
Xəbərlər


Ali Məqamlı Rəhbər Silahlı Qüvvələrin elmi cihad nailiyyətlərini və müdafiə qabiliyyətini nümayiş etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün 7 saata yaxın müddət ərzində “Elmi cihad və müdafiə gücü” adlı sərgiyə baxış keçirərək Silahlı Qüvvələrin elmi-tədqiqat sahəsində əldə etdiyi nailiyyətlərlə tanış oldu.

Ali Məqamlı Rəhbər dini mövzuda şerlər yazan bir qrup sənət adamı ilə görüşdü
Əmirəl-möminin Əli ibn Əbi-Talibin (ə) mübarək doğum günü ərəfəsində Ali Məqamlı Rəhbərin görüşünə gələn şer-sənət adamlarından bir qrupu əksəriyyət etibarilə din, əxlaq, habelə islami oyanış mövzularına həsr etdikləri əsərlərindən bəzilərini onun üçün oxudular.

Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin Ümumi və İnqilab Məhkəmələri, habelə digər məhkəmə orqanları tərəfindən mühakimə edilmiş 996 nəfər məhkumun Əmirəl-möminin Əlinin (ə) mübarək doğum günü ilə əlaqədar olaraq əfv edilməsi, yaxud cəzasının yüngülləşdirilməsi ilə bağlı təklifini müsbət cavablandırdı.

Ali Məqamlı Rəhbər Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə bu gün günortadan sonra baş tutan görüşündə xalqın milli kimliyini, mənəvi portretini ifadə edən bir anlayış kimi mədəniyyətin olduqca yüksək rola malik olduğunu qeyd etdi. Mədəniyyətin geniş bir dairəni əhatə etdiyini, fərdi və sosial həyatın müxtəlif sferalarına dərindən təsir göstərdiyini vurğulayan Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının öhdəsinə böyük və önəmli vəzifə düşdüyünü bildirərək dedi: “İmperializm cəbhəsinin mədəniyyət sahəsində İslam dövləti əleyhinə geniş əhatəli və dolaşıq hücumlar həyata keçirdiyi bir şəraitdə aidiyyəti olan mərkəz və qurumlar, habelə icraçı sektorlar üçün strateji siyasətləri müəyyən etmək, onları istiqamətləndirmək vəzifəsi bu meydanda baş qərargah sayılan Mədəni İnqilab Ali Şurasının öhdəsinə düşür”.

Ali Məqamlı Rəhbər Mədəni İnqilab Ali Şurasının yeni tərkibini müəyyən etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının yeni mərhələ üçün tərkibinin müəyyən olunması barədə sərəncam imzaladı.
Sərəncamın tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Mədəni İnqilab Ali Şurasının hazırkı üzvlərinin səlahiyyət müddətinin başa çatdığını nəzərə alaraq aşağıda adları sadalanan hüquqi və fiziki şəxsləri şuranın yeni mərhələ üçün həqiqi üzləri, Ayətullah Əhməd Cənnəti və Dr. Həsən Həbibini isə fəxri üzləri təyin edirəm:

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə iştirak etdi
Bu gün – ümmətin İmam Xomeynidən (r.ə) ayrı düşdüyü günün 21-ci ildönümündə mömin və qədirbilən İran xalqı “Ruh-e xoda” (Allahın ruhu) adı verdiyi imamın müqəddəs hərəmini İran insanının İmam Xomeyni məktəbinə və kursuna dərin sədaqətinin təcəssüm etdiyi məkana çevirdi, ən coşqun emosiyalarını ifadə etməklə bir daha dahi Xomeyninin layiqli davamçısı Həzrət Ayətullah Xameneiyə ayıq-sayıq, gözüaçıq və mübariz olacağını söz verdi.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi elamnamə ilə çıxış etdi
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi elamnamə ilə çıxış edərək bildirmişdir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə bağlı mötəbər məlumat və faktlar yalnız rəsmi mənbələr vasitəsilə yayımlanır. Buna görə də KİV-ə qeyri-mötəbər və əsassız məlumatları yaymaqdan ciddi surətdə çəkinmələri tövsiyə olunur.

Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi
Bu gün səhər İmam Hüseyn (ə) adına Zabitlər və İnqilab Keşikçiləri Akademiyasının məzunlarının birgə buraxılış mərasimində iştirak edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin mömin, cihad əhval-ruhiyyəli, novator, enerji dolu və uzaqgörən hərbçilərə günü-gündən daha artıq ehtiyac duyduğunu bildirərək dedi: “Amerika” adlı böyük şeytanın siyasətlərinin son dərəcə həssas Orta Şərq regionunda məğlubiyyətə uğraması, təlatümə gəlmiş region xalqları arasında İslam şüarlarının ümidverici dirçəlişi İran xalqına verilmiş ilahi vədlərdən bir hissəsinin həyata keçməsi deməkdir. Bu yolda dözümlülük və sabitqədəmlik ilahi zəfərin tam olaraq gerçəkləşməsi ilə sonuclanacaq”.

