
Xəbərlər

İnqilabın rəhbəri İmam Həsənin (ə) mövlud gecəsi bir qrup şairlə görüşdü
Əhli-beytin səxavətli nümayəndəsi Həzrət Həsəni-Müctəbanın (ə) mövlud gecəsi bir qrup mədəniyyət işçisi, Fars ədəbiyyatı və poeziyasının ustadları, ölkənin gənc və veteran şairləri, habelə Pakistan, Hindistan və Əfqanıstandan olan bir qrup şair İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri universitet müəllimlərilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra universitetlər, elm və texnologiya müəssisələri, elm və tədqiqatlar mərkəzlərinin bir qrup görkəmli elm xadimləri, tədqiqatçı və müəllimləri ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri dövlət rəsmiləri və məmurları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra üç dövlət strukturunun rəhbərləri, dövlət rəsmiləri və məmurları, ayrı-ayrı qurumların rəhbərləri, siyasi, ictimai və mədəni fəallarla görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri mübarək Ramazan ayının ilk günü Qurani-Kərimlə ünsiyyət adlı nurani məclisdə iştirak etdi
Bu gün mübarək Ramazan ayının birinci günü günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə üç saatdan artıq davam edən Quranla ünsiyyət məclisi təşkil edildi.

Ali Məqamlı Rəhbər parlament üzvləri ilə görüşündə yaxşı qanunvericiliyin zəruri şərtlərini açıqladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər onuncu parlamentin sədr və üzvləri ilə görüşündə İslami Şura Məclisinin güc, əzəmət və bütün fəaliyyətlər üzərindəki mövqeyinin qorunmasının vacibliyini vurğuladı və parlamentdə yaxşı qanunvericiliyin zəruri şərtlərinin necə olmasını açıqladı.

Ali Məqamlı Rəhbər inqilabçı xarakterin beş mühüm cəhətini açıqladı
Bu gün (cümə) səhər İmam Xomeyninin (r.ə) ziyarətgahında xalqın müxtəlif təbəqələrindən olan böyük insan izdihamı qarşısında mərhum İmamın (r.ə) inqilabçı ibadətkar mömin şəxsiyyət olduğunu, inkişafın, xalq və sistemin hədəflərinin həyata keçməsinin yeganə yolunun millətin inqilabçı imamının yolunu davam etdirmək olduğunu söyləyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabçı xarakterin beş mühüm cəhətini açıqladı.

Həzrət Məsumənin (s.ə) ziyarətgahında İmam Xomeyninin (r.ə) vəfatının ildönümü mərasimi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin rəhbərliyi ilə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahının İmam Xomeyni (r.ə) hərəmində məğrib və işa namazlarından sonra İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) ürək dağlayan vəfatının ildönümü, əbədiyaşar on beş xordad qiyamı və onun böyük şəhidlərinin xatirəsinin anım mərasimi keçirilir.

Ali Məqamlı Rəhbərin İslami Şura Məclisinin onuncu mərhələsinə ünvanladığı müraciət
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin onuncu mərhələsinin açılış mərasimi ilə bağlı müraciət ünvanladı.

Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin sədri və Məclisin beşinci mərhələsinə seçilmiş nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və Məclisin beşinci mərhələsinə seçilmiş nümayəndələri ilə görüşündə bu məclisin həqiqətən, böyük bir hadisə olduğunu qeyd edərək onun inqilabi mahiyyətini və xəttini açıqladı.

Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə Ali Məqamlı Rəhbərin etdiyi çıxış
İslam İnqilabının Ali Məqamlı rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə verdiyi bəyanatda xalqın etimad və seçimini qazandıqları üçün məclis üzvlərini təbrik etdi.

Ali Məqamlı Rəhbər Əfqanıstanın prezidenti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşdə İran və Əfqanıstan xalqlarının çoxlu müştərək dini, mədəni və tarixi dəyərlərə, habelə ortaq sərhədlərə malik olduğunu dedi.

Ali Məqamlı Rəhbər Hindistanın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Hindistanın baş naziri cənab Narendra Damodardas Modi ilə görüşdü.

Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimində iştirak etdi
Bu gün (bazar ertəsi) səhər, üç xordad - qürurverici Beytül-müqəddəs əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümündə Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimi keçirildi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri 33-cü Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 33-cü Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü.

Ali Məqamlı Rəhbər Tehranın elmi-dini mərkəzlərinin müəllim və tələbələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Tehranın elmi-dini mərkəzlərinin rəhbər heyəti, müəllim və tələbələri ilə görüşdü.

Ali Məqamlı Rəhbər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşündə təhlükəsizlik məsələsinin birinci dərəcəli məsələ olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, səfirlər və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü
Bu gün (cümə axşamı) İslam dininin əzəmətli Peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin ildönümünə təsadüf edir. Günün birinci yarısı dövlət işçiləri, İslam dövlətlərinin səfirləri bir qrup şəhid ailəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Cənubi Koreya Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Cənubi Koreya Respublikasının prezidenti xanım Park Geun-hye ilə görüşdü.
