
Xəbərlər


İnqilabın Rəhbəri Nigeriya İslami Hərəkatının lideri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan əvvəl Nigeriya İslami Hərəkatının lideri İbrahim Zəkzaki və həyat yoldaşı ilə görüşdə ona və ailəsinə göstərdikləri mücadilələrə görə təşəkkür edərək, genişmiqyaslı planların olmasına baxmayaraq, İslamın dünyada günbəgün artmaqda olan qüdrətinin mücadilələrin nəticəsi olduğunu dedi.

İslam İnqilabının Rəhbəri sərəncam imzaladı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin sərəncamı ilə Höccətül-İslam Seyid Əliəkbər Ocaqnəjad Müqəddəs Cəmkəran Məscidinə rəhbər təyin edildi.

Ali Baş Komandan SQ-in müdavimlərinin birgə buraxılış mərasimində iştirak etdi
İslam İnqilabının Rəhbəri Ali Baş Komandan bu gün səhər Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində bu qüvvələrin təhlükəsizlik, izzət və milli kimlik qalası olduğunu vurğulayaraq fələstinli gənclərin son qəhrəmanlığı sayəsində sionist rejimin bərpası mümkün olmayan məğlubiyyətə uğradığını dedi: “Bu dağıdıcı tufanı yaradan amil qondarma qəsbkar rejimin Fələstin xalqına qarşı dayanmadan zülm etməsi, cinayətlər törətməsi və yırtıcı hərəkətlər etməsi olmuşdur.

İnqilabın Rəhbəri dövlətin məsul işçiləri və İslam ölkələrinin səfirləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud ildönümü münasibətilə dövlətin məsul işçiləri, İslam ölkələrinin səfirləri, “Vəhdət konfransı”nın qonaqları, cəmiyyətin ayrı-ayrı təbəqələrindən olan bir qrup şəxslə görüşdə qeyd etdi ki, hegemon dövlətlərin Qurani-Kərimə qarşı təhqir planlarını həyata keçirməsinin səbəbi onların bu ilahi kitabın təlimlərindən qorxmasıdır.

İnqilabın Rəhbəri Müqəddəs Müdafiənin müxtəlif sahələrinin minlərlə fəalı ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Müqəddəs Müdafiənin və məcburi müharibənin ayrı-ayrı cəhətləri ilə bağlı maarifləndirmə işləri aparan minlərlə qabaqcıl və aparıcı fəalla görüşdə Müqəddəs Müdafiənin əzəmətini göstərən ayrı-ayrı məsələlərdən danışaraq İran xalqının o ağır qarşıdrumadan sonrakı qələbə səkisi üzərindəki nailiyyətləri, ərazi bütövlüyünün qorunması, İran xalqının imkan və potensiallarının üzə çıxması, ölkənin qeyri-coğrafi sərhədlərinin genişlənməsi, müqavimət məfhumu və mədəniyyətinin ölkə daxilində və dünyadakı inkişafı və istehkamının bütün iranlıların beynəlxalq quldurlar cəbhəsi və mənfur Səddamla mübarizəsinin nəticələrindən olduğunu vurğuladı: “Müqəddəs Müdafiədə ölkə gənclərinin istedadlarının çiçəklənməsi, güc və təşəbbüskarlıqlarının parlaması göstərdi ki, gənclər ölkənin bütün problmelərini həll etməyə qadirdirlər”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri tələbələrin Ərbəin mərasimində iştirak etdi
Bu gün səhər saatlarında İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə tələbə heyətlərinin “Ərbəin” mərasiminə həsr edilmiş izdihamlı matəm məclisi keçirildi. Bu mərasimdə Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı dostlarına həsr edilmiş mərsiyələr və “Ərbəin ziyarətnaməsi” oxundu.

Bir qrup məktəblinin “Ərbəin yürüşü” ilə bağlı sualına İslam İnqilabının Ali Məqamlı Rəhbərinin cavabı
Son bir neçə gündə Tehran məktəblərindən birinin şagird və məzunlarından bir qrupu Kərbəlaya Ərbəin ziyarətinə yola düşməzdən əvvəl Həzrət Ayətullah Xameneiyə məktub ünvanlayaraq, ondan Ərbəin yürüşündə iştirakın daha bərəkətli olması üçün tövsiyələr verməsini rica etmişdilər.