Ali Məqamlı Rəhbər İslami Şura Məclisinin sədri və deputatlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin Sədri və deputatlarla bu gün səhər baş tutan görüşündə imperialistlərin İran iqtisadiyyatını zəiflətmək, rəsmilər arasında ixtilaf yaratmaq, dini əqidə və emosiyaları donuqlaşdırmaq üçün hazırladıqları ssenari haqda ətraflı danışaraq parlament və hökumət arasında qarşılıqlı koordinasiyanın vacibliyini, son sözün qanuna aid olduğunu vurğuladı.

Ali Məqamlı Rəhbər əsərlərini pak və məsum Əhli-Beytə (ə) həsr edən şer-sənət adamlarından bir qrupu ilə görüşdü
İki aləmin ən üstün xanımı, sonuncu peyğəmbər Məhəmmədin (s) qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) və xanımın bərəkətli övladı İmam Xomeyninin (r.ə) mübarək doğum günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə bu iffətli və əsl-nəcabətli qadının fəzilətli, tərifəlayiq keyfiyyətlərinin şerin-sözün dili ilə mədh olunduğu mövlud mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Tərəqqinin İran-İslam Modeli Mərkəzinin Ali Şurasının sədrini və üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tərəqqinin İran-İslam Modeli Mərkəzinin Ali Şurasına sədr və üzvlərin təyin olunması ilə bağlı sərəncam imzaladı.

Teoloji mərkəz və universitetlərdə dərs deyən, müxtəlif sferalarda fəaliyyət göstərən yüzlərlə ziyalı xanımla görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin teoloji mərkəz və universitetlərində dərs deyən ziyalı xanımlarla, habelə zərif cinsin müxtəlif sferalardakı yüzlərlə görkəmli nümayəndəsi ilə bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, İslamda qadın evin böyüyü, ailənin gülüdür.

Ali Məqamlı Rəhbər ölkədə keçirilən II Strateji İdeyalar Konfransında iştirak etdi
Bu gün səhər İran İslam Respublikasında “Ədalət” mövzusuna həsr edilmiş II Strateji İdeyalar Konfransı keçirildi. Konfransda İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei, habelə universitetlərdə və teoloji mərkəzlərdə fəaliyyət göstərən onlarla alim, mütəfəkkir, professor və tədqiqatçı bir araya gələrək fikir mübadiləsi apardılar.

Ali Məqamlı Rəhbər İmam Xomeyni (r.ə) adına namazgahda keçirilən 24-cü Tehran Beynəlxalq Kitab Sərgisinə baxış keçirdi
Bu gün səhər təqribən 3 saat müddətində ölkənin sayılıb-seçilən nəşrlərinin və yüksək tirajlı kitabların sərgiləndiyi pavilyonlara baxış keçirən Həzrət Ayətullah Xamenei ən yeni kitablar və çap məhsulları ilə yaxından tanış oldu.

Ali Məqamlı Rəhbər Kürdüstan vilayətində xalqın seçilən nümayəndələri, ruhani alimlər və vəzifəli şəxslərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kürdüstan vilayətində xalqın seçilən nümayəndələrindən, möhtərəm şəhid ailələrindən, ruhani alimlərdən və vəzifəli şəxslərdən bir qrupu ilə görüşündə bu vilayəti “elm, ədəbiyyat və incəsənət”, “səmimiyyət, maariflənmə və sədaqət”, “qəhrəmanlıq, şücaət və mərdanəlik diyarı” adlandıraraq dedi: “İran xalqı özünün uzaqgörən, qətiyyətli, fasiləsiz və doğru hərəkatı sayəsində elmi və ictimai cəhətdən, siyasi nüfuz və milli qürur baxımından keçmişdəkindən daha yüksək status qazanıb”.

Ali Məqamlı Rəhbər Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin “şame-qəriban” mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın şəhadətinin “şame-qəriban” gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrinin və vəzifəli şəxslərin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunan matəm və əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) xatirəsinə həsr olunmuş əza mərasimində iştirak etdi
İslam peyğəmbərinin (s) sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunmuş matəm və əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün səhər baş tutan görüşündə qeyd etdi ki, təlim-tərbiyənin ən mühüm vəzifəsi İslam Respublikası və İran xalqının əzəmətli hərəkatı üçün layiqli insanlar yetişdirməkdir. O vurğuladı: “Məhz buna görə də təlim-tərbiyə sistemində İran-İslam modeli əsasında elə bir müstəqil və mütərəqqi dəyişikliyin həyata keçirilməsinə ehtiyac var ki, nəticəsi mömin, Allaha təvəkkül edən, şərəfli, cəsur, novator, səbirli, gələcəyə inanan, yeni-yeni meydanlara atılmaq üçün gözəl xarakterə malik, riskli insanların yetişdirilməsi olsun”.
