
Xəbərlər


Ali Məqamlı Rəhbərin mömin və cəsur yanğınsöndürənlərlə bağlı müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ünvanladığı bir müraciətdə mömin və ixlaslı yanğınsöndürənlərin Plasko qəzasındakı əzəmətli və məzlumcasına fədakarlığını böyük hörmətlə andı və bu ağrılı-acılı on gündə var gücləri ilə böyük bir işi başa çatdırmış bütün qurumlara və insanlara təşəkkür etdi.

Rəhbərin Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli birinci assambleyasına müraciətində gənclik və tələbəliyin təkanverici bir qüvvə kimi insana öz yüksək ideyalarına nail olmaqda yardım göstərdiyini vurğulayıb: “Siz əzizlərin öz çevrənizə təsir göstərəcəyinə, danışıq və əməllərinizlə Allah yolunun yolçularının sayını artıracağına ümid bəsləyirik”.

Ali Məqamlı Rəhbər Tehranda baş vermiş faciəli bina uçqunu ilə bağlı müraciət ünvanladı
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Tehran şəhərinin mərkəzində bir qrup yanğınsöndürənin yaralanması ilə nəticələnən ağır bina yanğını və uçması hadisəsi ilə bağlı müraciət ünvanladı.

İslam İnqilabının Rəhbəri Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri ünvanladığı müraciətdə İslami hərəkat və mübarizə illərinin yoldaşı, həmsəngəri və qədim dostu cənab Höccətül-İslam vəl-müslimin Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin vafatı münasibəti ilə başsağlığı verdi.

İnqilabın Ali Məqamlı Rəhbərinin 25-ci Ümummilli Namaz Qurultayına müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 25-ci Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə namazın qılınması məsələsində hamının məsuliyyət daşıdığına işarə edərək vurğulamışdır: “Namazın layiqli yerini tanımaq, tanıtdırmaq və əməllərimizdə də ona uyğun yüksəlişə nail olmaq üçün çalışmalıyıq”.

İnqilabın Rəhbəri İraqda ziyarətçilərin şəhadəti və qatar qəzası ilə bağlı bəyanat verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqda Həzrət Seyyidüşşühədanın (ə) onlarla zəvvarının şəhadəti, habelə Həzrət İmam Rzanın (ə) qonaq və zəvvarlarının bir hissəsinin ölümü və xəsarət alması ilə nəticələnən acı və ağır hadisələrlə bağlı bəyanat verdi.

Ali Məqamlı Rəhbərin dünya müsəlmanlarına mühüm müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həcc mərasimi ərəfəsində dünya müsəlmanları və Allah evinin ziyarətçilərinə ünvanaldığı mühüm müraciətdə İbrahimi Həccin İslam ümmətinin beynəlxalq hegemonlar qarşısındakı izzət və əzəmətinin göstəricisi olduğunu qeyd etdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ümumi ailə siyasətlərini elan etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri konstitusiyanın 110-cu maddəsinin birinci bəndini rəhbər tutaraq dövlətin mənafeini müəyyən edən kollegiya ilə məsləhətləşdikdən sonra təsdiq edilmiş ümumi ailə siyasətlərini elan etdi

Həzrət Məsumənin (s.ə) ziyarətgahında İmam Xomeyninin (r.ə) vəfatının ildönümü mərasimi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin rəhbərliyi ilə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahının İmam Xomeyni (r.ə) hərəmində məğrib və işa namazlarından sonra İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) ürək dağlayan vəfatının ildönümü, əbədiyaşar on beş xordad qiyamı və onun böyük şəhidlərinin xatirəsinin anım mərasimi keçirilir.

Ali Məqamlı Rəhbərin İslami Şura Məclisinin onuncu mərhələsinə ünvanladığı müraciət
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin onuncu mərhələsinin açılış mərasimi ilə bağlı müraciət ünvanladı.

Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə Ali Məqamlı Rəhbərin etdiyi çıxış
İslam İnqilabının Ali Məqamlı rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin beşinci mərhələsinin işə başlaması münasibətilə verdiyi bəyanatda xalqın etimad və seçimini qazandıqları üçün məclis üzvlərini təbrik etdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə İran xalqını təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə əlaqədar İran xalqına ünvanladığı təbrik mesajında bütün həmvətənlərini, xüsusilə də möhtərəm şəhid ailələrini və müharibə veteranlarını yeni ilin gəlişi və Novruz bayramı münasibətilə təbrik edir, şəhidlərin və dahi lider İmam Xomeyninin (r.ə) xatirəsini yad edərək yeni ili “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” ili elan etdiyini bildirir.

Ali Məqamlı Rəhbərin seçkidə möhtəşəm şəkildə iştirak etmiş İran xalqına təşəkkür mesajı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dövlətinin çağırışına ləbbeyk deyərək böyük əzm və yaddaşlarda uzun müddət qalacaq bir ruh yüksəkliyi ilə dinə əsaslanan xalq hakimiyyətini öz timsalında dünya ictimaiyyətinə nümayiş etdirmiş müdrik və qətiyyətli İran xalqına ünvanladığı mesajda ölkə əhalisinə təşəkkürünü bildirdi.

Ali Məqamlı Rəhbər general-mayor Səliminin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei mömin və təəssübkeş hərbçi, general-mayor Səliminin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər 24-cü Ümummilli Namaz Qurultayına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 24-cü Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə namazın cəmiyyətdə təbliği və yayılmasında hər kəsin məsuliyyət daşıdığını vurğulayıb.
Ali Məqamlı Rəhbər Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansına etdiyi müraciətdə qeyd edir ki, düşmən cəbhəsinin müsəlman İranına qarşı tətbiq etdiyi məkrli planları neytrallaşdırmağın yeganə yolu bütün iranlı tələbə və gənclərin sarsılmaz əzmlə, ardıcıl şəkildə çalışmasıdır.

Ali Məqamlı Rəhbər Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyx Əbdülcavad Qərəviyanın vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əxlaq və irfan alimi Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
