Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Yeddinci inkişaf planının ümumi siyasətləri
Yeddinci inkişaf planının ümumi siyasətləri
Həzrət Ayətullah Xamenei konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinə müvafiq olaraq Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra ədalətli iqtisadi inkişaf prioroteti ilə müəyyən edilmiş yeddinci dövlət proqramınının ümumi siyasətlərini üç qüvvənin rəhbərlərinə, Dövlət Mənafeyinin Müəyyənləşdirən Şuranın sədrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə elan etdi. Rəylərin təqdim edilməsində göstətrdikləri intensiv fəaliyyətlərə görə şuranın üzvləri və katibliyinə, üç qüvvə və digər dövlət qurumlarının rəhbərlərinə aktiv iştiraklarına görə təçəkkürünü bildirən İslam İnqilabının Rəhbəri yeddinci proqramın bu siyasətlər əsasında hazırlanıb təsdiq edilməsini dövlətin hədəflərinin gerçəkləşdirilməsi istiqamətində atılmış bir addım olduğunu bildirdi və siyasətlərin daha gözəl şəkildə icra edilməsinə fəal şəkildə nəzarət edilməsinin zəruriliyini vurğuladı.
Ali Rəhbərlik idarəsinin İstihlal şöbəsi
Ali Rəhbərlik idarəsinin İstihlal şöbəsi
Ali Rəhbərlik İdarəsinin İstihlal şöbəsi elan edir ki, 01 may tarixində qürub vaxtı şəvval ayının ayı görünmədi. Sabah 02 may 2022-ci il, bazar ertəsi hicri qəməri tarixi ilə 1443-cü il mübarək Ramazan ayının 30-cu günüdür.
İnqilabın Rəhbəri 1401-ci ili “məşğulluq yaradan elm əsaslı istehsal” ili adlandırdı
İnqilabın Rəhbəri 1401-ci ili “məşğulluq yaradan elm əsaslı istehsal” ili adlandırdı
İslam İnqilabının Ali Rəhbəri 1401-ci hicri şəmsi ilinin (2022-ci il) başlanması münasibətilə etdiyi çıxışda İran xalqını və bütün həmrəy olan xalqları, xüsusilə əzəmətli şəhid ailələrini, habelə müharibə veteranlarını, İran xalqının elm, sağlamlıq, təhlükəsizlik və müqavimət sahələrinin müxtəlif istiqamətlərinin fədakar insanlarını Novruz bayramı və varlıq aləminin parlaq günəşi Həzrət Bəqiyyətullahın (ə.f) mövlud günləri münasibətilə təbrik edərək yeni ili məşğulluq yaradan elm əsaslı istehsal ili adlandırdı.
İnqilabın Rəhbəri Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət ünvanladı
İnqilabın Rəhbəri Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli altıncı qurultayına ünvanladığı müraciətdə son günlərdə baş verən siyasi və hərbi hadisələrə işarə edərək cəbhələşmələrin tanınması, düzgün mövqe seçilməsi, proseslərdə haqq cəbhəsinin xeyrinə həlledici rol oynamaq üçün hazırlıqlı olmanın vacibliyini vurğuladı.
İnqilabın Rəhbəri yeni mərhələ üçün Mədəni İnqilab Ali Şurasının üzvlərini təyin etdi
İnqilabın Rəhbəri yeni mərhələ üçün Mədəni İnqilab Ali Şurasının üzvlərini təyin etdi
Həzrət Ayətullah Xamenei dörd illik yeni bir dövr üçün Mədəni İnqilab Ali Şurasının üzvlərinin təyin edilməsi fərmanında əvvəlki üzvlərə, xüsusilə yeni dövrdə olmayan alim və ustadlara çəkdikləri zəhmətlərə gösrə təşəkkür edərək mədəniyyətin inqilab sistemi və məzmununa əsaslanan ümumi forması və tərtibatının yadların media və mədəni hücumlarına qarşı yeganə müdafiəçi olduğunu bildirdi.
İnqilabın Rəhbəri Əfqanıstanda məsciddə baş vermiş partlayışla bağlı müraciət ünvanladı
İnqilabın Rəhbəri Əfqanıstanda məsciddə baş vermiş partlayışla bağlı müraciət ünvanladı
Əfqanıstanın Qunduz əyalətində məsciddə baş vermiş dəhşətli partlayış hadisəsi və nəticədə çoxlu sayda namaz qılanın həlak olması münasibətilə müraciət ünvanlayan Həzrət Ayətullah Xamenei bu böyük cinayəti törədənlərin cəzalandırılması və belə bir faciənin təkrarlanmasının qarşısının alınmasının zəruri olduğunu dedi.
 
İnqilabın Rəhbəri korona ilə mübarizənin ölkənin birinci dərəcəli məsələsi olduğunu dedi
İnqilabın Rəhbəri korona ilə mübarizənin ölkənin birinci dərəcəli məsələsi olduğunu dedi
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər korona xəstəliyinin vəziyyəti və sürətlə yayılması ilə bağlı etdiyi teleçıxışı zamanı onu ölkənin birinci dərəcəli və təxirəsalınmaz məsələsi olduğu dedi. O, xəstəliklə mübarizə istiqamətində qərarların qəbul edilməsi və qarşıda duran vəzifələrə qəti şəkildə əməl edilməsinin zəruriliyini vurğulayaraq məsul şəxslərə və əhaliyə bir sıra tövsiyələr verdi.
İnqilabın Rəhbəri İslam ölkələrinin geriliyinin həlli yolunun müqavimət olduğunu dedi
İnqilabın Rəhbəri İslam ölkələrinin geriliyinin həlli yolunun müqavimət olduğunu dedi
Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə dünya müsəlmanlarına ünvanlandığı müraciətində aşiqlərin Beytullah ziyafətinə olan həsrətlərinin davam etməsinin keçici bir imtahan olduğunu, Həcc mesajlarının təsirdən düşməməsi, təcavüzkar qüvvələrin, xüsusilə ABŞ-a qarşı müqavimətin zəruriliyinin bu ilahi mesajlardan olduğunu bildirdi.

Seçilmiş ünvanlar