
Xəbərlər


İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Quranla ünsiyyət nuru ilə işıqlanmış mənəvi bir ziyafət keçirildi
Ramazan ayının – Qurani-Kərimin nazil olduğu mübarək ayın ilk günündə ölkənin tanınmış qarilərindən, Quran ustadlarından və hafizlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin qonağı oldular.
4 saata yaxın davam edən mərasimdə qarilər ayrılıqda və qrup şəklində Quran tilavət etdilər, dualar oxudular.

Mübarək Ramazan ayı boyunca Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılınacaq
Tanrının rəhmət və ziyafət ayı olan mübarək Ramazan ayı boyunca hər gün (cümə günlərindən başqa) İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılınacaq.

Qvineya-Bisao Respublikasının prezidenti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qvineya-Bisao Respublikasının dövlət başçısı Malam Basay Sanha və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İran İslam Respublikası digər İslam ölkələri ilə əlaqələrin genişləndirilməsini dəstəkləyir. O dedi: “İslam ümməti böyük və istedadlı bir toplumdur. Dünyanın hansı yerində olmalarından asılı olmayaraq, müsəlmanlar dostluq əllərini biri-birinə uzadaraq birləşməlidirlər”.

Həzrət Fatimeyi-Məsumənin (s.ə) müqəddəs məqbərəsinin hamisi Hüccətül-İslam vəl-muslimin Məsudi Xomeyni ilə görüş
Həzrət Fatimeyi-Məsumənin (s.ə) müqəddəs məqbərəsinin hamisi Hüccətül-İslam vəl-muslimin Məsudi Xomeyni bu gün günortadan qabaq İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdü.

Tacikistan, Əfqanıstan və İran prezidentləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Tacikistan, Əfqanıstan və İranın dövlət başçıları ilə görüşündə üç ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün olduqca geniş və müştərək zəminin mövcud olduğunu qeyd edərək vurğuladı: “İran, Tacikistan və Əfqanıstan qohum dövlətlərdir. Hər üç ölkənin mənafeyi aralarındakı sıx əməkdaşlıqdan və əldə edilmiş sazişlərin həyata keçirilməsindən asılıdır”.

Ali Məqamlı Rəhbər Zahidanda törədilmiş terror aktı nəticəsində şəhid olmuş insanların vəfatının 7-ci günü ilə əlaqədar xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Zahidan şəhərinin came məscidində törədilmiş partlayış nəticəsində şəhid olmuş bir qrup sakinin vəfatının 7-ci günü münasibətilə xalqa ünvanladığı müraciətdə bu cinayətin arxasında, əslində, Amerika, İsrail və İngiltərə hökumətlərinin casus orqanlarının durduğunu bildirərək vurğuladı: “Düşmənlərin bu terror hadisəsini törətməkdə əsas məqsədlərindən biri xalqımız arasına məzhəb zəminində fitnə və ixtilaf salmaqdır, lakin İran İslam Respublikası dünya imperializminin əlaltılarının öz məqsədinə çatmasına imkan verməyəcək. Xalqımızın birliyinə, ölkəmizdəki asayiş və təhlükəsizliyə düşmən olanlarla ciddi və qətiyyətli mübarizə aparmaq, onlara əməllərinə layiq cəza vermək üçlü hakimiyyət qüvvələrini təmsil edən bütün rəsmilərin borcudur”.

İslam İnqilabının vüqarlı veteranlarına təşəkkür və minnətdarlıq ifadə etmək məqsədilə 3 nümayəndə heyəti ezam etdi
Həzrət Əbul-fəzl Abbasın (ə) mübarək doğum günü və ölkədə qeyd olunan Fədakar Döyüşçülər Günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri tərəfindən ezam edilmiş üç nümayəndə heyəti paytaxt Tehranın müxtəlif yerlərində yaşayan bir qrup əlil və veterana yaşadıqları mənzillərdə baş çəkdi.

XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Huseynin (ə) mübarək doğum günü ərəfəsində İmam Xomeyni (r.ə) adına huseyniyədə keçirilmiş XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları, münsiflər heyətinin üzvləri və müəllimlərlə görüşündə Quranı “bəşəriyyətə nicat verəcək möhkəm ilahi kəndir” adlandıraraq dedi: “Quran insanlara gözəl həyat vəd edir. Bu gözəl həyat şərəf və heysiyyət, asayiş, rifah, azadlıq, elm, tərəqqi, əxlaq və mənəviyyat, mülayimlik və güzəşt içərisində yaşanan bir ömürdür ki, bu da Qurani-Kərimlə ünsiyyət, bu möhkəm ilahi kəndirdən bərk-bərk yapışmaq sayəsində gerçəkləşə bilər”.

Konstitusiyanı Mühafizə Şurasının 3 fəqihi şuranın növbəti çağırışına üzv təyin olundular
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən Konstitusiyanı Mühafizə Şurasının fəqihlərindən üçünü şuranın növbəti çağırışına üzv təyin etdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri və şəxsi heyət üzvləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hicri-qəməri təqvimlə şəban ayının 3-ü – İmam Hüseynin (ə) mübarək doğum günü və ölkədə İslam İnqilabı Keşikçiləri Günü ərəfəsində, bu gün səhər İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti və şəxsi heyət üzvləri ilə görüşdü. Ali Məqamlı Rəhbər İnqilab Keşikçiləri Korpusunun mənəvi-ideoloji mahiyyətini bu sosial-inqilabi institutun ötən 30 il ərzində müxtəlif meydanlarda və müxtəlif şərtlər daxilində “təqdirəlayiq və mütəhərrik fəaliyyətinin” başlıca amili adlandırdı. O, ölkədəki və beynəlxalq arenadakı mühüm reallıqları analiz edərək vurğuladı: “Ölkə rəsmiləri müxtəlif sferalarda öhdələrinə düşən ağır vəzifələrə layiqincə əməl etməli, ötən 31 il ərzində olduğu kimi, istənilən situasiya ilə üzləşmək üçün hazırlıqlı olmalıdırlar. Heç şübhəsiz, böyük İran xalqı və İslam Respublikası bu aramsız qarşıdurma meydanında, eynilə keçmişdə olduğu kimi, yenə də qalib gəlcək!”.

Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin məsul işçiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin ali təhsil ocaqlarındakı idarələrinin məsul işçiləri ilə görüşündə qeyd etdi ki, hazırda ölkə universitetlərində hərtərəfli müsbət və münasib bir şərait mövcuddur. O vurğuladı: “Universitetlərin elmi hərəkatı və əldə etdiyi nailiyyətlər, cihad əhval-ruhiyyəli saysız-hesabsız tələbənin varlığı, müəllim və tələbə kollektivlərinin siyasi uzaqgörənliyi, onların həssas və həlledici məqamlarda ölkənin ictimai-siyasi meydanlarında hazır olması, universitetlərdə dini atmosferin hökm sürməsi, ali təhsil ocaqlarında ölkənin sabahını düşünən, imanlı müəllimlərin sayının çoxluğu ölkənin universitet mühitinin parlaq reallıqlarıdır”.

Əzəmətli İslam peyğəmbərinin Besət günündə dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
Bu gün – Əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri, müsəlman ölkələrinin Tehrandakı səfirləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər Besətin son dərəcə önəmli bir mərhələ olduğunu dedi, bu günü “insanlığı səadət və xoşbəxtliyə aparan yolun başlanğıcı”, “bəşəriyyətin fitri və tarixi ehtiyaclarına cavab verildiyi gün” adlandıraraq vurğuladı: “Peyğəmbərin besəti və İslam dininin Yer üzünə gəlişi bəşəriyyətə verilmiş ədalət, sülh, asayiş və təhlükəsizlik müjdəsidir. Tanrının sadiq vədlərinə görə, vahid Allaha itaət və pərəstiş yolu olan bu yolun sonunda onun davamçılarına rahatlıq, nicat və qələbə nəsib olacaq”.

“Qənaətli istehlak” Proqramının başlıca strategiyaları müəyyənləşdirilərək ictimaiyyətə təqdim olundu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra “Qənaətli istehlak” Dövlət Proqramının başlıca siyasət istiqamətlərini müəyyən etdi.

Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullahın vəfatı ilə əlaqədar başsağlığı verdi
Mehriban və bağışlayan Allahın adı ilə!
Mücahid alim Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Fəzlullahın (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar möhtərəm Fəzlullah ailəsinə, mərhumun Livandakı, habelə Afrika və Latın Amerikasında yaşayan Livan əsilli icmalar arasındakı sadiq dostlarına, bütün Livan şiələrinə başsağlığı verirəm. Bu böyük və işgüzar alim din və siyasət meydanında özünəməxsus təsirə malik olan bir şəxsiyyət idi.

“Səda və sima” Dövlət Teleradio Şirkətinin direktoru və şirkətdə çalışan incəsənət xadimləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər “Səda və sima” Dövlət Teleradio Təşkilatının direktoru, habelə təşkilatın kino və teleproqram redaksiyalarında çalışan rəhbər işçilər, ssenaristlər və istedadlı incəsənət xadimləri ilə görüşündə hal-hazırda milli teleradionun, xüsusilə də kinomotoqrafiya və teleserial sferasının həmişəkindən daha əhəmiyyətli mövqeyə malik olduğunu qeyd etdi. Ali Məqamlı Rəhbər bu sahədə gördükləri dəyərli işlərə görə milli teleradionun rəhbər işçilərinə və istedadlı incəsənət adamlarına səmimi təşəkkürünü bildirərək əlavə etdi: “Mövcud maddi-texniki bazadan və ideoloji imkanlardan, o cümlədən İranın olduca maraqlı, enişli-yoxuşlu tarix və mədəniyyətindən istifadə etməklə milli kinomuzun hazırkı səviyyəsi ilə arzuolunan səviyyəsi arasındakı məsafəni azaltmaq, bu boşluğu doldurmaq mümkündür”.

708 nəfər məhkum əfv edildi, yaxud cəzası yüngülləşdirildi
Həzrət Əmirəl-möminin Əlinin (ə) mübarək doğum günü ərəfəsində Həzrət Ayətullah Xamenei ümumi, inqilabi və s. məhkəmə orqanlarında mühakimə edilmiş 708 məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi.

Məhkəmə Hakimiyyətinin Sədri və rəsmiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri və rəsmiləri ilə bugünkü görüşündə məhkəmə orqanlarını İslam dövlətinin son dərəcə həssas və əhəmiyyətli sferalarından biri adlandıraraq vurğuladı ki, ölkənin bütün hökumət orqanları Məhkəmə Hakimiyyətinə dəstək olmalıdırlar. Ali Məqamlı Rəhbər dedi: “Məhkəmə Hakimiyyətinin mühüm vəzifələrindən biri ədalət və vicdan məcrasından kənara çıxmamaq, ölkədə formalaşan siyasi atmosferin təsiri altına düşməmək, mühakimə edərkən və hökm çıxararkən simpatiya və antipatiya hisslərinə qapılmamaqdır”.

Buşəhr vilayətinin sakinləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – Həzrət Əlinin (ə) mübarək doğum günündə Buşəhr vilayətinin sakinləri ilə görüşdü. Sakinlərin qarşısında çıxış edən Ali Məqamlı Rəhbər Əmirəl-möminin Əli ibn Əbi-Talibin (ə) müstəsna bir şəxsiyyət olduğunu qeyd etdi, o həzrəti “elmin, mənəvi-əxlaqi, bəşəri və ilahi dəyərlərin zirvəsi” adlandıraraq vurğuladı: “Bəşər tarixində yaşamış bu misilsiz şəxsiyyətin həyatından İslam dünyasının və cəmiyyətin bugünü üçün götürməli olduğumuz ən mühüm dərs insanların gözünü açmaq, kimin kim olduğunu, nə baş verdiyini onlara anlatmaq, uzaqgörənliyə ehtiyac duyan şəxslərin imanını möhkəmlətmək, düşüncəsini dərinləşdirməkdir”.
