
Xəbərlər


Ali Məqamlı Rəhbər Quran məclisində iştirak etdi
Quranın nazil olduğu mübarək ramazan ayının ilk günündə – bu gün (cümə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ofisində 3 saatdan artıq davam edən Quran məclisi təşkil olundu.

Ali Məqamlı Rəhbər İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Heydər Əl-Abadi və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə) günü günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İraqda milli və siyasi birliyin qorunması üçün sayıqlıq olduqca vacibdir.

Ali Məqamlı Rəhbər “Camiətül-İmam Sadiq (ə)” Elmi Müəssisəsinin qəyyumlar şurasının üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Camiətül-İmam Sadiq (ə)” Elmi Müəssisəsinin qəyyumlar şurasının üzvlərinin təyin olunması haqda sərəncam imzalamışdır.

Ali Məqamlı Rəhbər 270 şəhidin nəşinin qalıqlarının möhtəşəm dəfn mərasimindən sonra xalqa müraciət etdi
Tehran əhalisi Müqəddəs Müdafiədə şəhid olmuş 270 şəhidin nəşinin qalıqlarını tarixi bir ehtişam və səylə son mənzilə yola saldıqdan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqa rəsmi müraciət edərək təşəkkür və qədirdanlığını bildirdi.

Ali Məqamlı Rəhbər Gilan ostanının Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Əminiyanın vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Gilan ostanının Xubriqan Məclisindəki nümayəndəsi və Astaneye-Əşrəfiyyə şəhristanının imam-cüməsi, dəyərli ruhani Ayətullah Əminiyanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər mücahid alim, mərhum Ayətullah Asəfinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim, mərhum Ayətullah Hacı Şeyx Mehdi Asəfinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər İmam Xomeyni (r.ə) hərəmində böyük bir kütlə ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər İslam Respublikasının banisi dahi İmam Xomeyninin (r.ə) müqəddəs hərəmində İran xalqı ilə görüşdü. Dövlətinə və inqilabına sadiq insanlardan ibarət möhtəşəm və misilsiz bir kütlə qarşısında çıxış edən Ali Məqamlı Rəhbər İmam Xomeyni məktəbini “İran xalqının ümid dolu yol xəritəsi” adlandırdı.
Ali Məqamlı Rəhbər İslami Şura Məclisinin sədri və deputatlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri və məclis nümayəndələri ilə bu gün (çərşənbə günü) günortadan qabaq baş tutan görüşündə parlamentin 9-cu çağırışının son 1 illik fəaliyyəti dövründə ciddi surətdə işləməyə davam etmək lazım olduğunu, seçki faktorunun işlərin tempinə təsir göstərməməli olduğunu vurğuladı.

Ali Məqamlı Rəhbər əfv sərəncamı imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəbaniyyə günləri və Xürrəmşəhrin azad edilməsinin ildönümü münasibətilə, Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 102 məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibəti ilə əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi
Bəni-Haşimin ayüzlüsü Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin göndərdiyi 4 nümayəndə heyəti bu gün (şənbə günü) səhər Tehranda yaşayan əlil və veteranlardan bir qrupunu evlərində ziyarət edərək onların səbir, rəşadət və fədakarlığına böyük dəyər verildiyini ifadə etmişlər.
Ali Məqamlı Rəhbər Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü
Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə Qurani-Kərimin həyatverici ayələrinin ürək açan rayihəsi ilə doldu.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi
Bu gün (çərşənbə günü) səhər, ölkədə qeyd olunan İnqilab Keşikçiləri Günü və 3 xordad – qürurverici “Beytülmüqəddəs” əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümü günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hsüeyn (ə) adına Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər taekvondo üzrə İran millisini təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Rusiyada keçirilən dünya çempionatında qazandığı qələbə münasibəti ilə İranın taekvondo üzrə milli yığmasına təbrik müraciəti etmişdir.
Ali Məqamlı Rəhbər şəhid olmuş müsəlman-kürd pişmərgələrin xatirəsinə həsr edilmiş konfransın katibliyinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin şəhid olmuş müsəlman-kürd pişmərgələrin xatirəsinə həsr edilmiş konfransın katibliyinin üzvləri ilə 14.02.1394-cü il tarixdə keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün (bazar ertəsi) səhər Sənəndəc şəhərində baş tutan konfransda oxundu.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü
Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mübarək besətinin ildönümündə – bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmilərindən bir qrupu, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü.

Ali Məqamlı Rəhbər Ayətullah Müvəhhidi Kirmaninin qardaşının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Məhəmmədəli Müvəhhidi Kirmaninin qardaşının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
