəsi təyin etmişdir.

Həzrət Ayətullah Xamenei İmam Xomeyni məqbərəsini ziyarət etdi
İslam İnqilabının 30-cu ildönümü ərəfəsində “Əyyamullah”dan – “Allah günləri”ndən olan “Fəcr ongünlüyü”nün birinci günü və mərhum imam Xomeyninin (r.ə) İrana –İslam torpağına gəlişinin ildönümü münasibətilə bu gün səhər İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni məqbərəsini ziyarət etmiş və İİR-nın banisinin yüksək məqamını «Fatihə» surəsini oxumaqla əziz tutmuşdur.

Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseynə (ə) əzadarlıq mərasimi keçirildi
Aşura axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseyn (ə) və onun vəfalı dostları üçün əzadarlıq mərasimi keçirildi.

İslam İnqilabının Rəhbəri hərbi məktəb tələbələrinin andiçmə və hərbi rütbələrin verilməsi mərasimində iştirak etdi
İslam İnqilabının Rəhbəri ölkənin silahlı qüvvələrini İslam prinsiplərinin fədakarları adlandırıblar. Həzrət Ayətullah Xamenei bazar günü Tehranda İİR silahlı qüvvələri hərbi məktəblərinin tələbələrinə aid andiçmə və hərbi rütbələrin verilməsi mərasimində silahlı qüvvələri ölkənin möhkəm hasarı adlandıraraq vurğulayıblar: İran xalqı silahlı qüvvələrin tərəfdarıdır və onları özlərinin ayrılmaz parçası bilir.
