Xəbərlər
Ali Məqamlı Rəhbər İslami Şura Məclisinin sədri və deputatlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri və məclis nümayəndələri ilə bu gün (çərşənbə günü) günortadan qabaq baş tutan görüşündə parlamentin 9-cu çağırışının son 1 illik fəaliyyəti dövründə ciddi surətdə işləməyə davam etmək lazım olduğunu, seçki faktorunun işlərin tempinə təsir göstərməməli olduğunu vurğuladı.
Ali Məqamlı Rəhbər əfv sərəncamı imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei şəbaniyyə günləri və Xürrəmşəhrin azad edilməsinin ildönümü münasibətilə, Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 102 məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsinə razılıq verdi.
Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibəti ilə əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi
Bəni-Haşimin ayüzlüsü Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin göndərdiyi 4 nümayəndə heyəti bu gün (şənbə günü) səhər Tehranda yaşayan əlil və veteranlardan bir qrupunu evlərində ziyarət edərək onların səbir, rəşadət və fədakarlığına böyük dəyər verildiyini ifadə etmişlər.
Ali Məqamlı Rəhbər Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşdü
Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə Qurani-Kərimin həyatverici ayələrinin ürək açan rayihəsi ilə doldu.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi
Bu gün (çərşənbə günü) səhər, ölkədə qeyd olunan İnqilab Keşikçiləri Günü və 3 xordad – qürurverici “Beytülmüqəddəs” əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümü günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hsüeyn (ə) adına Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər taekvondo üzrə İran millisini təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Rusiyada keçirilən dünya çempionatında qazandığı qələbə münasibəti ilə İranın taekvondo üzrə milli yığmasına təbrik müraciəti etmişdir.
Ali Məqamlı Rəhbər şəhid olmuş müsəlman-kürd pişmərgələrin xatirəsinə həsr edilmiş konfransın katibliyinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin şəhid olmuş müsəlman-kürd pişmərgələrin xatirəsinə həsr edilmiş konfransın katibliyinin üzvləri ilə 14.02.1394-cü il tarixdə keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün (bazar ertəsi) səhər Sənəndəc şəhərində baş tutan konfransda oxundu.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü
Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mübarək besətinin ildönümündə – bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmilərindən bir qrupu, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü.
Ali Məqamlı Rəhbər Ayətullah Müvəhhidi Kirmaninin qardaşının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Məhəmmədəli Müvəhhidi Kirmaninin qardaşının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər İraq Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra İraq Respublikasının prezidenti cənab Fuad Məsum və onu müşayiət edən nümayəndə heyəti ilə keçirdiyi görüşdə müsəlman ərəb ölkələri içərisində İraqın çox mühüm və nüfuzlu bir dövlət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Tehranda baş tutan 28-ci Beynəlxalq Kitab Sərgisi ilə tanış oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İmam Xomeyni (r.ə) adına namazgahda təşkil olunan 28-ci Tehran Beynəlxalq Kitab Sərgisi ilə tanış oldu.
Ali Məqamlı Rəhbər Simnan ostanının 3 min şəhidinin xatirəsinə həsr olunmuş konfransın idarə heyətinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Simnan ostanının 3 min şəhidinin xatirəsinə həsr olunmuş konfransın idarə heyətinin üzvləri ilə görüşü zamanı (14.03.1394-cü il tarixində) etdiyi çıxışın mətni bu gün (cümə axşamı) səhər Simnan şəhərindəki Qədir salonunda keçirilən konfransda oxundu.
Ali Məqamlı Rəhbər təhsil işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Təhsil Naziri, təhsil sahəsinin rəsmiləri və ölkənin müxtəlif bölgələrində çalışan müəllimlərdən böyük bir qrupu ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə təlim-tərbiyənin cəmiyyətdəki əvəzsiz yerindən, müəlimlərin imanlı, bilikli, ziyalı, özünəinamlı, optimist bir gənc nəslin yetişdirilməsində olduqca mühüm və effektiv rola malik olmasından danışdı.
Ali Məqamlı Rəhbər Həzrət Əmirəlmöminin Əlinin (ə) mövludu münasibəti ilə bir qrup məhkumun əfvinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin Həzrət Əmirəlmöminin Əlinin (ə) mövludu münasibəti ilə, barələrində çıxarılmış hökm 12.02.1394-cü il tarixinə qədər qüvvəyə minmiş, habelə əfv kriterilərinə cavab verən bir qrup məhkumun cəzasının əfv edilməsi və ya yüngülləşdirilməsi təklifini müsbət cavablandırdı.
Ali Məqamlı Rəhbər ölkə zəhmətkeşləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif regionlarından gəlmiş minlərlə fəhlə və zəhmətkeşlə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə daxili istehsalla əlaqəli hökumət qurumlarının, rəsmilərin və digər müxtəlif şəxslərin öhdəsinə düşən vəzifələri açıqlayaraq korrupsiya və qaçaqmalçılıqla real mübarizə aparmaq lazım olduğunu vurğuladı.
Ali Məqamlı Rəhbər polis qüvvələrinin rəsmiləri və yüksək rütbəli komandirləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei polis qüvvələrinin siyasi-ideoloji hazırlığına cavabdeh olan rəhbər kadrların forumunda iştirak edən yüksək rütbəli komandirlərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə polis qüvvələrinin İslam Respublikasının iqtidar və təhlükəsizliyinin təzahürü olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqanini Ayətullah Xuzəliyə baş çəkmək üçün göndərdi
Ötən gün (şənbə günü) günortadan sonra Ali Rəhbərlik Məqamı Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani Xubriqan Məclisinin üzvü Ayətullah Xuzəlinin evinə gedərək ona baş çəkdi.