İslam İnqilabının Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə hökumətin bəzi sahələrdə, o cümlədən infrastruktur, makroiqtisadi parametrlərin inkişafı və xarici siyasət sahəsindəki yaxşı və güclü fəaliyyətini yüksək qiymətləndirərək təşəkkür etdi: “Hökumətin tərifəlayiq əsaslı işlərinin olmasına rəğmən, təəssüflər olsun ki, məişət problemləri bir toz kimi hökumətin həyata keçirdiyi əsaslı işləri görməyə mane olur. İkirəqəmli inflyasiya mümkün qədər azaldılmalı, ədalət, sosial təbəqələr arasındakı məsafələrin azaldılması, bazarın stabilliyi, inflyasiyanın azaldılması, valyuta və istehsalın artım qiymətinin sabitləşdirilməsi hökumətin bütün qərar və tədbirlərində, o cümlədən yeddinci inkişaf proqramında tam şəkildə diqqət mərkəzində olmalıdır”.

İnqilabın Rəhbəri Ərdəbil şəhidlərinin Milli Anım Konqresinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbərinin 22 mordad 1402-ci il (13 avqust 2023) tarixində “Ərdəbil əyalətinin 3400 şəhidi” adlı Milli Konqersin üzvləri ilə görüşündə verdiyi bəyanatın mətni bu gün səhər Ərdəbildə, konfransın keçirildiyi məkanda yayımlandı.

İnqilabın Rəhbəri SEPAH-ın komandanları ilə görüşdü
İslam İnqilabının Rəhbəri bu gün səhər İslam İnqilabı Keşikçilər Ordusunun rəhbərliyi və komandanlarının iyirmi dördüncü qurultayının iştirakçıları ilə görüşdə SEPAH-ın yaranması, inkişafı, böyüməsi, böhranlı vəziyyətlərdən çıxmaq bacarığına malik olması, hərbi, xalq, xidmətlər və quruculuq sahələrindəki fəaliyyətinin özünəməxsus və qürurverici olduğunu dedi.

İnqilabın Rəhbəri İİR Ordsununun 86-cı eskadronunun ekipaj üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Hərbi Dəniz Qüvvələrinin komandanları, 86-cı eskadronunun ekipaj üzvləri və onların ailələri ilə görşdə bu eskadronun Yer Kürəsi ilə bağlı uğurlu və qürurverici ezamiyyətinin yüksək əzmkarlığın, möhkəm iradənin, özgüvənin, layihələşdirmə qüdrətinin, mütərəqqi hərbi elmin, səmərəli idarəetmənin, çətinliklər qarşısında şücaət və dözümlülüyün nəticəsi olduğunu dedi: “Bu böyük hərəkət bir daha göstərdi ki, uğurlar, nailiyyətlər və həyata keçmiş ümidlər hərəkət, çalışma və çətinlikdən doğur”.

Həzrət Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi
Abidlərin zinəti Həzrət İmam Səccadın (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Rəhbəri və İmam Hüseyn (ə) əzadarlarından bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillaha (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

İnqilabın Rəhbərinin iştirakı ilə Şami-qəriban mərasimi keçirildi
Allahın ailəsinin matəm və hüzn gecəsi olan Şami-qəriban axşamı Həzrət Əbaəbdillahı (ə) və onun ailəsini sevən xalqın bir qrup nümayəndəsi İmam Xomeyni (r.ə) adına hüseyniyəyə toplaşaraq İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə matəm keçirdi.

İmam Hüseynin (ə) Aşurası axşamı və şəhidlər sərvərinə təvəssül məclisi
İslam İnqilabının Ali Rəhbəri və bir qrub Hüseyn əzadarının iştirakı ilə bu axşam İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Hüseynin (ə) Aşurası axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Tasua axşamı və Qəməri-Bəni-Haşimə (ə) həsr edilmiş matəm mərasimi
İslam İnqilabının Ali Rəhbəri və bir qrub Hüseyn əzadarının iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Tasua axşamına həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Məhərrəmin səkkizinci gecəsi və Əliəkbərə təvəssül mərasimi keçirildi
Bu gecə (çərşənbə axşamı) İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillah Hüseynin (ə) məhərrəm ayının səkkizinci gününə təsadüf edən matəm mərasiminin ikinci gecəsi keçirildi.

İmam Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

İnqilabın Rəhbəri İsveçdə Qurani-Məcidə edilən hörmətsizliklə bağlı bəyanat verdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçdə Qurani-Məcidə qarşı edilən hörmətsizliklə bağlı verdiyi bəyanatda bunun acı, məkrli və təhlükəli bir hadisə olduğunu dedi: “Bu cinayətə yol vermiş adamın ən ağır şəkildə cəzalandırılması bütün İslam alimlərinin yekdil rəyidir. İsveç dövləti cinayətkarı İslam ölkələrinin məhkəmə orqanlarına təhvil verməlidir”.
