Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • 1. HƏDİYYƏ VERILƏN MAL
    • 2. Mehriyyə
    • 3. İrs
    • 4. Vəqf yolu ilə əldə edilən əmlak
      Çap versiyası  ;  PDF

       

      4. Vəqf(1) yolu ilə əldə edilən əmlak
       
      184. Vəqf edilən mülkün və ya əşyanın xeyirinin və ya məhsulunun xüms və zəkat baxımından hökmü nədir?
      Cavab: Vəqf edilən mülkün və ya əşyanın – istər ümumi vəqf, istərsə də xüsusi vəqf(2) olsun – xümsü yoxdur. Həmçinin onun artımının(3) da xümsü yoxdur. 
      Ümumi vəqfdə “moqufun əleyh”(4) vəfq edilən əşyanı və ya mülkü təhvil almayanadək, onun artımının zəkatı yoxdur. Amma təhvil aldıqdan sonra onun artımı “zəkatın vacib olma şərtləri”nə malik olduğu halda zəkatı verilməlidir. Xüsusi vəqfin artımında isə, “moqufun əleyh”lərin hər birinin payı “zəkatın nisab həddi”nə çatdıqda, zəkatı vacibdir.   
       
      185. Mənim ana tərəfdən babalarım öz əmlaklarını vəqf ediblər və bu vəqfin vasitəsilə mənim əlimə müəyyən məbləğ pul gəlir. Mən bu pulun xümsünü verməliyəm, yoxsa yox?
      Cavab: Vəqf vasitəsilə “moqufun əleyh”ə çatan pula xüms düşmür, amma xümsünü vermək ehtiyata müvafiqdir.

       


      (1) Malın şəxsi istifadədən çıxarılıb, onun xeyirinin bəzi fərdlərə və ya ümumi xeyiri olan işlərə sərf edilməsi.

      (2) Ümumi vəqf və xüsusi vəqf: Əgər bir mülkdən və ya əşyadan istifadə etmək haqqı müəyyən şəxslərə, məsələn, övlada və ya qohuma aid edilərsə, bu, xüsusi vəqf adlanır. Amma əgər camaata aid edilərsə, bu, ümumi vəqf adlanır.

      (3) Artım iki növdür: birləşik və ayrı. Məsələn, qoyunun kökəlməsi “birləşik artım”, qoyunun balaladığı quzular isə “ayrı artım”dır.

      (4) Müəyyən mülk və ya əşyadan istifadə etmələri nəzərdə tutulan şəxs və ya şəxslər. Xüsusi vəqfdə “moqufun ələyh” müəyyən şəxs və ya şəxslərdir. Ümumi vəfqdə isə, camaat “moqufun ələyh”dir. 

    • 5. “Nəfəqə”(1) yolu ilə əldə edilən mal-pul
    • 6. Sığortadan ödənilən vəsait
    • 7. Diyə
    • 8. Xümsü ödənilmiş mal
    • 9. “Məunə”yə sərf edilən vəsait
    • 10. Borc
    • 11. Yaxın gələcəkdə yaşam ehtiyacı üçün çox zəruri olan mal və pul
    • Üçüncü fəslin xülasəsi və diqqətəlayiq məqamlar
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /