Xəbərlər
Ali Baş Komandan Ordunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Hərbi Donanmasının komandanları və rəsmiləri ilə bu gün (bazar günü) günorta keçirdiyi görüşdə İslam dövlətinin, İran xalqının və İran ordusunun tutduğu yüksək mövqeyə toxunaraq qeyd etdi ki, həqiqi tərəqqi və iqtidarın nişanəsi ağıllı, əzmkar və lazımi qədər şücaətli kadrların varlığıdır. O dedi: “Ordunun Hərbi Donanmasının başlıca hədəfi İran xalqına layiq, İslam dövlətinin ideallarına uyğun bir hərbi qüvvə formalaşdırmaq olmalıdır”.
Ali Məqamlı Rəhbər ölkə başçısının nüvə danışıqlarının gedişatı ilə bağlı məktubunu cavablandırdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Ruhaninin nüvə danışıqlarının gedişatı ilə bağlı məktubunun cavabında ölkəni bu diplomatik prosesdə təmsil edən heyətə təşəkkür və qədirdanlığını bildirərək deyir: “Şübhəsiz ki, bu uğura yol açmış amillər Allahın yardımı, İran xalqının duaları və dəstəyidir. Haqsız tələblərə qarşı daim müqavimət göstərmək bu sferada təmsil olunan rəsmilərin fəaliyyətində düzgün kursun meyarı olmalıdır”.
Ali Məqamlı Rəhbər on minlərlə bəsic komandanı ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei on minlərlə bəsic komandanı ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə bildirdi ki, bəsic İslam dövlətinin səbat, iftixar və ehtişamının təzahürüdür. O, Amerika başda olmaqla dünya imperializminin haqqı qəbul etməyən, aldadıcı metod və xüsusiyyətlərini şərh edərək qeyd etdi ki, düşməni məyus etməyin yeganə yolu xalqın güclü olub müqavimət göstərməsidir. Hökuməti və rəsmiləri qəti surətdə dəstəklədiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Nüvə məsələsində qırmızı xətlərə riayət olunmalıdır və xalqın hüququndan bir addım belə olsun geri çəkilmək olmaz”.
Ali Məqamlı Rəhbər görkəmli alim İbn Şəhraşuba həsr olunmuş beynəlxalq konfransa müraciət etdi
Bu gün (çərşənbə günü) səhər böyük şiə alimi İbn Şəhraşub Mazandaraninin xatirəsinə həsr olunmuş beynəlxalq konfransda Ayətullah Rəsuli Məhəllati tərəfindən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin konfransın təşkilatçı rəsmiləri ilə 01. 07. 1392-ci il tarixdə (23.09.2013) baş tutan görüşü zamanı söylədiyi nitqin mətni oxundu.
Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş beşinci matəm gecəsində iştirak etdi
Bu gecə (cümə gecəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Əba Əbdillah Hüseynin (ə) şəhadətinə həsr olunan beşinci əzadarlıq məclisi təşkil olundu.
Ali Məqamlı Rəhbər İmam Hüseynin (ə) şəhadətinin “şam-e qəriban” gecəsi təşkil olunan əza mərasimində iştirak etdi
Bu gecə (cümə axşamı) – Həzrət Əba Əbdillah Hüseynin (ə) şəhadətinin “şam-e qəriban” gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbərin iştirakı ilə Kərbəla ağasına və onun vəfalı silahdaşlarına həsr olunan matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Aşura gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş əza mərasimində iştirak etdi
Aşura gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr olunmuş matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Əba Əbdillah Hüseynin (ə) şəhadətinə həsr olunmuş ikinci matəm gecəsində iştirak etdi
Bu gecə (çərşənbə axşamı) – tasua gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Seyyidüş-şühəda Hüseynə (ə) həsr olunmuş ikinci matəm gecəsi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Əba Əbdillah Hüseynin şəhadətinə (ə) həsr olunmuş ilk matəm gecəsində iştirak etdi
İmam Xomeyni adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynə və o həzrətin sadiq silahdaşlarına həsr olunmuş ilk matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə məsul olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin ölkə üzrə təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (bazar ertəsi günü) səhər keçirdiyi görüşdə həcci ilahi hədiyyə, İslam dünyasının ortaq ehtiyacları ilə bağlı qarşılıqlı anlaşmanın yaradılması üçün tükənməz bir potensial adlandırdı. O dedi: “Bu gün İslam dünyasının ən böyük problemi məzhəblərarası konflikt alovunun körüklənməsidir ki, bu da ümmətə kənardan, qəsdən və xəbis niyyətlərlə yüklənmiş bir problemdir”.
Uşu üzrə dünya çempionatının qalibi olmuş kirmanşahlı qadın idmançı Ali Məqamlı Rəhbərlə görüşdü
Uşu idman növü üzrə Malayziyada keçirilən dünya çempionatının qalibi olmuş kirmanşahlı qadın idmançı Məryəm Haşimi bu gün (bazar ertəsi) günortadan öncə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək qazandığı qızıl medalı ona təqdim etdi.
Ali Məqamlı Rəhbər cənab Həbibullah Əsgərövladının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sadiq mücahid, İmam Xomeyninin (r.ə) vəfalı və etibarlı silahdaşı cənab Həbibullah Əsgərövladının vəfatı ilə əlaqədar olaraq başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Dünya İmperializminə Qarşı Milli Mübarizə Günündə tələbə və şagirdlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində bu gün (bazar günü) səhər minlərlə tələbə və şagirdlə coşqulu bir atmosferdə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər imperializmin İran xalqına qarşı bəslədiyi düşmənçiliyin köklərini təhlil edərək hazırda Amerika ilə danışıqlar aparan ölkə rəsmilərini ciddi surətdə dəstəklədiyini bildirdi.
Ali Məqamlı Rəhbər demoqrafik dəyişikliklər mövzusuna həsr olunmuş milli foruma müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Demoqrafik dəyişikliklər və cəmiyyətdə gedən müxtəlif proseslərdə onların rolu” mövzusuna həsr edilmiş milli foruma ünvanladığı müraciətdə əhalinin sayı məsələsinin əhəmiyyətinə, eləcə də intellektual elitanın ölkədə demoqrafik artıma ehtiyac olması fikrini qəbul etməsi üçün mədəni iş aparmağın vacibliyinə toxunaraq deyir: “Əhalinin gənc simasının qorunması məsələsi bir ölkə üçün mühüm, başlıca və həlledici bir məsələdir. Dünyada əhalinin qocalması ilə üzləşmiş ölkələr bundan irəli gələn problemlərdən çox çətinliklə çıxış yolu tapıblar. Ölkəmizdə bu problemin öz həllini tapması üçün dərin və əsaslı elmi iş aparılmalıdır”.
Ali Məqamlı Rəhbər Ayətullah Hairi Şirazinin həyat yoldaşının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hairi Şirazinin həyat yoldaşının vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər müqəddəs Qurban və Qədir-Xum bayramları münasibətilə əfv fərmanı imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müqəddəs Qurban və Qədir-Xum bayramlarının qeyd olunması ilə əlaqədar olaraq, Ümumi, İnqilab və İqtisad Məhkəmələri, eləcə də Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1241 məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və əvəzlənməsinə razılıq verdi.
Ali Məqamlı Rəhbər cənab Rəcəbəli Tahirinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ixtisasca mühəndis olmuş cənab Rəcəbəli Tahirinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
