Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
      Çap versiyası  ;  PDF
       
      1. HƏDİYYƏ VERILƏN MAL
       
      Həyat yoldaşına verilən müavinət
      159. Mən pensiyaya çıxmışam və hər ay pensiya alıram. Vaxtaşırı həyat yoldaşım üçün nəzərdə tutulan müavinət mənə verilir və mən bu pulu alıb ona verirəm. O da pulu bankda saxlayır. Bu pula xüms düşürmü?
      Cavab: Aidiyyatı məşğulluq idarəsindən kişinin həyat yoldaşına verilən müavinətin, yaxud ərin öz həyat yoldaşına hədiyyə ünvanında verdiyi pulun xümsü yoxdur, baxmayaraq ki, qadın bu pulu yığır və ili tamam olmuşdur.
       
      Bayramlıq
      160. Bir şəxs xümsü verilməmiş pul ilə bahalı bir mülk alıb və təmirinə də külli miqdarda pul xərcləyib. Sonra onu həddi-buluğa çatmayan övladına hədiyyə edib və rəsmi şəkildə onun adına keçirib. Nəzərə alsaq ki, bu şəxs həyatdadır, onun xüms məsələsinin hökmü nədir?
      Cavab: Əgər mülkün alışına və təmirinə xərclədiyi məbləğ ilin gəlirindən olubsa və mülkü də oğluna həmin ildə bağışlayıbsa, həmçinin bu hədiyyə onun ürfi şəninə uyğundursa, xümsü yoxdur.
       
      Həyat yoldaşına hədiyyə
      161. İli tamam olmayan bir malı və ya pulu insan öz həyat yoldaşına hədiyyə verə bilərmi? Halbuki həyat yoldaşı onu gələcəkdə ev almaq və ya zəruri xərclər üçün ehtiyatda saxlayacaqdır?
      Cavab: Bu işə icazə verilir. Əgər həyat yoldaşınıza bağışladığınız mal və ya pul ürfə görə sizin və sizin kimi insanların şəninə uyğundursa, eləcə də formal hədiyyə və xümsdən yayınmaq məqsədilə deyilsə, xümsü yoxdur.
       
      Hədiyyə verilən mənzil 
      162. Qızıma toy hədiyyəsi olaraq bir mənzil bağışlamışam. Bu mənzilin xümsü varmı?
      Cavab: Əgər qızınıza hədiyyə etdiyiniz mənzil ürfə görə sizin şəninizə uyğundursa, habelə mənzili xüms ilinin (gəlirindən alıb) ortalarınında bağışlamısınızsa, xümsünü vermək vacib deyil.
       
      Gəlinə süd pulu ünvanında verilən əşyalar
      163. Əgər süd pulu ünvanında bəydən cehizliyə bəzi əşyalar alması tələb olunsa, həmin əşyalar bir ildən çox istifadəsiz qaldığı halda xümsü varmı?
      Cavab: Əgər qeyd edilən əşyaları alıb gəlinə və ya onun ailəsinə təhvil veribsə, onların heç birinə bu əşyaların xümsü vacib deyil.
       
      Hədiyyənin xümsü verilməmiş pul ilə dəyişdirilməsi
      164. Bəzən bizə əşya və ya kitab kuponları hədiyyə verlir. Hədiyyəyə xüms düşmədiyini və kuponların da mağazalar üçün nağd pul sayıldığını nəzərə alaraq, kuponları cari ilin gəlirindən olan eyni məbləğdə pul ilə dəyişib və xümsü verilmiş pul kimi yığa bilərəmmi? Bu işi dəstgərdan etməklə, yaxud formal və ya həqiqi alış-veriş etməklə görməliyəmmi?
      Cavab: Qeyd edilən əməl gəlirin xümsünün aradan qalxmasına səbəb olmur. Amma əgər müvafiq qanunlara riayət etməklə kuponu başqa bir şəxsə satarsa, bu halda satışdan əldə edilən pula xüms düşmür.
       
      Tələbənin aldığı kitablar
      165. Gəlir mənbəyi olmayan tələbənin öz atasının pulu, yaxud universitetin ona verdiyi kreditlə aldığı kitablara xüms düşürmü?
      Cavab: Kredit pul(1) və ya atanın bağışladığı pul ilə aldığı kitablara xüms düşmür. 
       
      Mükafat
      166. Mən əsirlikdən azad olan bir şəxsəm. Əsirlik müddətimin iki misli xidmət stajı hesablandığına görə, indi təqaüdə çıxmışam. Qeyd edilənləri nəzərə alaraq, xidmətin sonunda aldığım mükafata xüms düşürmü?
      Cavab: Xüms düşmür. 
       
      167. Bayram ərəfəsində dövlət öz işçilərinə bayramlıq olaraq ərzaq verir. Mənim xüms ilim tamamlananda bu ərzağın bir hissəsi istifadəsiz qalmışdı. Bildiyimiz kimi, işçilərin bayramlığına xüms düşmür. Amma biz bu ərzağa görə müəyyən məbləğ pul ödəmişik. Odur ki, bizə verilən bayramlıq tam mənada hədiyyə deyildir, əksinə, aşağı qiymətə əvəz qarşılığında verilibdir. Qarşılığında pul ödədiyimiz ərzağın xümsünü verməliyikmi? Onun həqiqi bazar qiymətini hesablayıb xümsünü verməliyikmi? Yoxsa bayramlıq olduğu üçün heç bir xümsü yoxdur?
      Cavab: Qeyd edilənlərə əsasən, əslində, bu ərzağın bir hissəsi dövlət tərəfindən işçilərə havayı verilir, bir hissəsi qarşılığında isə pul alınır. Odur ki, istifadəsiz qalan ərzağın hansı miqdarı qarşılığında pul ödənilibsə, bu miqdarın hazırkı qiymətinin xümsünü verməlisiniz. 
       
      Müharibə əlilləri və əsirlikdən azad olanların pensiyası
      168. Müharibə əlilliyi və veteranlıq pensiyasına xüms düşürmü? Onların həyat yoldaşına ödənilən məbləğin hökmü nədir?
      Cavab: Müharibə əlilləri fondunun hörmətli veteranlara bağışladığı məbləğin xümsü yoxdur. Onların həyat yoldaşına ödənilən məbləğə gəlincə, əgər ərinə qulluq göstərməsi müqabilində ödənilirsə, ilin xərclərindən artıq qalan hissəsinin xümsü var. Bundan qeyri halda isə xümsü yoxdur. 
       
      169. Dövlət əsirlikdən azad olanların əsirlik dövründəki məzuniyyət pulunu hesablayıb ödəmişdir. Bu pul gəlir sayılırmı? Əgər gəlir sayılırsa, ona xüms düşürmü?
      Cavab: Suala əsasən, ona xüms düşmür.
       
      170. Əsirlikdə olduqları müddətdə əsirlərin ata-analarına İslam Respublikası tərəfindən aylıq müavinət ödənilmişdir. Bu müavinət bankda əmanət saxlanmışdır. Ona xüms düşürmü?
      Cavab: Qeyd edilən pulun xümsü yoxdur.
       
      Şəhid ailələrinə verilən müavinətlər
      171. Şəhid fondunun şəhid ailələrinə verdiyi müavinətin ilin xərclərindən artıq qalan hissəsinə xüms düşürmü?
      Cavab: Şəhid fondunun şəhidlərin möhtərəm ailələrinə hədiyyə verdiyi məbləğin xümsü yoxdur.
       
      Mənzil subsidiyası
      172. Dövlətin öz işçilərinə verdiyi mənzil subsidiyasına xüms düşürmü?
      Cavab: Hədiyyə olaraq verdiyi halda, xümsü yoxdur.
       
      173. Məskən Bankından mənzil krediti alıb istehlak nümunəsinə (yəni 75 m2-dən aşağı olmaq şərtilə) riayət edənlərə dövlət ildə subsidiya ünvanında pul ödəyir. Bu məbləğə xüms düşürmü?
      Cavab: Xüms düşmür. 

       

      İdarə tərəfindən ödənilən məvacib
      174. Bəzən idarələrdə müdirin rəyi əsasında ilin sonunda işçilərə əlavə məvacib verilir. Ona xüms düşürmü?
      Cavab: Əgər maaş sayılsa xümsü var. Hədiyyə olduqda isə xümsü yoxdur.

       

      Bayramlıq
      175. Bayram hədiyyəsi (bayramlıq) və bəxşişin xümsü varmı?
      Cavab: Hədiyyə və bəxşişin xümsü yoxdur. Baxmayaraq ki, ilin xərclərindən artıq qalan hissəsinin xümsünü vermək ehtiyata (ehtiyat-müstəhəbə) müvafiqdir.
       
      Bank mükafatları
      176. Bankların və “qərzül-həsənə” büdcələrinin verdikləri mükafatlara xüms düşürmü?
      Cavab: Mükafat və hədiyyələrin xümsü vacib deyil.
       
      Dövlət tərəfindən qaytarılan pul
      177. Kanada ölkəsində dövlət hər il vətəndaşların vergi bəyannaməsini aldıqdan sonra, məsələn, aztəminatlı ailələrin çəkdiyi bağça xərclərinin müəyyən hissəsini onlara qaytarır. Əgər ata xüms düşən puldan bağça pulunu veribsə, dövlət də gələn il bu pulun bir hissəsini anaya qaytarıbsa (qeyd edək ki, bağça pulu həmişə anaya qaytarılır), həmin pula xüms düşürmü?
      Cavab: Əgər əvvəlcədən müəyyən məbləğ üzərində müqavilə bağlanıbsa və sonra dövlət öz əmlakından bağışlayıbsa, bu pulun xümsü yoxdur.

       

      Evin xərcləri üçün bağışlanan pul 
      178. Mən evdar qadınam. Ərim özünün, uşaqların və evin xərci üçün mənə pul verir, əslində, pulu mənə bağışlayır. Çünki heç vaxt onu necə və hara xərclədiyim barədə soruşmur. Bu pullar ilə (ehtiyac və ürfi şən həddində) alınan geyim və ya ev əşyalarının alındığı vaxtdan müəyyən müddət keçdiyi və istifadə olunmadığı təqdirdə, onların xüms məsələsi necə olacaqdır? Mənim özümün ayrıca xüms ilim olmalıdırmı?
      Cavab: Qeyd edilənlərə əsasən, alınan geyim və əşyalara xüms düşmür. Sizin də xüms ili təyin etməyinizə ehtiyac yoxdur.

       

      Təhsil xərclərinə yardım
      179. Bir çox tələbələr təxmin edilməyən problemləri həll etmək üçün öz məişət xərclərinə qənaət edirlər və nəticədə, tələbə təqaüdündən müəyyən məbləğ pul yığılır. Bu pulun Təhsil Nazirliyinin tələbələrə verdiyi təqaüddən qənaət nəticəsində yığıldığını nəzərə alaraq, ona xüms düşürmü?
      Cavab: Təhsil xərclərinə yardım məqsədilə verilən tələbə təqaüdünün xümsü yoxdur.
       

      (1) Kreditlə bağlı ətraflı məlumat əldə etmək üçün bu fəslin onuncu başlığı altındakı sual-cavablara müraciət edin.
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /